loading...

Seyidovu korrupsiyada ittiham etmək… - Fazil Mustafa

30-04-2018 Baxış sayı :104
Səməd Seyidova qarşı misli görünməmiş bir böhtan atılıb, qəsdən adını hansısa mücərrəd korrupsiya siyahısında hallandırmaqla, Azərbaycan nümayəndə heyətinin gücünü zəiflətməyə çalışıblar.

Xeberci.org xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa "Yeni Müsavat”a verdiyi geniş müsahibəsində deyib.

Deputat bildirib ki, son olay Avropa Şurasında Azərbaycana qarşı baş vermiş ənənəvi ədalətsizliklərdən biri idi:

"Səməd Seyidov xarici siyasətdə tanıdığım ən yetkin insanlardan biridir və ona qarşı aşkar ədalətsizlik edilib. Bununla belə, heç bir halda Azərbaycanın Avropa Şurasından çıxması barədə məsələni gündəmə gətirməməliyik. Bu, dövlətimizin strateji seçimi ilə bağlı həyati əhəmiyyət daşıyan bir məsələdir, hər hansı emosional qərar qəbul etmək olmaz. Gərginliyin səbəbini obrazlı belə ifadə etmək olar: onlar bizi özləri kimi görmək istəyirlər, biz də özümüz kimi görünməyə çalışırıq. Onların gözündən, bizim də özümüzdən qaynaqlanan müəyyən problemlər mövcuddur, bunları tədricən yoluna qoymağa çalışmalıyıq”.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]