loading...

YARDIMLIDA hakimiyyətə qarşı TƏXRİBAT: icra başçısı PA adından bunuda etdi - TƏFSİLAT

19-09-2017 Baxış sayı :272
YARDIMLIDA hakimiyyətə qarşı TƏXRİBAT: icra başçısı PA adından bunuda etdi - TƏFSİLATYardımlı Rayon İcra Hakimiyyəti büdcə təşkilatlarına "tas” qoyub

Beləki, Qazaxdan Yardımlıya transfer olunmuş icra başçısı Ayaz Əsgərov və müavinləri idarələrdən bir aylıq maaşı tələb edir. Xalqınsesi.com xəbər verir ki, icra başçısı ilə müavinləri büdcə təşkilatlarına təzyiq göstərir. Bu azmış kimi, pul yığımında Prezident Administrasiyasının adından istifadə edir. Bu barədə Azerinews.org-a adlarının çəkilməyin istəməyən şəxslərdən məlumat daxil olub.

Şikayətçilərin iddiasına görə, Yardımlı rayon icra başçısına PA-dan tapşırılıb ki, büdcə təşkilatlarının əməkdaşları bir aylıq əmək haqqını bağışlasın. Bundan başqa, bayramlarda verilən premiyanı icra hakimiyyətinə versin. Buna səbəb kimi yaxın aylarda fındıq tinglərinin alınması göstərilib. Belə ki, Yardımlıda fındıqçılıq inkişaf etdirilməsi nəzərdə tutulur. 

Verilən məlumatda bildirilir ki, aylarla əziyyət çəkən işçilər gözünü maaşa dikib, onu da icra başçısı əllərindən alır. Üstəlik, əmək haqqını verməyənlər təhdid olunur. Onlar işdən azad edilməsi ilə hədələnir. Artıq tariflər müəyyənləşdirilib. Təhsil sahəsində çalışanların hər birindən 43 manat, səhiyyə işçilərindən 43 manat, mədəniyyeət işçilərinin hər birindən 43 manat tələb olunur. Eyni zamanda İnzibati Ərazi Dairələrinə tapşırılıb ki, 90 nəfər kənd sakinləriylə birlikdə 43 manat və əgər pulu yığa bilməsə, ərazi nümayəndəliyi öz cibindən 4000 manat verməlidir.

Yardımlının icra başçısı göründüyü kimi, PA-nın adından istifadə etməklə pul alması, büdcə təşkilatlarında işləyənlərin haqqının yeyilməsidi.Bu da rayonda ciddi narazılıq yaradıb. İnsanların dolanışığı çətinləşib, maaş yaşamağa çatmır, qiymətlər bahalaşıb. Bu vəziyyətdə A.Əsgərov Yardımlıda sosial gərginlik yaradır. Əhalini dövlətdən narazı salan icra başçısı hakimiyyətə qarşı iqtisadi təxribatla məşğuldur deyən narazı şəxslər prezidentə müraciət edəcəklərinidə deyir.YARDIMLIDA hakimiyyətə qarşı TƏXRİBAT: icra başçısı PA adından bunuda etdi - TƏFSİLAT