loading...

Nazir əmr imzaladı – Qadın sədr rəis təyin olundu

09-08-2018 Baxış sayı :202
Bələdiyyənin sədr müavini dövlət qulluğuna təyinat alıb.

Xeberci.org aznews.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə Əhmədova Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmriylə Xəzər rayon Məşğulluq mərkəzinin rəis müavin təyin edilib.

Qeyd edək ki, Jalə Əhmədova 1994-cü ildə Azərbaycan Texniki Universitetinin "Avtonəqliyyat” fakultəsinə qəbul olub.

Lakin təhsili başa çatdırmadan, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Ümumi İqtisadiyyat” fakultəsinə qəbul olub və 2000-ci ildə təhsili bitirərək "Maliyyə və Kredit” ixtisasına yiyələnib.

01.09.1995-ci ildən 14.08.1998-ci ilədək Azərsənayexüsusitikintiquraşdırma” trestində mühasib kimi başlayıb.

14 ilə yaxın bir müddətdə Sosial Müdafiə mərkəzlərində və Dövlət Sosial müdaifə Fondunun yerli təşkilatlarında çalışıb.

2014-cü ildən bələdiyyə seçkilərinə qatılaraq J. Əhmədova bələdiyyə üzvü, 2015-ci ilin yanvarında keçirilən bələdiyyəinin ilk iclasında bələdiyyənin sədr müavini seçilib.

Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamıyla respublikamızın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə münasibətilə J.Əhmədova "Tərəqqi” medalı ilə təltif edilib.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]