loading...

DİQQƏT: Azərbaycanda parlament buraxılır - Milli Məclisə növbədənkənar seçkilər olacaq

13-04-2018 Baxış sayı :194
Müxtəlif mənbələrdən bu ilin payızında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər yayılıb. 
 
Məlumatda "Hakimiyyətin prezident seçiilərindəki kimi növbədənkənar parlament seçkilərinə gedəcəyi" barədə xəbərlər müxtəlif qaynaqlarda təsdiqlənir.
Faktor.Az-a bu barədə açıqlama verən politoloq Qabil Hüseynli yayılan məlumatın həqiqətə uyğun gəldiyini vurğulayıb: "Bu məlumatın doğru olub olmaması barəsində heç bir məlumatım yoxdur. Lakin düşünürəm ki, əgər prezident seçkiləri növbədənkənar keçirilibsə, Parlament seçkilərinin də növbədənkənar olmasında heç bir problem yoxdur. Əgər zərurət yaransa, o zaman bu seçkilər keçiriləcək".

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]