Xeberci.org Xeberci.org RSS Xidməti http://xeberci.org tr-TR Niyam Səlami: "...qaşımı almasam, məni..." http://xeberci.org/haber-24767-Niyam-Slami-qasimi-almasam-mni.html 2017-03-27 19:57:04 "İstədiyim pulu versələr, yatağa girərəm" -Azərbaycanlı aktrisa http://xeberci.org/haber-24644-Istdiyim-pulu-verslr-yataga-girrm--Azrbaycanli-aktrisa.html 2016-06-16 18:32:25 Tanınmış azərbaycanlı aktrisanın 18+ fotoları yayıldı FOTOLAR +18 http://xeberci.org/haber-24616-Taninmis-azrbaycanli-aktrisanin-18-fotolari-yayildi-FOTOLAR-18.html 2016-05-31 02:09:46 Türklər Hüsnü Çobana ehsan verib http://xeberci.org/haber-24572-Turklr-Husnu-Cobana-ehsan-verib.html 2016-05-02 22:25:23 "Səndən kişilik öyrənməkdənsə, cinsimi dəyişərəm" - video http://xeberci.org/haber-24570-Sndn-kisilik-oyrnmkdns-cinsimi-dyisrm---video.html 2016-05-02 22:06:07 "Oğlum üçün qorxuram" - Hollivuda hazırlaşan Könül http://xeberci.org/haber-24569-Oglum-ucun-qorxuram---Hollivuda-hazirlasan-Konul.html 2016-05-02 22:02:04 Məşhur aktyor ruhi xəstəxanadan qaçmaq istədi - Yaxalandı http://xeberci.org/haber-24566-Mshur-aktyor-ruhi-xstxanadan-qacmaq-istdi---Yaxalandi.html 2016-05-02 21:46:19 Türkiyənin məşhur aktyoru, komediya filmləri ilə tanınan Şafak Sezer xəstəxanadan qaçarkən son anda ələ keçib. Tarkan niyə tələsik evlənib? http://xeberci.org/haber-24559-Tarkan-niy-tlsik-evlnib.html 2016-05-02 20:50:43 Mediadan və sənət dünyasından gizli nikah masasına oturan meqastar Tarkanın tələsik evlənməsinin səbəbi ilə bağlı iddia səsləndirilib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən həftə 5 illik sevgilisi Pınar Dileklə nikahlarını rəsmiləşdirən, qarşıdakı günlərdə isə toy mərasiminə hazırlaşan müğənninin yay aylarında ailə quracağı gözlənilirdi. Toy tarixinin tezləşdirilməsinə səbəb kimi isə Pınarın hamilə olması göstərilib. Müğənni Mahsun Kırmızıgül də sevgilisi hamilə olduğu üçün tələsik evlənmişdi. Almaz Ələsgərlinin “Amerikalı kürəkən”i - FOTOLAR http://xeberci.org/haber-24530-Almaz-lsgrlinin-Amerikali-kurkni---FOTOLAR.html 2016-05-02 16:19:44 Azərbaycan Dövlət Musiqili Teatrı Ramiz Mirişlinin ” iki hissəli “Amerikalı kürəkən musiqili komediyasını yeni quruluşda təqdim edib. Teleqraf.com xəbər verir ki, tamaşanın quruluşçu-rejissoru xalq artisti İlham Namiq Kamaldır. Səhnə əsərində əsas qəhrəmanlardan birini – Tünzalə obrazını əməkdar artist Almaz Ələsgərli canlandırıb. Tamaşanın süjet xəttinə görə, Tünzalə qızı Reyhanı varlı-pullu bir adama ərə vermək istəyir. Reyhanın isə öz sevdiyi var. Bu, kasıb ingilis dili müəllimi Kamrandır. Gənclər Tünzalə xanımın var-dövlət hərisliyinin onların qovuşmasına əngəl olduğunu görüb kələk qururlar. Nəticədə hadisələrin axarı tamamilə dəyişir... Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyorluğu” fakültəsini bitirib. Uzun müddət teatrdan uzaq düşən Almaz xanım əsasən müğənnilik fəaliyyəti ilə məşğul olub. Bu yaxınlarda yenidən teatra qayıdıb və hazırda Dövlət Musiqili Teatrının aktrisasıdır. Tamaşada həmçinin Fatma Mahmudova, Novruz Qartal, Əkbər Əlizadə bə başqaları oynayır. “Ana olmaq istəyirəm...” - Bülent Ersoy http://xeberci.org/haber-24525-Ana-olmaq-istyirm---Bulent-Ersoy.html 2016-05-02 15:53:38 Türkiyəli müğənni Bülent Ersoy ana olmaq istəyir. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni bu barədə jurnalistlərə açıqlamasında bildirib. “Ana olmaq, övlad dünyaya gətirmək istəyirəm. Amma bu iş necə olacaq? Hər zaman qızımın olmağını istəmişəm. Əgər qızım doğulsaydı, adını Betül qoyardım”,-deyə sənətçi qeyd edib. Əməkdar artist onkoloji xəstəlikdən əməliyyat olunacaq http://xeberci.org/haber-24513-mkdar-artist-onkoloji-xstlikdn-mliyyat-olunacaq.html 2016-05-02 12:41:35 Azərbaycanın tanınmış müğənnisinin ürəyi dayandı http://xeberci.org/haber-24506-Azrbaycanin-taninmis-mugnnisinin-uryi-dayandi.html 2016-05-02 12:14:08 Tarkan evləndi - Fotolar http://xeberci.org/haber-24501-Tarkan-evlndi---Fotolar.html 2016-05-02 11:56:14 Türkiyənin meqastarı Tarkan evlənib. AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müğənni aprelin 29-da 5 ildən çoxdur ki, münasibətdə olduğu sevgilisi Pınar Diləklə ailə həyatı qurub. Müğənninin nikah mərasimi 29 apreldə İstanbuldakı villasında baş tutub. Tarkan sadə bir mərasimlə nikah masasına əyləşib. Cütlüyün toy mərasiminin yaxın günlərdə baş tutacağı bildirilir. İlhamə sevgi filminə çəkilməkdən niyə imtina etdi? http://xeberci.org/haber-24493-Ilham-sevgi-filmin-ckilmkdn-niy-imtina-etdi.html 2016-05-01 17:33:02 Günay yenə donunun qurbanı oldu... - Foto http://xeberci.org/haber-24422-Gunay-yen-donunun-qurbani-oldu---Foto.html 2016-04-30 11:47:38 Cinsini dəyişən Rüzgar ekranlara dönmək istəyir http://xeberci.org/haber-24421-Cinsini-dyisn-Ruzgar-ekranlara-donmk-istyir.html 2016-04-30 10:11:27 insini dəyişən aktrisa Rüzgar Erkoçlar (əvvəlki adı Nil) ekranlara dönmək istəyir. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İnstaqramda paylaşdığı fotolarla gündəmə gələn Erkoçlar rejissor və prodüserlərdən gileylənib. O, serial və film aləmindəki insanlardan incidiyini deyib: "Təklif gəlmir. Vaxtımı evdə idmana və rəsmə ayıraraq keçirirəm. Çox darıxıram. Obraz tələnim yoxdur, inandığım istənilən layihədə yer alaram". Qeyd edək ki, qız fanatları da çox olan Rüzgar çorab və köynək dizaynı ilə məşğuldur. Dubayda nəfəs almağa da pul alacaqlar...” - Müğənni http://xeberci.org/haber-24412-Dubayda-nfs-almaga-da-pul-alacaqlar---Mugnni.html 2016-04-30 08:40:56 Türkiyəli müğənni Demet Akalın biznesmen əri Okan Kurt və qızı Hira ilə Dubayda istirahət edib. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Tvitter hesabında Dubaydan şəkillərini paylaşan sənətçi orada qiymətlərin baha olmasından şikayətlənib. “3 türk qəhvəsi 200 dollaradır. Şokdayam! Bizim məmləkət onlara ucuz gələr, hətta ödənişsiz! Nəfəs almağa da pul alacaqlar! Dubay, gözəlsən, amma çox bahalısan, hətta həddindən artıq!”. ”Mənim yükümü daşımayın, yazıqsınız...” - Xuraman Şuşalı http://xeberci.org/haber-24411-Mnim-yukumu-dasimayin-yaziqsiniz---Xuraman-Susali.html 2016-04-30 08:39:10 Müğənni Xuraman Şuşalını əsəbləşdiriblər. ”Qafqazinfo”nun axşam.az-a istinadən məlumatına görə, sənətçi arxasınca danışanlara sərt cavab verib: “Həyatda hər bir insanın məqsədi var. Mənim də bir çox məqsədlərim olub. Çoxlarını həyata keçirtdim, çoxlarından da imtina etdim. Şükür, Allah izn vermədi… Bu gün məni heç nə narahat etmir, həyatımı özüm seçirəm. Dünyəvi arzularım məni idarə etmir. Əksinə arzularımı mən idarə edirəm. Özümü çox güclü qadın hesab edirəm. İndi bir məqsədim var, gözəl ana olmaq. Vəssalam, mənim üçün həyat budur. Qaldı ki, gecə-gündüz bir nömrəli olmaq üçün mübarizə aparanlara… Onlara demək istəyirəm ki, özünüzü yormayın, Allahın verdiyi ömrü boşa xərcləməyin. Dəyməz… Məndən bu qədər, içimdən gəldi yazdım. Allah tövbə edənləri sevir. Qeybətimi edənlər, günahımı almayın. Öz yükünüzü çəkin, mənim yükümü daşımayın, yazıqsınız”. Beyonsa qarşı şok iddia - Casusdur... http://xeberci.org/haber-24374-Beyonsa-qarsi-sok-iddia---Casusdur.html 2016-04-29 16:53:28 Aparıcıdan şok açıqlama: “Oğlum artıq atasını istəmir” http://xeberci.org/haber-24316-Aparicidan-sok-aciqlama-Oglum-artiq-atasini-istmir.html 2016-04-28 19:06:08 Teleaparıcı Lətafət Ələkbərli şəxsi həyatı haqqında danışıb “İlhamə