loading...

5 rayonun qaytarılması gündəmdən çıxdı? - Kremldən ermənilərə hədə, Azərbaycana vəd

20-10-2017 Baxış sayı :191
5 rayonun qaytarılması gündəmdən çıxdı? - Kremldən ermənilərə hədə, Azərbaycana vədAzərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sarkisyan arasında gözlənilən görüş keçirildi

Oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində baş tutan görüş gözləntilərin əksinə olaraq, konkret razılaşma ilə yadda qalmadı. 

Görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaydıqları bəyanatlarda da bu əks olundu.Bəyanatda qeyd olunurdu ki, konstruktiv keçən görüşdə prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.
Serj Sarkisyan görüşdən sonra Ermənistanın İsveçrədəki səfirliyində erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşündə də konkret razılaşma olmadığını açıqladı:

"Problemin həlli variantları ilə bağlı konkret razılaşma yoxdur. Gərginliyin azaldılması üçün tədbirlər görmək barədə anlaşdıq.Azərbaycan prezidenti də, mən də bunda çox maraqlıyıq.Lakin münaqişənin Dağlıq Qarabağın Azərbaycanın suverenliyinə verilməsi kimi həll variantı yoxdur”.

Görüşdən əvvəl

Görüşdən əvvəl Dağlıq Qarabağ ətrafında baş verən sensasion gəlişmələr həm Ermənistan, həm də Azərbaycan ictimaiyyətini inandırmışdı ki, Cenevrədə ən azından 5 rayonun qaytarılması məsələsində anlaşma əldə olunacaq. Rusiya hakimiyyətinə yaxın siyasi institutların, nüfuzlu KİV-lərin, Kremlin baş ideoloqu Aleksandr Duqin və politoloq Sergey Markovun, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın 5 rayonun Azərbaycana qaytarılacağı ilə bağlı verdiyi açıqlamalar münaqişənin çox qısa zamanda həllinə inamı artırmışdı. Hətta, ilin sonunda keçirilən görüşün gözlənilmədən baş tutması da münaqişənin həll prosesində strateji dəyişikliyin olduğu ehtimalını yaratmışdı.Rusiyanın hazırladığı yeni – "ildırımsürətli həll planı”ndan danışılırdı.Duqinin Rusiya hakimiyyətinin adından Azərbaycanla münasibətlərdə yeni xətt seçdiyini və bu strategiyaya uyğun olaraq, münaqişənin tezliklə həll edilməsinə çalışdığını deməsi isə Azərbaycanda hər kəsi bir anda düşmən üzərində qazanılmış qələbə əhval-ruhiyyəsinə saldı. O da bir ilk idi ki, Kremlin baş ideoloqu prezident Vladimir Putinin adından Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dedi. Bu, Rusiyanın Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi tanıdığının Putinin dostu olan bir şəxsin adından düşmənə ötürülən mesaj idi.

ABŞ Dövlət Departamentinin – baş katib Reks Tillersonun işə qarışması, Minsk qrupunun amerikalı həmsədri Endryu Şafferin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də gəlişmələrə əlavə rəng qatdı. Bundan əvvəl isə ABŞ kəşfiyyatının rəsmi orqanı kimi tanınan "Startfor” jurnalının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana təzyiqlər etdiyi məsələsini gündəmə gətirmişdi.

Rusiyanın böyük yalanı

Yəni, hər şey yaxşı idi.Ən əsası da münaqişənin "donmuş vəziyyət”dən çıxarıldığına inanların sayı çoxalmışdı.Görüş başa çatıb, Sarkisyan erməni diasporu ilə görüşənədək ümid vardı.Lakin Ermənistan prezidenti bütün proqnozları alt-üst etdi, közərən ümidləri külünədək söndürdü."Mən də, İlham Əliyev də vəziyyətin çətinliyini anlayırıq.Amma Dağlıq Qarabağ Azərbaycana verilməyəcək”, mesajı Rusiyanın 5 rayonun qaytarılacağı ilə bağlı ictimai rəydə formalaşdırdığı fikrin böyük siyasi yalandan başqa heç nə olmadığını ortaya çıxardı.Düzdür, bu, Azərbaycan – işğal edilən ölkə üçün yalandır, Rusiya üçün isə strateji gediş, yaxud, öz maraqlarının təmin edilməsi üçün maverdir. Nəzərə alsaq ki, Duqin və Zaxarova 5 rayon məsələsindən Ermənistanın Avrasiya İttifaqından çıxmaq niyyətinin və Avropa İttifaqı ilə yeni sazişin imzalanması məsələsinin gündəmə gəlməsindən sonra tez-tez danışırdılar, demək ki, bu, Ermənistanın üzünü yenidən Rusiyaya çevirmək üçün seçilmiş taktika idi. Əlbəttə, təzyiqlər işə yaradı, Avrasiya İttifaqından çıxmaq məsələsi gündəlikdən çıxarıldı, Avropa İttifaqı ilə imzalanacaq saziş isə günün məsələsi kimi gündəmdə yoxdur.

Yeganə çıxış yolu

Başqa sözlə, Rusiya itaətdən boyun qaçıran vassalını – Ermənistanı Qarabağla qorxutması Azərbaycanı ümidləndirmişdi.Görünən də budur ki, Ermənistan yenidən təzyiqlər qarşısında boynunu Rusiyadan uzanmış xaltaya keçirib. Həmin ölkənin başçısının – Sarkisyanın isə Cenevrəyə könülsüz getməsi də bu oyunun tərkib hissəsi idi ki, bundan sonra verdiyi açıqlama ilə münaqişənin həllinin Minsk qrupunun protokoluna uyğun keçirilən danışıqlarda yox, Azərbaycanın Qarabağın statusu ilə bağlı Ermənistanın istədiyi cavabı ilə əyləşəcəyi dialoq masasında olacaq. Azərbaycan isə buna razı deyil. Azərbaycanın həm işğalçı, həm də işğalçını öz təsir dairəsində saxlayan Rusiyanın münaqişəni dalana dirəyən hərəkətləri qarşısında hansı hazırlıqları görəcəyi, yaxud, hansı addımı atmalı olduğunu demək problematik olsa da yenidən durğunlaşmağa başlayan vəziyyətdə yeganə seçim imkanı qalır: müharibə… Rusiya ilə yanaşı, Ermənistanın mövqeyini dəstəkləyən digər iki həmsədr dövləti – Fransa və ABŞ-ı da nəzərə alsaq, müharibə variantına alternativ tapmaq çətin tənlik kimi görünür.Hər halda görünən budur ki, Azərbaycan hakimiyyətinin ideoloqları bunun üzərində xeyli işləməli olacaqlar. (Cebhe.info)

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]