loading...

Dördgünlük müharibə”dən əvvəlki... - Rusiya və Türkiyənin Qarabağ PLANI

24-08-2017 Baxış sayı :1 173
Dördgünlük müharibə”dən əvvəlki... - Rusiya və Türkiyənin Qarabağ PLANIRusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə imzalanıb. Bu barədə avqustun 22-də Rusiyanın "Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirdi. Onun sözlərinə görə, müqavilə hələ qüvvəyə minməyib və bəzi texniki nüanslar qalır.
Aleksandr Mixeyevin açıqlaması Ermənistanda narahatlıqla qarşılanıb.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Sarkis Artsruni Rusiya-Türkiyə arasında keyfiyyətcə yeni əməkdaşlığın Qarabağ problemində yeni çağırış olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya S-400 sistemlərini Türkiyə satması Rusiya-Türkiyə əməkdaşlığında yeni və daha dərin mərhələdir. Siyasi şərhçi hesab edir ki, razılaşma Moskvanın Ankaraya regionda bundan sonra əsas rəqib kimi baxmayacağını göstərir.
"S-400 zenit-raket sistemlərinin alqı-satqışı haqqında razılaşma yalnız hərbi-texniki komponentə malik deyil, o həm də özündə siyasi məzmun daşıyır. Moskva razılaşma ilə Ankaraya özünün hərbi texnologiya bazarını açır. Razılaşma Suriya və başqa regionlarla yanaşı, Cənubi Qafqazda da Rusiya və Türkiyə arasında ikitərəfli əməkdaşlıq üçün əsaslar yaradır. Cənubi Qafqazda bugünkü status-kvo, ümumiyyətlə, ötən əsrin iyirminci illərində imzalanan Moskva və Qars müqavilələrin nəticəsidir”, -Sarkis Artsruni yazıb.
Siyasi şərhçi hesab edir ki, Moskva və Ankara arasında keyfiyyətcə yeni münasibətlər, xüsusən Qarabağ məsələsində yeni çağırışlara səbəb ola bilər:
"Xüsusən ki, bizdə "dördgünlük müharibə”dən əvvəl mövcud olan təhlükəli presedent var. Xüsusi halda, təhlükə var ki, Rusiya və Türkiyə Qarabağ məsələsində ATƏT-in Minsk qrupunu nizamlanma prosesindən sıxışdırıb çıxararaq birtərəfli razılaşmaya gəlməyə çalışacaq”.
Ömər Dağlı