xanım onunla uzun müddət vətəndaş nikahında yaşayıb” http://xeberci.org/haber-24330-Ilham-xanim-onunla-uzun-muddt-vtndas-nikahinda-yasayib.html 2016-04-28 17:57:41 Tanınmış müğənni Əli Mirəliyevin qızı Samirə Mirəliyeva mərhum xalq artisti İlhamə Quliyeva barədə maraqlı açıqlamalar verib. İlhamənin bacısı od püskürdü: “Bacım küçə qadını olub?” – QALMAQAL http://xeberci.org/haber-24329-Ilhamnin-bacisi-od-puskurdu-Bacim-kuc-qadini-olub--QALMAQAL.html 2016-04-28 17:54:34 Tanınmış müğənni Əli Mirəliyevin qızı Samirə Mirəliyevanın mərhum xalq artisti İlhamə Quliyeva haqqında verdiyi açıqlama səs-küy doğurub. “Mənə bircə dəfə 16 yaşımda elçi gəliblər” - VİDEO - FOTO http://xeberci.org/haber-24321-Mn-birc-df-16-yasimda-elci-gliblr---VIDEO---FOTO.html 2016-04-28 17:34:39 Müğənni Sevil-Sevinc bacıları Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar veriblər. Xatirə efirdə Vasif Məhərrəmlinin sirrini açdı http://xeberci.org/haber-24312-Xatir-efird-Vasif-Mhrrmlinin-sirrini-acdi.html 2016-04-28 11:15:32 Müğənni Vasif Məhərrəmli də biznes fəaliyyətinə başlayacaq. Oriental oynayan qız bütün toydakı kişiləri... - VİDEO http://xeberci.org/haber-24245-Oriental-oynayan-qiz-butun-toydaki-kisilri---VIDEO.html 2016-04-18 14:05:08 Rihanna erotik klipini təqdim etdi – VİDEO http://xeberci.org/haber-24178-Rihanna-erotik-klipini-tqdim-etdi--VIDEO.html 2016-04-01 11:13:59 Müğənniyə cəza verildi - “İntim xidmət verən qadına...” - VİDEO http://xeberci.org/haber-24127-Mugnniy-cza-verildi---Intim-xidmt-vern-qadina---VIDEO.html 2016-03-29 09:20:28 İlhamə Quliyevanın balonlarda və banklardakı varidatı- AÇIQLANDI http://xeberci.org/haber-24057-Ilham-Quliyevanin-balonlarda-v-banklardaki-varidati--ACIQLANDI.html 2016-03-17 14:22:29 Düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Xalq artisti, şou-biznesdə primadonna titulu ilə müğənnilərin qəniminə çevrilən İlhamə Quliyeva bu sözlərdən sonra heç dörd ay da yaşamadı. Şou-biznesin səs-küylü primadonnası ölümündən sonra da qalmaqalların mərkəzindədir... Sağlığında ona yaxın olan hər kəs - aparıcıdan tutmuş, qohum-qardaşa qədər hamı miras qalmaqalına qatılmaqdan özünü saxlaya bilmədi. Sağlığında qorxusundan bu mövzuda danışa bilməyənlər indi İlhamə Quliyevanın bank hesablarındakı pulunu da hesablamağa başladılar. Pul şirin şeydir axı... Bəs yaxşı, əslində vəziyyət necədir? Doğrudanmı mərhum sənətkar bu qədər var-dövlət sahibiymiş? Onun varidatı nə qədərdir? Qaynar.info publika.az-a istinadən araşdırmanı təqdim edir: Bir onda olub, bir ərəb şeyxində... Əvvəlcə avtomobillərdən başladıq. Öyrəndik ki, İ.Quliyevanın iki avtomobili olub. "İnfiniti" avtomobilinin qiyməti 100 min manat civarındadır. "BMW-limuzin" markalı digər avtomobilin qiyməti də 100 min manatdır. Deyilənə görə, xalq artisti avtomobili alanda həmin vaxt bu "Limuzin"dən cəmi üç nəfərdə olub: ərəb şeyxində, rusiyalı oliqarxda, bir də İlhamədə! Avtomobilin rəngi günün müxtəlif saatlarında dəyişirmiş. Bunlardan öncə xalq artisti uzun illər 120 min manatlıq "Hammer"i idarə edib. Onun bütün avtomobillərinin nömrə nişanı "100"-lə qurtarıb. Avtomobillər isə ağ rəngdə olub. Yeri gəlmişkən, primadonna bəyaz rəngi çox sevirmiş. Ağ avtomobil, ağ qızıl, ağ qızılgüllər... Bəlkə də bunun mistik anlamı varmış. Amma özü bunu, sadəcə, zövqlə əlaqələndirirmiş. Bir bağ, iki bina evi... Xalq artistinin bir bağı, iki bina evi olub. Zeynəb Xanlarova, Xuraman Qasımova, millət vəkili Siyavuş Novruzov, Bakı İqtisad Universitetinin rektoru və digər tanınmışlarla qonşu olan İ.Quliyeva vaxtının çoxunu Bilgəhdəki bağ evində keçirirmiş. Həyət evində yaşamaqdan xüsusi zövq aldığını isə dəfələrlə deyirmiş. Primadonnanın evlərindən biri İzmir parkı ilə üzbəüz binada, digəri isə "Elmlər Akademiyası" metrostansiyası yaxınlığında yerləşib. Elə gözlərini də əbədiyyətə məhz bu mənzildə qapayıb. Bahalı brilyantları primadonnaya hansı oliqarx bağışlayıbmış? Primadonnanın dillərə dastan olan, göz qamaşdıran ləl-cəvahiratı olub. Xalq artisti ağ qızılları və brilyantları çox sevirmiş. Qiyməti on min manatlarla ölçülən daş-qaş dəstlərinin bəzilərini özü alsa da, çoxunu ona hədiyyə ediblərmiş. Mərhum müğənninin qızılları və bəzi brilyantları şüşə balonlarda saxladığı da iddia olunur. Onun bahalı zinət əşyaları sırasında 10, 20 və 25 minlik dəstlər olub. Bu dəstləri ona Azərbaycan və Rusiyada yaşayan oliqarx dostlarının hədiyyə etdiyi deyilir. Elə yerli şou-biznes nümayəndələrindən də az hədiyyə almırmış. Onun daş-qaş aşiqi olduğunu bilən şou-biznes nümayəndələri primadonnanın könlünü brilyant üzük, sırğa, qızıl zəncirlərlə alıb, xətrini xoş edirlərmiş. Bu müğənnilər sırasında Manaf Ağayev, Nadir Qafarzadə, Cavanşir Məmmədov, Səməd Səmədov, Nuri Sərinləndirici, Abbas Bağırov və digərləri var. Şou-biznes nümayəndələri dəfələrlə bildiriblər ki, hədiyyələrin gəlməsi üçün İlhamə Quliyevanın bir dəfə barmaq silkələməsi yetirmiş. Adı qara siyahıya düşən müğənnilər dərhal əllərini ciblərinə salıb, üz tuturlarmış paytaxtın ən məşhur zərgərlərinin yanına. İlhamə bu hədiyyələrin müqabilində müğənnilərə yaşıl işıq yandırıb. Bəzilərinə titul verib, bəzilərini isə bir neçə kəlmə ilə şərəfləndirib. Onun səxavət kisəsi hədiyyənin məbləğindən asılı olaraq kiminin üzünə tam açılıb, kiminin də üzünə yarımçıq. Əslində, xalq artisti bunu gizlətməyib də. Dəfələrlə efirdə söyləyib ki, onun kimisə reklam etməsi üçün bank hesabına pul köçürülməlidir. İ.Quliyevanın bir kəlmə xoş sözü hər yerdə keçərli, acı sözü isə qılıncdan da kəsərli olub. Primadonnanın bankda nə qədər pulu varmış? Gəlib çatdıq getdikcə daha az adamın "əl çirki", böyük əksəriyyətin isə "həyat cövhəri" hesab etdiyi pullara. Primadonnanın ailə dostlarından birinin qulağımıza pıçıldadığına görə, onun banklarda 280 min manat pulu olub. Özünə qismət olmayan bu pulun, eləcə də, avtomobillərin, bağın, evlərin, bir sözlə, mirasın kimə qismət olacağını isə bir Allah bilir. Hər halda, insan övladı yığdığını da elə bu dünyadaca qoyub gedir. Ən böyük sərvəti isə özüylə aparır. O sərvətin adı yaxşılıqdır. ATV tamaşaçıları aldatdı-VİDEO http://xeberci.org/haber-24047-ATV-tamasacilari-aldatdi-VIDEO.html 2016-03-16 23:13:51 Bu gün ATV-nin “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev müğənni Nadir Qafarzadənin ölüm xəbərini verib. Lakin Nadir Qafarzadə İnstagramdakı səhifəsində xəbərin yalan olduğunu bildirib. Belə məlum olur ki, ATV-nin aparıcısı dəqiqləşdirilməmiş məlumat yayıb. Həmin görüntüləri təqdim edirik. Britni Spirsdən qaynar rəqs (VİDEO) http://xeberci.org/haber-23953-Britni-Spirsdn-qaynar-rqs-VIDEO.html 2016-03-07 13:48:23 Dünyaca məşhur ulduz Britni Spirs bu dəfə rəqs etdiyi video ilə gündəmə gəlib. Xeberci.tv məlumat verir ki, müğənni Instagram hesabında narıncı rəngdə çimərlik geyimində qayalıqda rəqs etdiyi zaman çəkilmiş videosu ilə hər kəsi təəccübləndirib. Belə ki, sənətçi ideal bədən quruluşu ilə diqqət çəkib. İki uşaq anası olan müğənni formada qalmağı bacardığını nümayiş etdirib. Qeyd edək ki, Britni Spirs bir müddət əvvəl "V magazine" jurnalının 100-cü sayı üçün kamera qarşısına keçmişdi. Müğənninin bu fotosessiyası da səs-küyə səbəb olmuşdu. İlhamə Quliyevanın mənzilinə və brilyantlarına həbs qoyuldu http://xeberci.org/haber-23928-Ilham-Quliyevanin-mnzilin-v-brilyantlarina-hbs-qoyuldu.html 