loading...

Müəllimlərə şad xəbər - Yanvarda əməkhaqqı artacaq

21-12-2017 Baxış sayı :143
Müəllimlərə şad xəbər - Yanvarda əməkhaqqı artacaqÖtən il dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Xeberci.org xəbər verir ki, bu barədə məlumat Təhsil Nazirliyinin ilin yekunları icmalında qeyd olunub.

Bildirilib ki, artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Bu il 45 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib. Bununla da 145 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb. 

Qeyd edək ki, 2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları isə 2018-ci ilin yanvar ayından artırılacaq.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]