loading...

Prezidentliyə namizədlər hansı seçki məntəqəsinə və kimlərlə gedəcəklər?

09-04-2018 Baxış sayı :53
Aprelin 11-də 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı məntəqəsində ailə üzvlərim və yaxınlarımla birgə səs verəcəyəm.

Bunu Oxu.Az-a açıqlamasında müstəqil millət vəkili, prezidentliyə namizəd Zahid Oruc bildirib.

O qeyd edib ki, yaxın qohumlarından bir neçəsi məxsusi olaraq, yaşadıqları ərazinin seçki məntəqəsindən qeydiyyatdan çıxaraq, onlarla birgə səs verəcəklər.

Prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu (Məmmədov)  Z. Oruc kimi, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin nəzdindəki seçki məntəqəsində səs verəcək.

Ancaq 18 saylı yox, Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin əsas binasında yerləşən 15 saylı seçki məntəqəsində.

Onu səsvermədə xanımı müşayiət edəcək.

Prezidentliyə digər namizəd, Milli Dirçəliş İttifaqı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev  də rəqibləri kimi, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi tərkibindəki seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.

O, 25 saylı seçki məntəqəsində öz hüququnu reallaşdıracaq - oğulları ilə birlikdə.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ayın 11-də, saat 10:00 radələrində 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verməyə gedəcək.

Azərbaycan Sosial-Demokrat Partiyasından prezidentliyə namizəd Araz Əlizadə isə 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin paytaxtın Bəsti Bağırova küçəsində yerləşən 11 saylı seçki məntəqəsində səs verəcək.

O, saat 11-12 arası nəvəsi və adaşı Araz Əlizadə ilə birgə seçki məntəqəsinə gedəcək.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]