2016-03-05 12:05:59 Elza maşınlara konsert verəcək http://xeberci.org/haber-23904-Elza-masinlara-konsert-verck.html 2016-03-03 16:31:38 Azərbaycanlı müğənni: Həyatımda olan kişilərin sayını itirmişəm – FOTO http://xeberci.org/haber-23900-Azrbaycanli-mugnni-Hyatimda-olan-kisilrin-sayini-itirmism--FOTO.html 2016-03-03 13:57:19 Adnan Oktarın kediciyi soyundu-VIDEO http://xeberci.org/haber-23890-Adnan-Oktarin-kediciyi-soyundu-VIDEO.html 2016-02-29 23:40:21 Türkiyədə A9adlı telekanal açıb bütün mövzularda fikirlərini bölüşən və “ermənilər qardaşlarımızdır” deyən Adnan Oktarın kedicik adlanan gözəllərindən olan Tülay Kumaşçı açıq-saçıq fotoları ilə yenidən gündəmə gəlib. Qeyd edək ki, ona bir müddət əvvəl belə fotolar çəkdirməməyilə bağlı qadağa qoyulduğu bildirilirdi. İlhamə Quliyeva Nadir Qafarzadəyə nə deyib? http://xeberci.org/haber-23865-Ilham-Quliyeva-Nadir-Qafarzady-n-deyib.html 2016-02-27 17:53:33 Nadir Qafarzadə "gül ağzını" açdı, İlhamənin ölümünə "sevinən"ləri təhqir etdi - "İt kimi gəbərəcəksiz..." http://xeberci.org/haber-23843-Nadir-Qafarzad-gul-agzini-acdi-Ilhamnin-olumun-sevinnlri-thqir-etdi---It-kimi-gbrcksiz.html 2016-02-26 13:58:38 İndi bir çoxları bayram edir. Elə bilirlər, onlar ölməyəcək. Hamı öləcək, baxır kim necə... İlhamə xanım mənim üçün ölməyib. O, hər zaman ürəyimdə yaşayacaq. Bu sözləri müğənni Nadir Qafarzadə xalq artisti İlhamə Quliyevanın vəfatına sevinənlər haqda rəsmi İnstaqram səhifəsində yazıb. O, İlhamə Quliyevanın gözəl sənətkar və yaxşı insan olduğunu bildirib: “Bu xəbəri İstanbulda eşitdim, dünya başıma fırlandı. Azərbaycan böyük sənətkarını itirdi. Vaxtında qiymət verib, qədrini biləydik kaş. İlhamə xanımı yaxından tanıyanlar bilir ki, o, çox gözəl xanım idi. Səni dövlət səviyyəsində torpağa tapşıracaqlar, gözəl sənətkar! Amma arxanca danışanlar it kimi gəbərəcəklər. Sənin ölümün də şərəflidir. Bu gün bütün dünya sənin ölümündən danışırsa, deməli, sən varsan. İlhamə xanımı sevməyən məni də sevmir. Bizi sevməyənlər! Rədd olun! Sizə nifrət edirəm. Ermənisifətlər!” Elgiz Əkbər: "İlhamə Quliyeva ölməyib, öldürülüb" http://xeberci.org/haber-23822-Elgiz-kbr-Ilham-Quliyeva-olmyib-oldurulub.html 2016-02-25 14:32:40 Polislər maşında sekslə məşğul olan müəlliməni və şagirdi saxladı (FOTO) http://xeberci.org/haber-23810-Polislr-masinda-seksl-msgul-olan-mullimni-v-sagirdi-saxladi-FOTO.html 2016-02-24 18:12:55 Aygün İlhaməni "işverən" adlandırdı: "...Yeraltı və yerüstü "sərvət"imiz..." http://xeberci.org/haber-23784-Aygun-Ilhamni-isvern-adlandirdi-Yeralti-v-yerustu-srvtimiz.html 2016-02-19 21:13:52 Müğənni Aygün Kazımova həmkarı İlhamə Quliyevaya yenidən söz atıb. O, primetime.az-a müsahibəsində İlhamə Quliyevanı tanımadığını bildirib: “İlhamə Quliyeva? O kimdir?" Aygün Kazımova daha sonra “Yox bir, yeraltı və yerüstü sərvətimiz!”, - deyərək, İlhamə Quliyevanın titullarına ilişib. Aygün Kazımova İlhamə Quliyevanın Fikrət Əmirovun mahnılarını başqa müğənnilərə qadağa qoymasına da münasibət bildirib: “İlhamə Quliyevanın qadağa qoymağa nə ixtiyarı çatır? Qoy o, əsl sənəti ilə məşğul olsun. Yəni, adam yedizdirməklə, tutdurmaqla, iş verməklə və sosial şəbəkədə montaj olunmuş şəkillərini yaymaqla... İlhamə Quliyevanın adı kriminal aləmində səslənir. O, gedib baltalamağında olsun. Amma bu dəfə kimisə deyil, başına bəla olan dilini... Gedib mənə yox, özünə qadağa qoysun. Gəlin mövzunu dəyişmədən yaradıcılığımla bağlı söhbəti davam etdirək". “Eurovision”da səsvermə qaydaları dəyişdi http://xeberci.org/haber-23730-Eurovisionda-ssverm-qaydalari-dyisdi.html 2016-02-18 22:01:10 Yeni format müsabiqəyə ajiotaj qatacaq. Tezliklə, may ayında “Eurovision” mahnı müsabiqəsi start götürəcək. Oxu.Az müsabiqənin saytına istinadən xəbər verir ki, 1975-ci ildən keçirilən müsabiqənin qaydalarına ən ciddi dəyişikliklər edilib. Finalda səsvermə qaydaları radikal dəyişikliklərə uğrayıb. İndiyə qədər münsiflər heyəti və hər bir ölkədən olan televiziya tamaşaçılarının müsabiqə iştirakçılarının çıxışına verdikləri səslər ümumi nəticə kimi göstərilirdisə, bundan sonra münsiflər və tamaşaçıların çıxışları ayrı-ayrılıqda qiymətləndiriləcək (1-dən 8-dək, habelə 10 və 12 bal). Yeni qaydalara görə, tamaşaçılar telefon, SMS ilə və ya rəsmi proqram ilə səs verəcəklər. Bundan sonra iştirakçı ölkələrin hər biri peşəkar münsiflərin verdiyi qiymət açıqlanacaq. Tamaşaçı səsverməsinin nəticələri hər mahnıya görə, bir qiymətin alınması üçün birləşdiriləcək. Bu nəticələri “Eurovision”un aparıcısı elan edəcək. Müsabiqə təmsilçilərinin sözlərinə görə, bu dəyişikliklər tamaşaçılar arasında ən populyar olan mahnının münsiflərin qiymətindən asılı olmayaraq 12 xal qazanmasına imkan yaradacaq. Əvvəlki illərdə qalibin səsvermədən 20 dəqiqə öncə məlum olmasını, bu dəyişiklərin isə yarışmaya ajiotaj qatacağı bildirilib. Xatırladaq ki, birinci yarımfinal mayın 10-da, ikincisi 12-də, final isə mayın 14-ə planlaşdırılıb. Nazənin gəlinini məhkəməyə verdi http://xeberci.org/haber-23636-Naznin-glinini-mhkmy-verdi.html 2016-02-12 21:20:06 üğənninin gəlini Nazənini qeyri-qanuni uşaq dünyaya gətirməkdə ittiham edib. Xebercitv-nin məlumatına görə, bu barədə aznews.az-a danışan Nazənin bildirib ki, o, 16 il bir yerdə yaşadığı kişidən uşaq dünyaya gətirib: “16 il yaşamışıq. Ondan sonra qərar verdik ki, uşağımız olsun. Onunla rəsmi nikaha isə uşaq dünyaya gəlməmişdən əvvəl girmişəm. Onun kimi bir dəfə tanıdığım kişidən dünyaya uşaq gətirməmişəm. O, özünü necə mənimlə bir tutur? Haranın zibilidir ki, mənim adımı ağzına alıb danışır?” Nazənin onu da əlavə edib ki, bu gün oğlunun həyat yoldaşını və onun arxasında dayananları məhkəməyə verib. Xatırladaq ki, müğənni Nazəninin gəlini qayınanasını nikahdankənar uşaq dünyaya gətirməkdə ittiham edib: “Nazənin 03.08.2012-ci ildə nikaha daxil olub. Kiçik oğlu Orxan isə 14.09.2012-ci ildə doğulub. Adını özü desin uşağının. Qızıma dedikləri ad onlara daha çox yaraşar”. “İlhamə özünü xəstəliyə vuracaq ki, istinqtaqdan yayınsın” - Nazpəri http://xeberci.org/haber-23623-Ilham-ozunu-xstliy-vuracaq-ki-istinqtaqdan-yayinsin---Nazpri.html 2016-02-12 15:16:03 Xeberci.tv müğənni Nazpəri Dostəliyevanın primetime.az saytına verdiyi müsahibəni təqdim edir: - Nazpəri xanım, İnstagram profilinizdə etdiyiniz paylaşımlarda ilahi ədaləti önə çəkirsiniz. Konkret mövzuya keçmək istəyirik. Sizcə, xalq artisti İlhamə Quliyevanın yaşadığı qalmaqalların sonu necə olacaq? - İlhamə Quliyeva tərəfindən şəxsən mənə böyük haqsızlıq olduğu üçün mən bu haqsızlığın qarşısında onu Allaha tapşırmışdım. Susaraq evimdə oturdum... Aylar ötdü və nəticəsi göz qabağındadır. Təkrar edirəm, mənə qarşı böyük haqsızlıqlar edilsə də, heç nə danışmadım. Məhkəmə onun xeyrinə müsbət qərar verdi. 25 min manat təzminat ödədim. Deyirdi, o pulu qaçqın və məcburi köçkünlərə verəcək. O, məndən qazandığı pulları heç kimlə bölüşmədi... Mən Allahın sevimli bəndəsiyəm. Ulu yaradan məni çox sevir. Baş verən hadisələrə gəlincə, əvvəl mediada yayımlanan məlumatları mətbuat katiblərim tərəfindən öyrənirdim. Amma bu gün hər şeyi özüm izləyirəm. Facebook, İnstagram kimi sosial şəbəkələrdə profillərim var. Hər şeydən xəbərdaram və haqqın öz yerini tapmasına şükr edirəm. - Aylardır verdiyiniz cəsarətli açıqlamalarla medianın gündəmindəsiniz. Açıq danışırıqsa, bu məsələyə də münasibətinizi bilmək maraqlıdır. Nazpəri Dostəliyeva bu gün İlhamə Quliyevaya müharibə edən Aygün Kazımovanın irəli sürdüyü fikirləri necə qiymətləndirir? Aygün xanım günlərdir adı "qulluqçu" kimi hallanan Mehriban Hüseynovanı müdafiə etməkdən geri çəkilmir. - Şou-biznes dünyasında bu hegemonun (İlhamə Quliyevanı nəzərdə tutur - red.) qarşısına keçmək üçün ilk öncə yaltaqlar, qorxaqlar olmamalı idi. Mən ona baş əyənləri də qınamıram. Hamısına hədə-qorxu gələ-gələ brilliant aldırırdı. O vaxt mənə edilən haqsızlığın qarşısında susmayıb dəstək olan böyük sənətkarlara təşəkkür edirəm. Xalq artistləri - Ağaxan Abdullayev, professor Arif Babayev, Alim Qasımov, Rasim Balayev, əməkdar artist Tünzalə Ağayeva və bir sıra ziyalılar, millət vəkilləri sağ olsunlar, məni müdafiəyə qalxdılar. Bilirsiz, nə üçün onu susdurmaq mümkün olmadı? Cavab çox sadədir. Bizim əksər müğənnilərdə heç vaxt birlik olmayıb. Bir-birini dəstəkləyib, arxa-dayaq olmaq istəmirlər. - Sualımıza cavab almadıq. Aygün Kazımovanı dəstəkləyirsiniz? - Aygün Kazımova bugünkü mühitdən qaynaqlanıb yazır. O, da məni dəstəkləməmişdi. - Düşünürsüz ki, Aygün xanım özünü düşünərək bu müharibəni davam etdirir? - Bu təkcə mənim fikrim deyil, fakt belədir. Bizim məhkəmə çəkişməmiz zamanı Aygün Kazımova İlhaməni müdafiə edirdi. - Amma sosial qınaq aksiyasına məhz Aygün xanım start verdi... - Bununla razıyam. Milləti qınamağa səsləyən A.Kazımova oldu. Fəxrlə deyirəm, xalqıma qurban olaram. Onlar zamanında da, indi də məni müdafiə edib, dəstək olurlar. Allahıma çox şükür olsun, xalqın səmimi məhəbbətini qazanmışam. Bu hər sənətkara nəsib olmur. - Mehriban Hüseynova məhkəmədə hakim qarşısına çıxacaq. Əgər lazım olarsa, siz onun xeyrinə şahid qismində məhkəmədə iştirak edə bilərsiniz? - Bu gün onu müdafiə etməyə ehtiyac yoxdur. Onu müdafiə edən də var, şahidi çıxanlar da. Mehribanın hər kəlməsi həqiqətdir. Bəlkə, onun söylədiklərini biz desəydik, elə başa düşülərdi ki, münasibətlərdə münaqişə var deyə bu cür danışılır. Evinin içində olmuş bir insan kimi hər kəlməsinin doğru olduğuna inanıram. Hakimlər mənə haqsız davrandılar. Heç olmasa Mehriban üçün haqlı qərar versinlər. - Sizcə, İlhamə Quliyeva həbs oluna bilər? - Bunu gələcək göstərəcək. Mən yaşadığım haqsızlıqları görüb sussam da Allah gözəl Allahdır. Hər şeyi yoluna qoyacaq. - Mediada yayılan xəbərlərə görə, İlhamə Quliyeva səhhətində problemlər yaşayır, ayaqları tutulub... - Hə, indi də özünü xəstəliyə vuracaq ki, istinqtaqdan yayınsın. Xeyr, qaça bilməyəcək. Bu mümkün deyil. Mən onunla mübarizəyə çıxmamışam. Allahın öhdəsinə buraxmışam və İlhamənin müqəddəratı ortadadır. Zaman öz işini görür və haqq öz yerini tapır. Bəndə nəsə ədalətsizlik edə bilər, Allah haqqı nahaqdan gözəl ayırır. Tanrı icazə verməz ki, kimsə yaratdığı bəndəsini səbəbsiz yerə incitsin... "İlhamə buna dözməyib Teymur Əmrahı döydürdü" http://xeberci.org/haber-23619-Ilham-buna-dozmyib-Teymur-mrahi-doydurdu.html 2016-02-12 14:16:46 Xalq artisti Flora Kərimova müğənni Nadir Qafarzadənin İlhamə Quliyeva ilə bağlı fikirlərinə münasibət bildirib. Xeberci.tv xəbər verir ki, aznews.az-a danışan F.Kərimova deyib ki, bu, sənət və sənətkara N.Qafarzadənin baxışıdır: “Onun şəxsi fikridir. Belə görür və danışır. Əgər Nadir mənim ünvanıma nəsə deyirsə, onda bu, onun insafına qalır. Mən deyirəm ki, İlhamə sənətkar deyil. Deməli Nadir o sözləri mənə deyir. Bu yaxınlarda məndən üzr istədi, barışdı. Bu, Nadirin özüdür. Bir-birindən fərqlənən fikirlər onun təbiətidir. Sənəti, sənətkarı belə görür. Ancaq mən belə sənətkar olmağı ona arzulamıram”. O, İlhamə Quliyevanı sənətkar hesab etməməsini belə əsaslandırıb: “İlhaməni sənətkar adlandırmamaq tək mənim fikrim olmayıb. Onun yaxşı ifası var, amma sənətkar deyil. Sənətkar bütövlükdə varlıq deməkdir. Orada musiqi anlayışı, musiqiyə münasibət var. O, bir vaxtlar Teymur Əmrahı döydürmüşdü. Teymur da bununla bağlı ATV-də “Çal-çağır” verilişində açıqlama vermişdi. Teymur Əmrah hər yerdə deyirdi ki, Flora Kərimova mənim ustadımdır. O, da buna dözməyib onu döydürdü. Mən deyirəm ki, o, sənətkar deyil və dediyimi sübut da edə bilərəm. Sənətkar sözünü İlhamənin simasında cılızlaşdırmasınlar. Musiqi, sənət millətin mənəviyyatının bir qoludur”. Qeyd edək ki, N.Qafarzadə İ.Quliyevanı müdafiə edərək onu sənətkar adlandırmayanlara mesaj yollayıb: “İlhamə Quliyeva, siz dahisiniz. Mənim sənətkarım, sizin sənətinizi görüb həzm etməyənlər mədəniyyətdən kənar adamlardırlar”. Bəstəkarlardan “5 min manat” açıqlaması http://xeberci.org/haber-23610-Bstkarlardan-5-min-manat-aciqlamasi.html 2016-02-12 11:52:10 Müğənni-bəstəkar Ceyhun Əliyev mahnılarının qiymətini açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, sənətçi bəstəsinin qiymətinin 5 min manat olduğunu deyib: “Bura həm mahnının sözləri, həm musiqisi, həm aranjimanı, həm də müğənninin studiya çalışması daxildir. Bu gün mahnı bazarında mənim müəllifi olduğum nəğmələr üstünlük təşkil edir. Tələbatı hiss edirəm. Mahnılarım da biri-birindən fərqlənir. Ona görə də, məbləği məhsula uyğunlaşdırmışam”. C.Əliyevin fikrinə bəstəkar Nailə Mirməmmədli münasibət bildirib: “Əgər Ceyhun mahnını 5 minə yazırsa, mənim 19 minə mahnı yazmağa yəqin ki, haqqım çatır. Əgər müğənni həmin mahnıdan artıqlaması ilə qazanc götürə bilirsə, məbləğı ödəməyə dəyər. Mahnı da o qədər gözəl olmalıdır ki, pul qazandıra bilsin. Mənim üçün gənc yazarların savad almağı, bahalı mahnı yazmaqdan daha vacibdir. Əgər istedad yoxdursa, bir-iki melodiya ətrafında fırlanacaqlar, sonra meydandan yox olacaqlar. 5 min manata mahnı satmaq üçün musiqi savadı olmalıdır. Mən iki ali təhsil almışam, amma bəstəkarlıq üçün yenə də bunu az bilirəm. Təklif edirəm, gəlib dərslərimizdə otursunlar, nə dediyimi o zaman daha dərindən başa düşəcəklər”. Bəstəkar Faiq Sücəddinov isə C.Əliyevi tanımadığını deyib. Müğənni hər iki bəstəkarın fikrinə cavab verib: “Musiqi təhsilimi muğam və vokal üzrə almışam. Müəllimlərim Canəli Əkbərov və Teymur Əmrah olub. Nailə xanımın fikrinə hörmətlə yanaşıram. Düzdür, bəstəkarlığı bitirməmişəm. Nailə xanımın böyüklüyünün qarşısında baş əyirəm. Dəvət edir ki, gəlsin daha dərindən öyrənsin. Böyük məmnuniyyətlə gedib öyrənərəm. Faiq müəllim baltalayır. Bəs onda biz gənclər yaşlı nəsildən nəyi öyrənək? Yaradıcılığımızı bilmək və barəsində danışmaq istəmirsiniz, aqressiv şəkildə yanaşırsınız. Bizim öyrənən vaxtımızdır, qol-qanadımızı sındırmaqdansa, düzgün yol göstərsinlər, səhvimizi desinlər ki, biz də gələcəkdə yeni nəsilə doğru olanı aşılayaq”. “1 dəqiqəlik şou yetərli idi...” - Sədaqət Dadaşova http://xeberci.org/haber-23608-1-dqiqlik-sou-yetrli-idi---Sdaqt-Dadasova.html 2016-02-12 11:41:28 “Ay mənim rəfiqələrim, əzizlərim... Gördüyünüz kimi bir günün içində gündəmə gəlib, Azərbaycanın önəmli mövzusuna çevrilmək üçün 1 dəqiqəlik şou yetərli idi”. “Qafqazinfo”nun məlumatına görə, bu sözləri xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova sosial şəbəkədə yazıb. Aktrisa bildirib ki, gündəmi zəbt etmək su içmək qədər asandır: “İllərimi sənətə verdim. Amma görünür ki, sənət heç kimə maraqlı deyil. Çoxu qalmaqal axtarışındadır. İndi sübut etdim ki, ölkəmizdə bir-iki kəlmə sözlə gündəmi zəbt etmək su içmək qədər asandır”. Qeyd edək ki, Sədaqət Dadaşova “Zuhal Topalla İzdivaç” evlilik verilişində maraqlı açıqlama verib. O bildirib ki, evli olan kişidən bir uşaq dünyaya gətirib: “Münasibətimiz 7 il davam etdi. Ondan övladım olandan sonra ayrıldıq. Adı Asifdir. Ailəli idi, iki qızı da vardı. Dedi ki, məndən uşaq dünyaya gətir, səninlə evlənəcəm. Amma Asif mənimlə evlənmədi. Mən də münasibətə son qoydum. Asifdən 20 yaşlı oğlum var. Ümumiyyətlə, 4 övladım var, onlardan 3-ü əmimoğlundandır”. İlhamənin oğlu anasının yalanını açdı http://xeberci.org/haber-23576-Ilhamnin-oglu-anasinin-yalanini-acdi.html 2016-02-11 16:27:05 “O hər nə cinayət işidirsə...” Müğənni İlhamə Quliyevanın adı cinayət işində hallanan oğlu Orxan Nadirov qaranlıq qalan məqamlara aydınlıq gətirib. AzNews.az xəbər verir ki, O.Nadirov sözügedən cinayət işində, təqsirli olmadığını, yalnız şahid qismində iştirak etdiyini bildirib: “Kiminsə adı cinayət işində hallanırsa, bu, o demək deyil ki, həmin adam cinayətkardır. Əgər qaranlıq qalan məqamlar varsa, onu deyim ki, hazırda o cinayət işində heç kimin cinayəti sübuta yetirilməyib. O işə görə heç kim cinayət məsuliyyətinə cəlb edilməyib. Bundan əlavə mənim adım sözügedən cinayət hadisəsində şahid qismində keçir. Nə məndən şikayət edən var, nə mənim barəmdə cinayət işi qaldıran. O ki, qaldı Vüqar Bəkirova, o, başqa cinayət əməlinə görə həbs edilib. Onun bu cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. Bu cinayət əməlində hələ heç kim təqsirli şəxs qismində tanınmayıb”. Cinayət işinin nə ilə bağlı açılması sualına isə O.Nadirovun cavabı belə olub: “O hər nə cinayət işidirsə, cinayət əməli sübuta yetiriləndən sonra istintaq orqanları açıqlama verəcək”. O.Nadirov bir müddət əvvəl Heydər Əliyev adına Hava Limanında da məhz bu cinayət işi bağlı saxlanıldığını təsdiqləyib: “Yenə də deyirəm mən həmin cinayət işində yalnız şahid kimi keçirəm. Həmin vaxt saxlanılmağım və polisə aparılmağım da bununla bağlı idi”. Xatırladaq ki, bir müddət əvvəl Orxan Nadirovla dostu Vüqar Bəkirovun Hava Limanında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verildiyi ilə bağlı məlumat yayılmışdı. Lakin müğənni İ.Quliyeva məlumatları təkzib etmişdi: “Orxan evdədir, dostu da onun yanında. Bu məlumat yalnışdır. Kürdəxanıda oturan qulluqçunun adamları bu xəbərləri yayır". Qeyd edək ki, dünən AzNews.az müğənni İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılması ilə bağlı məlumat yayıb. Bu gün isə Binəqədi rayon Prokurorluğundan məsələ ilə bağlı açıqlama verilib. Bildirilib ki, O.Nadirovun adı cinayət işində hallanır və o, bu iş üzrə dindirilib. İlhamənin oğlu Aygünü hədələdi: - “Çox böyük qələt edir” http://xeberci.org/haber-23566-Ilhamnin-oglu-Aygunu-hdldi---Cox-boyuk-qlt-edir.html 2016-02-11 13:53:38 İlhamə Quliyeva prokurorluğa çağırıldı http://xeberci.org/haber-23554-Ilham-Quliyeva-prokurorluga-cagirildi.html 2016-02-11 11:55:14 Müğənninin vəziyyəti qəfil pisləşib, ayaqları tutulub; istintaqçılar ona evində çətin suallar verib. Müğənni İlhamə Quliyeva dindirilib. Fevralın 10-da baş tutan dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub. Redaksiyamıza daxil olan məlumata görə Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror müğənninin evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başlanmaş araşdırmalar çərçivəsində baş tutduğu deyilir. Belə görünür ki, İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanı məhbəsə göndərməsi son nəticədə özünü də çıxılmaz duruma salıb. Yada salaq ki, Mehriban Hüseynova məhbəsdən “Yeni Müsavat”a son dərəcə ilginc məlumatlarla zəngin məktub yollayıb. Məktubda müğənni Nazpəri Dostəliyevadan şantajla 25 min manat alınması, Mehriban Hüseynovanın özünün bıçaqlanması, döyülərək şərəf və ləyaqətinin alçaldılması, zorlanma hədəsi ilə müşayət olunan hərəkətlərə yol verilməsi, qətl sifariş etmə, ictimai xadimin barəsində son dərəcə təhqiramiz ifadələrin işlədilməsi ilə bağlı iddialar var. Məktubdan sitat: “Əslində, İlhamə ekrana çıxıb mənim xalqım, mənim dövlətim, mənim kimim... və s. deməsi yalan və süni sözlərdir. Çünki evdə dövlətimizin mötəbər, yüksək xanımların televiziyada görəndə onları söyür, haqlarında nalayiq sözlər işlədirdi. Mən iradımı bildirəndə isə üstümə qışqıraraq “sən səsini kəs! Efirdə deməyimə baxma, məcburam, ondan zəhləm gedir” – deyirdi. İlhamə Quliyevanı yaxından tanıyan hər bir kəs bilir ki, o, özünü nəinki Azərbaycanda, Qafqaz və bütün türk dünyasında ən birinci xanım hesab edir”. Yeri gəlmişkən M.Hüseynova bu məsələ ilə bağlı səs yazısını istintaqa təqdim etdiyini də bildirib. Həmin səs yazısının bir neçə digər ünvanlara da yolladığını açıqlayıb. Məsələyə aydınlıq gətirmək üçün müğənni ilə əlaqə saxladıq. Lakin İ.Quliyeva telefon zəngimizi cavabsız qoydu. Baş Prokurorluğun mətbuat xidmətindən isə sorğumuzu qəbul edib cavablandıracaqlarını bildirdilər. E.HÜSEYNOV Musavat.com “İlhamə Quliyeva, siz dahisiz...” http://xeberci.org/haber-23549-Ilham-Quliyeva-siz-dahisiz.html 2016-02-11 11:14:55 “Azərbaycan mədəniyyətində və incəsənətində öz dəsti-xətti olan, ölkənin xalq aristi, “Şöhrət” və “Şərəf” ordenli böyük sənətkar İlhamə Quliyeva... Siz dahisiniz, mənim sənətkarım”. Burak Özçivit Bakıda - Fotolar http://xeberci.org/haber-23520-Burak-Ozcivit-Bakida---Fotolar.html 2016-02-10 17:39:36 Türkiyəli aktyor Burak Özçivit Bakıya gəlib. Nazir Aygün və İlhaməyə xəbərdarlıq etdi http://xeberci.org/haber-23501-Nazir-Aygun-v-Ilhamy-xbrdarliq-etdi.html 2016-02-10 11:51:29 Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın xalq artistləri arasında yaranan qalmaqala münasibət bildirib. Xeberci.tv-nin report-a istinadən xəbərinə görə, nazir bildirib ki, xalq artistlərinin yazışmaları, bir-birilərinin ünvanlarına söylədikləri fikirlər mənasızdır: "İnsanlar etik normalara riayət etməlidirlər. Xalq artisti, fəhlə, sıravi bir vətəndaş olmasından asılı olmayaraq insanlar bir-birlərinə münasibətdə etik normaları gözləməlidirlər". O deyib ki, cəmiyyətin öz daxili mədəniyyəti olmalıdır: "Əfsuslar olsun ki, bəzən mədəniyyət dedikdə sərgi, konsert təsəvvür olunur, ancaq mədəniyyət adamları cəmiyyətinin yaşam tərzini müəyyənləşdirən, diktə edən insanlardır. Hər bir xalq artisti öz hərəkəti, davranışı haqqında ciddi düşünməlidir. Təəssüf ki, bəzi şou-biznes nümayəndələri belə hallara yol verirlər. Təbii ki, bu dünya şou-biznesdə də olur. Həmin sənət adamları bunu çox zaman sensasiya, gündəmdə qalmaq xətrinə edirlər. Əgər bu belədirsə, bu işlərin də müəyyən bir normada aparılması lazımdır". Ə.Qarayev qeyd edib ki, sənət adamlarının bu hərəkətləri xalqın qarşısında özlərini məyus etməkdən başqa bir şey deyil. Xatırladaq ki, son günlər xalq artistləri İlhamə Quliyeva, Aygün Kazımova, Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaranıb. Onlar bir-birlərini müxtəlif məsələlərdə, o cümlədən cinayət xarakterli hərəkətlərə yol verməkdə ittiham edirlər. İdmançımızdan əlil arabasında möhtəşəm rəqs... - Video http://xeberci.org/haber-23499-Idmancimizdan-lil-arabasinda-mohtsm-rqs---Video.html 2016-02-10 11:43:24 Ötən gün Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranmasının 20 illiyi münasibəti ilə tədbir keçirilib. “Bilirsənmi, o səsyazma ilə səni nə gözləyir?” - İlhamənin həbsdəki köməkçisindən şok məktub - FOTOLAR http://xeberci.org/haber-23453-Bilirsnmi-o-ssyazma-il-sni-n-gozlyir---Ilhamnin-hbsdki-komkcisindn-sok-mktub---FOTOLAR.html 2016-02-09 14:25:41 Mehriban Hüseynova həbsinin gerçək səbəbi bilindi - ortada İlhaməni titullarından edəcək kompromat materialı var Kıvanc Elçini seçdi http://xeberci.org/haber-23430-Kivanc-Elcini-secdi.html 2016-02-08 23:24:43 Türkiyəli aktyor Kıvanc Tatlıtuğ iki illik fasilədən sonra yeni serialla ekranlara geri dönür. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Ay Yapım”ın çəkəcəyi serialda rejissor Kıvanca partnyor olaraq Cansu Dərə və Elçin Sanqu təklif olunub. Aktyor E. Sanqunu serialda görmək istədiyini bildirib. “Kiralık aşk” serialında çəkilən Elçinin Tatlıtuğun əlaqəsi olduğu agentliklərdən biri ilə əməkdaşlığa başlaması da bu iddianın doğru olduğunu göstərir. Həm də aktrisa müsahibələrindən birində “Kurt Seyit və Şura”da birlikdə oynadığı Kıvanca təriflər yağdıraraq onun göründüyündən də çox yaxşı və təvazökar insan olduğunu söyləyib. Türkiyəli müğənninin 60 ilədək həbsi istənilir http://xeberci.org/haber-23425-Turkiyli-mugnninin-60-ildk-hbsi-istnilir.html 2016-02-08 22:52:38 Saxta “etibarsız” hərbi bileti almaqda günahlandırılan müğənni-aktyor Kutsinin 21 ildən 60 ilədək həbsi tələb edilir. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında Kutsi də olmaqla, 30 nəfər rüşvət və rəsmi sənəddə saxtakarlıq cinayətində ittiham olunurlar. Müğənninin vəkili Sabahattin Gümanın iddiasına görə, 2006-2007-2009-cu illərdə ifaçıya verilən sənədlər onun ruhi sağlamlığının yerində olmaması haqda tərtib olunmuş həqiqi sənədlərdir. Hər üç sənəd həkimlərin tibbi rəyi ilə alınıb və 10 həkim tərəfindən imzalanıb. Kutsi məhkəməyə yazdığı şikayət ərizəsində saxta sənədləşdirmə iddiasının əsassız olduğunu yazıb: “Mənə qoyulan psixoloji və ruhi xəstəliklə bağlı diaqnoz hələ 14 yaşımda ikən “Stevens Johnson Sindromu” şəklində ortaya çıxıb. Bu xəstəlik nadir və ölümcül nəticələrə səbəb olan sindromdur. Saxta olduğu deyilən sənədlərdə 10 həkimin imzası var”. Kutsi ilə yanaşı, digər 30 şəxsə saxta sənəd hazırlamaqda şübhəli bilinən həkim Haşmet İşıklının isə 302 ilədək həbsi istənilir. İddianamədə hərbi xidmətdən yayınmaq istəyən şübhəlilərin 20-30 min dollar qarşılığında saxta sənəd hazırladıqları yer alıb. Qeyd edək ki, “Stevens Johnson Sindromu” dəridə dərmanlara və ya infeksiyalara qarşı ciddi reaksiya verən xəstəlikdir. Qripə bənzəyən əlamətlərlə başlayan bu xəstəlik zamanı dərinin üst qatının tökülməsi və qırmızı ləkələrin yaranması müşayiət olunur. Zaurdan bağlandığı deyilən verilişlə bağlı - Açıqlama http://xeberci.org/haber-23391-Zaurdan-baglandigi-deyiln-verilisl-bagli---Aciqlama.html 2016-02-08 14:47:40 Teleaparıcı Zaur Baxşəliyev “Bu stil mənim”in bağlanması barədə yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo”ya açıqlama verən aparıcı bildirib ki, 2-3 həftədən sonra “Bu stil mənim” yenidən efirdə olacaq: “Biz Türkiyədə “Bu stil mənim” yarışmasını onların çəkdiyi studiyada çəkirik. Yəni, həm rejissorlar, həm prodüserlər, həm də çəkiliş aparılan studiya eynidir. Türkiyədə dediklərinə görə, məşhurların yarışdığı “İşte benim stilim” o qədər də uğurlu alınmadı. Bu səbəbdən yarışmanın finalını tezləşdirdilər. Yeni formatda olan yarışmanın çəkilişləri dalbadal düşdüyünə görə bizim “Bu stil mənim” yarışmasını bir müddət sonra saxladıq. Biz indi onların çəkilişlərinin yekunlaşmasını gözləyirik. 2-3 həftədən sonra “Bu stil mənim” yenidən efirdə olacaq, amma proqramda bir neçə dəyişiklik olacaq”. Qeyd edək ki, şənbə günü ATV-də veriliş yayımlanmadığı üçün “Bu stil mənim”in bağlanması barədə məlumatlar yayılmışdı. Hacı Məmmədovun “Mersedes” bağışladığı müğənni kimdir? http://xeberci.org/haber-23387-Haci-Mmmdovun-Mersedes-bagisladigi-mugnni-kimdir.html 2016-02-08 14:12:45 Adətən, kriminal qruplaşmalar idmançıları öz əhatələrində görməkdə maraqlı olurlar. Bu “marağın” ən başlıca səbəbi odur ki, idmançı fiziki baxımdan daha güclüdür, danışıqla həll oluna bilməyən məsələləri qol gücüylə yoluna qoymağa qadirdir. Amma son bir neçə ildə şou və mədəniyyət sahəsinə aid olan tanınmışlar idmançıları da “geridə qoyublar”. Belə ki, axır zamanlar şou-biznes nümayəndələrinin də adı belə söhbətlərdə çəkilir. Modern.az adı kriminal hadisələrdə çəkilən, həmçinin həbsxana həyatı yaşayan şou nümayəndələri barədə ikinci yazını təqdim edir. Araşdırma ölkə mediasının materialları əsasında hazırlanıb. Müğənni Tunar Rəhmanoğlu şou nümayəndələri arasında ən təmkinlilərdən olsa da, bu ilin may ayının 4-də yol polisinin keçirdiyi reyd zamanı saxlanılıb. Belə ki, sənətçi qanun keşikçilərinin tələbinə məhəl qoymayaraq idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməkdən imtina edib. Bu zaman yol polisi əməkdaşları ilə Tunar Rəhmanoğlu arasında insident yaşanıb. T.Rəhmanoğlu yol polisinə müqavimət göstərib. Hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları T.Rəhmanoğlunu saxlayaraq barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə aparıblar. Məhkəmənin qərarı ilə T.Rəhmanoğlu 10 sutka həbsə məhkum edilib. Məhkəmə, həmçinin onu 1 il müddətinə sürücülük hüququndan da məhrum edib. Qeyd edək ki, sənətçi mayın 15-də azadlığa buraxılıb. Əməkdar artist Mehriban Xanlarovanı isə adının bir çox hadisələrdə, o cümlədən kriminal xarakterli məsələlərdə hallanmasına görə “Teatr aləminin Rəqsanəsi” adlandırmaq olar. Belə ki, əməkdar artistin adı bir neçə dəfə kriminal qalmaqallarda çəkilib. Sonuncu belə hadisə isə ötən ilin oktyabrında baş verib. Həmin vaxt jurnalistlər Xanlarovanın sevgilisi tərəfindən döyüldüyünü yazmışdılar. Sənətçi isə mətbuata açıqlamasında bunları demişdi: "Kim inanmırsa, gəlib üzümə baxa bilər. “Həkimlər” serialında belə bir yer var ki, guya məni maşın vurur. Ola bilsin ki, həmin səhnəni görənlər belə bir şayiə uydurublar. Bu qədər camaatın içində məni kim döyə bilər?" Ardınca isə Mehriban xanımın həyat yoldaşı olduğunu deyən şəxs bildirdi ki, sənətçinin ona 60 min manat borcu var. Bu dəfə də sənətçi deyilənləri təkzib elədi: ”Bu adamın başı xarabdır. Bir neçə tanınmış qadınların adından istifadə edib tanınmaq istəyir”. Adı Daxili İşlər Nazirlyinin keçmiş baş əməliyyat müvəkkili, adam oğrusu Hacı Məmmədovla hallanan bir neçə sənətçi olub. Onlardan biri-əməkdar artist Manana Caparidzenin 2006-cı ildə Hacı Məmmədovla “Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı. Hətta iddia olunurdu ki, Məmmədov Caparidzeyə “Mersedes” markalı avtomobil hədiyyə edib. Caparidze həmin vaxt Hacı Məmmədovla olan şəklini belə şərh etmişdi: ”Mən bir il “Qarabulaq” istirahət mərkəzində oxudum. Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər”. Əməkdart artist Eyyub Yaqubovun Hacı Məmmədovla əlaqələrinin olmasını təsdiq edən müğənninin onunla çəkdirdiyi şəkil idi. Hətta sənətçinin narkoman olması haqda məlumatlar da yayılmışdı. Hacı Məmmədov həbs olunandan sonra o dövrün bir sıra gündəlik qəzetlərində əməkdar artistin Məmmədovla şəkilləri dərc olunsa da, Yaqubov indiyə kimi bu barədə heç nə deməyib. Xalq artisti Aygün Kazımova isə qardaşına görə utanan sənətçilər sırasındadır. Belə ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov vətəndaşlara külli miqdarda ziyan vurub. Onun bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətdiyi bildirilir. İstintaqdan boyun qaçırdığı üçün məhkəmə onun barəsində axtarış elan edib. Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili A. Süleymanovun rəhbərlik etdiyi əməliyyat qrupu onu tutaraq istintaqa təhvil verib. K.Kazımovun barəsində həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, xalq artistinin qardaşının növbəti məhkəməsi bu gün (17 may – İ.V) keçirilir. Hacı Məmmədovun daha bir “qurbanı” xalq artisti Brilliant Dadaşovadır. Xatırlayırsınızsa, sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. Buna səbəb Dadaşovanın pasportunda özünü “cavanlaşdırması” idi. Belə ki, həmin sənəddə müğənninin adı “Prılanta” kimi qeyd olunub və təvəllüdü 1964-cü il göstərilib. Əslində isə Brilliant Dadaşova 1959-cu ildəndir. O zaman hətta daxili işlər naziri Ramil Usubovun özü Brilliant xanımın olayı ilə bağlı mətbuata açıqlama vermişdi. Xumar Qədimova isə 2008-ci ildə bir deputat oğlu ilə məhkəmə qalmaqalı yaşayıb. Bakı şəhər sakini Emin Əmirova qarşı açılmış cinayət işi haqda həmin dövrdə mətbuatda gedən yazıdan sitat: "E.Əmirov BƏƏ-nin Dubay şəhərindən telefon gətirərək, burada satışı ilə məşğul olub. E.Əmirov vətəndaşların etibarından sui-istifadə edərək, 14 milyon manat pul mənimsəyib. Millət vəkili Fərhad Qəribovun oğlu, “Debütbank”ın Müşahidə Şurasının sədri Rəşad Qəribov və İlqar adlı iş adamı zərərçəkmiş şəxs qismində məhkəməyə dəvət olunsalar da, prosesə gəlməyiblər. Bundan əlavə, prosesdə zərərçəkmiş şəxslərdən birinin hüquqi nümayəndəsi E.Əmirovun müğənni Xumar Qədimovaya 280 min manata mənzil aldığını deyib. Lakin təqsirləndirilən şəxs onun bu sözlərini təkzib edib”. Müğənninin bacısı Mətanət Qədimova isə mediaya açıqlamasında bildirib ki, Emin Əmirov adlı şəxsi tanımırlar və məhkəmədə deyilənlər uydurmadır: “Ancaq Xumar Qədimova tanınmış müğənnidir, evdə oturduğu vaxt pərəstişkarlarından kimsə ona avtomobilin açarını da göndərə bilər. Biz ona deyə bilmərik ki, sən dələduzsan...” “Bu stil mənim” bağlanır? http://xeberci.org/haber-23360-Bu-stil-mnim-baglanir.html 2016-02-07 21:56:45 ATV-də yayımlanan “Bu stil mənim” verilişinin bağlanması barədə xəbər yayılıb. “Qafqazinfo” xəbər verir ki, dəb müsabiqəsinin rəsmi "İnstaqram" səhifəsində bu barədə məlumat verilib: “Üçüncü aydan etibarən yeni süprizlərlə “Bu stil mənim” ATV-də! Çox çalışdıq və çox yorulduq. Amma hər şey hazırdır. “Bu stil mənim” üçüncü aydan etibarən qonaqları və yenilikləri ilə gəlir”. Qeyd edək ki, dəb yarışması ötən gün efirə verilməyib. Xatırladaq ki, müsabiqənin eks-iştirakçıları redaksiyamızda qonaq olaraq təşkilatçı şirkətin rəhbərləri ilə bağlı sensasion ittihamlar irəli sürüblər. Azərbaycanlı Fransanın “O səs”ində münsifləri heyran etdi - Video http://xeberci.org/haber-23337-Azrbaycanli-Fransanin-O-ssind-munsiflri-heyran-etdi---Video.html 2016-02-07 13:21:17 Fransanın TF1 telekanalında yayımlanan “The Voice” (“O səs”) şousunun növbəti buraxılışlarından birində səhnəyə azərbaycanlı gənc çıxıb. Xeberci.tv oxu.az-a istinadən xəbər verir ki, şounun şənbə günü yayımlanan efirində səhnəyə çıxan Araz Özara adlı həmyerlimiz ifası ilə münsif heyətini özünə tərəf döndərə bilib. Səhnəyə milli musiqi aləti olan tar ilə çıxan Araz Kris İsaakın “Wicked” kompozisiyasını ifa edib. Araz bildirib ki, onun 25 yaşı var, Bakıdan, Azərbaycandandır. O, yarım ildir ki, fransız həyat yoldaşı ilə Tuluzada yaşayır. Həmvətənimizin Fransanın “The Voice” şousunda çıxışını təqdim edirik: Dostu xalq artistinin qızıllarını oğurlayıb http://xeberci.org/haber-23334-Dostu-xalq-artistinin-qizillarini-ogurlayib.html 2016-02-07 13:01:33 Xalq artisti Rəmişin 9 illik dostu onun qızıllarını oğurlayıb. Xeberci.tv lent.az-a istinadən xəbər verir ki, bunu barədə musiqiçi ATV-də yayımlanan “Bizimləsən” verilişində açıqlama verib: “İrana gedəndə qızıllarımızı rayonda yaşayan 9 illik yaxın dostuma verdik. Elə oldu ki, İrana gedəsi olmadım. Qızıllar həmin insanda qaldı. Sonra onu bizə qaytarmadı, dedi oğurlayıblar. İndi polis bölməsinə şikayət ərizəsi vermişik”. Olimpiya stadionundakı ilk toyu aparacaq müğənni bəlli oldu http://xeberci.org/haber-23325-Olimpiya-stadionundaki-ilk-toyu-aparacaq-mugnni-blli-oldu.html 2016-02-06 22:04:28 Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq müğənninin adı bəlli olub. Xeberci.tv-nin ans press-ə istinadən verdiyi məlumata görə, məşhur türkiyəli müğənni Ebru Gündeş uzun müddət sonra yenidən Bakıya gəlir. Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq məşhur məhz Ebru olacaq. Məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toyun bəyi isə futbolçudur. Martın 19-da baş tutacaq məclisdə həmçinin, Azərbaycanın tanınmış müğənnilərinin çıxışı gözlənilir. Ötən gün Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirməyin mümkünlüyü barədə stadionun rəsmi saytında elan yerləşdirilib. Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacağı bildirilir. Qeyd edək ki, stadionun 68 min oturacaq yeri var. Xalq artisti: “İlhamə anasını döyürdü… ÖZÜM ŞAHİDİ OLMUŞAM” http://xeberci.org/haber-23318-Xalq-artisti--Ilham-anasini-doyurdu-OZUM-SAHIDI-OLMUSAM.html 2016-02-06 20:32:38 “İlhamə xəstədirsə sağaldın, sağlamdırsa, susdurun!” “İlhamə Quliyevanın xəmiri yalanlarla yoğrulub. Mən indiyənə kimi onun nə rəngini, nə rəyini, nə də addımlarına münasibətini başa düşürəm. Deyir ki, o məhkəmədə qərar çıxarılan pulu guya mənə bağışlayıb. Bu boyda yalan? 3000 yazılan cəriməyə görə hər ay məndən 50-60 manat indiyə qədər “alment” alır. Bu söhbəti eşidəndən sonra Yaqutumu göndərdim ki, arayış gətirsin.Yalandan danışır ki, o pulları mənə bağışlayıb”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Flora Kərimova müğənni İlhamə Quliyevanın müsahibəsində adının hallanmasına uydurmalarına sərt cavab verib: “İş ki, qaldı anasına bütün Azərbaycan İlhamənin anasını döydüyünü bilir. İndiyənə kimi anana olan münasibətini qonşuları, yatdığı xəstəxana, birlikdə iştirak etdikləri məclislər danışır. Hətta Faiq Ağayevin toyunda özüm şahid olmuşam. Anası durub gedəndə yıxıldı, o özünü görməməzliyə vurub, yanından keçdi. Anasını yerdən özgə adamlar qaldırdı. Anasına əl uzatmağı özünə sığışdırmayıb, yan keçdi. Sən təbiətini və tərbiyəni kimlərdən gizlədirsən? Bu hərəkətlərinin şahidi olan millətdənmi, xalqdanmı? Hələ bu azmış kimi gündəmdə qalmaq üçün özünə məşğuliyyət tapdın. Uzağa getməyə lüzum yox idi, çünki bu məkrliyin növbəti qurbanın olan köməkçin Mehribanın başında çatladı”. Xalq artisti qeyd edib ki, Aygün Kazımova heç kəsdən dəstək almadan bu savaşı üzərinə götürdü: “Aygün xanım cəngavərdir. O, tək başına, özünü düşünmədən və heç kəsdən dəstək almadan, böyük bir riskə gedib bu savaşın ağırlığının altına girdi. Aygün də, mən də bu faciəyə göz yuma bilməzdik. Qabaqlar mən danışırdım, tək idim. Sözümü deyirdim, yaltaqlar üstümə gəlirdilər. Əvvəllər İlhamə ilə dalaşır, sonra əlindən öpürdülər. Aygün və Elzaya əhsən olsun. Bilsinlər ki, onlar heç vaxt tək olmayıblar. Aygünün millətə müraciəti oldu. Dedi ki, bu tək bizim yox, artıq millətin problemidir. Əllərini öpəndə, kompliment deyəndə guya “brilliant” üzüklər bağışlayanda başa düşmürdülər ki, İlhamə hamıdan material yığır? Anlamırdılar ki, sonra bütün bu hərəkətlər onların əleyhinə olacaq? İlhamə ilə bir tanış olan, bir də canını qurtaran sevinir. İndi inanmıram ki, kimsə ona yaxın dura. Çünki tərbiyəsiz təbiəti artıq hər kəsə bəllidir. İlhamə, bəsdir yalan danışdın! O insanlara hədə-qorxu gəlməyin çox orijinal üsulunu tapıb. Yeri gəldi-gəlmədi, söhbətə aid olmayan bir məqamda prezidentin və onun ailəsinin adlarını çəkir. Sən öz mənəviyyətini o qədər saf və yüksək bilirsən ki, Azərbaycanı təmsil edən, ölkə olaraq sözünü deyən rəhbərin adını çəkib insanlara xof gəlirsən? İlhamə, heç kimsən... Bu qədər yaltaqlıq olar? Sən kimsən ki, prezidentin adını çəkirsən? Kimsən ki, birinci xanımdan danışırsan? Sən kimi kimlə müqayisə edisən? Bir çox kanal və saytlara təəccüb edirəm ki, bunun cəfəngiyyatlarını susdurmaqdansa, təbliğ edirlər. Bunu kanallar, saytlar başa düməlidir ki, sənə yaxşı münasibəti olanları iyrəndirdin, pis münasibəti olanları isə hiddətləndirdin. Bu üsyan 10 illərlə yığıldı. Axırda biz yox, Aygün, Elza yox, millət partladı və ayağa qalxdı. Bu birbaşa millətin başına oyun gətirmək, rüsvay etməkdir”. Xalq artisti vurğulayıb ki, millətin mənəviyyatı İlhamənin mənəviyyatsızlığının təpiyi altındadır: “Millətin, xalqın mənəviyyatı İlhamənin mənəviyyatının təpiyi altındadır. Bəs siz jurnalistlər niyə qorxursuz? Siz də azərbaycanlısınız, bir vətəndaş kimi olanlar axı sizə də aiddir. Sizlər imkan verdiz, o da mənəm-mənəm deyərək durdu. Böyüyü-kiçiyi, kişini-qadını - hər kəsi şantajla qorxudur. Nə vaxtsa başıma tac qoydum. Tac da deyildi, saç aksessuarı idi. Gecəsini gündüzünə qatdı, bunu tac elədi. Bununla sənin mənəviyyatın qalxacaq, mənliyin düzələcək? Sən ordenləri heçə çevirdin, heç nə etdin. Alın təriylə o ordeni alanları da öz tərbiyəsizliyinlə alçaltdın. İlhamə yalandan danışır ki, guya onu söymüşəm. “Nanəli” verilişində mənim ünvanıma dişindən çıxanı dedi. Biçarə Nanə xanım canlı efirdə onu susdura bilmədi. Məni milləti bilinməyən biri, nəsilsiz elədi. Mənim mənşəyim bilinmir? Deyir ki, filankəs ermənidir. Mən erməniyəm? Mən Qarabağ qışqıranda sən harda idin? Bu millətin ağlı kəsir, gözü görür, qulağı eşidir. Kimi aldatdın? İndi heç olmaya yalanlarından əl çək”. Flora xanım həmkarının köməkçisi Mehriban Hüseynovaya dəstək çıxıb: “Köməkçin Mehribandan əl çək. Tutaq ki, onun qardaşı şəhid deyil. Qadının barmaqlıqlar arasında qalmağından ləzzət alırsan? Onu ora aparanın evində qadını, qızı yoxdu? Ailəsi yoxdu? Bilmir ki, bu qadını mənəviyyatsız bir insana görə 2-3 ayda həbsdə saxlayıb? 4-5 ay bir işi araşdırmaq olar? Əgər o dediyi kimi zəhərləmə olsaydı, xəstəxananın yekun rəyi ilə camaatın gözünü çıxardardı. Qəbul etdiyi Vitamın C-ni psixatrop dərman kimi qələmə verən İlhaməyə nə deyəsən? Əgər yadınızdadırsa, saytlarda video yayıldı. Mehriban xanım maşının içində yaxşı əhval-ruhiyyədə, gülə-gülə demişdi ki, İlhaməni Allah nə vaxt götürəcək? Canımız qurtarsın. Bax bu video əvvələr çəkilmişdi. Daha sonra Mehriban xanım məhs o videoya görə üzr istəmişdi. İlhamə havadarları ilə bir yerdə videoların yerini dəyişdi. Bütün planlar 3 hissədən ibarət oldu. Birinci hissə: İlhamə çıxış etdi ki, var-dövlətimi almaq üçün məni zəhərləyiblər. Bununla insanları inandırdı. İkinci hissə: “Mehribanın üzr” videosunu böhtandan sonra camaata təqdim etdi. İnsanları inandırmağa müvəffəq oldu. Ağılsızlığı onda oldu ki, üzrün əsl səbəbini, yəni maşında. Üçüncü hissə: İlhamənin haqqında gülə-gülə dediyi sözlərin görüntülərini internetdə yaydı. Bununla da özünü ifşa etdi. Bir şey də deyim… Bilmirəm Moskvada hüquqşunaslığı necə oxuyur. Hayasızcasına növbəti yalan! Elementar bir şeyi bilmir. Heç bir notarius heç kimin əmlakını başqasının adına yazdıra bilməz. Mütləq əmlakı bağışlayanın özü və onun imzası olmalıdır. Əgər xəstədirsə, o notarius nümayəndələri həmin xəstənin evində proseduru keçirməlidirlər. Biz isə onun cəfəngiyyatlarına inanıb yazıq Mehriban xanımı cani adlandırırıq. Demək istəyirəm ki, İlhamənin həm özü savadsızdı, həm də savadlı insanları gic yerinə qoyur. Niyə bu savadlılar səsini çıxartmır? Necə olur ki, tükü tükdən seçən polis orqanları bu fərqə varmayıb? Aylarla o bədbəxt qızı barmaqlıqlar arasında saxlayıb mənəvi, bəlkə də fiziki işgəncə verirlər. Utanmırsız? İlhamə Quliyevadan o dərəcə də qorxursuz ki, kişi sözünün mənası yadınızdan çıxıb? Sizləri nə ilə şantaj edir?. Bilmirsiz ki, insanların sizə güvəni tükənir?”. Turkustan.info “Qalmaqal edənlərə vaxtından öncə qayğı göstərilib” - Canəli Əkbərov http://xeberci.org/haber-23242-Qalmaqal-ednlr-vaxtindan-onc-qaygi-gostrilib---Canli-kbrov.html 2016-02-04 22:49:20 Müğənni İlhamə Quliyevanın hazırda həbsxanada saxlanılan keçmiş köməkçisi Mehriban Hüseynovanın redaksiyamıza göndərdiyi məktub medianın gündəmini zəbt edib. M.Hüseynovanın İ.Quliyeva tərəfindən şantaj edilməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirən Aygün Kazımova və Elza Seyidcahan da İlhamə Quliyevanın şantajları ilə üzləşdiklərini bildirdilər. Şou-biznesdə İlhamə Quliyevanın ətrafında yaşanan qalmaqala münasibət bildirən xalq artisti Canəli Əkbərov musavat.com saytına açıqlamasında müğənnilərin çoxunu özündən razı adlandırıb: “İndi sənətçilərin çoxu özündən razıdır. Çünki onlara vaxtından öncə qayğı göstərilib. O qayğıdan da istifadə etməyi bacarmırlar. Çoxları cavandır, düzələr. İlhamə Quliyeva ilə bağlı qalmaqaldan xəbərim yoxdur. O cür məsələlərə maraqlı deyiləm, ağıllı, öz yerini bilən insanlarla, sənətkarlarla işləmişəm. Ona görə də, indikilər məni qane etmədiyi üçün onlarla maraqlanmıram”. Mədəniyyət Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov məsələ ilə bağlı saytımıza açıqlamasında qeyd edib ki, nazir şou-biznes nümayəndələri barədə fikrini ötən il bildirib: “Mədəniyyət naziri Əbülfəs Qarayev bir dəfə sənət adamları, onların özlərini aparması barədə fikrini deyib. Ötən ilin oktyabr ayında bu haqda danışıb. O ən yüksək səviyyədə öz fikrini bildirib. O çıxışa nəzər sala bilərsiniz”. Qeyd edək ki, Ə.Qarayev sənət adamları barədə aşağıdakı fikirləri səsləndirmişdi: “Mədəniyyət, incəsənət, şou-biznes cəmiyyətə açıq olan sahələrdir. İstər-istəməz burada gedən proseslər ictimaiyyətin diqqətinə çatır. Bu sahəni təmsil edən insanlar məsuliyyəti dərk etməlidirlər. Mədəniyyət sahəsini təmsil edən insanların davranışının inzibati yolla qarşısının alınması mümkün deyil. O insanlar həyatları, davranışları, cəmiyyətdəki sözləri ilə buna əməl etməlidirlər, öz nüfuzlarını saxlamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir söz və hərəkətləri cəmiyyətdə müəyyən əks-sadə doğuracaq. Mən kimə deyə bilərəm ki, vuruşmasın? Yenə deyirəm, burada inzibati tədbirdən söhbət gedə bilməz”. Könül İbrahim, Musavat.com Bacısının evlilik verilişinə getməyindən danışdı - “Səviyyəmi endirməyin” http://xeberci.org/haber-23233-Bacisinin-evlilik-verilisin-getmyindn-danisdi---Sviyymi-endirmyin.html 2016-02-04 20:57:14 Xalq artisti Brilliant Dadaşova bacısı, Rafael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşovanın Türkiyənin "Fox" telekanalında yayımlanan "Zuhal Topalla İzdivac" proqramına qatılması ilə bağlı xəbərə münasibət bildirib. İlham Mirzəyevin iflic olması xəbərinə REAKSİYA http://xeberci.org/haber-23209-Ilham-Mirzyevin-iflic-olmasi-xbrin-REAKSIYA.html 2016-02-04 16:25:53 Həbsdə olan tanınmış aparıcı İlham Mirzəyevin səhhətində heç bir problem yoxdur. Bu barədə trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev deyib. Vəkil bildirib ki, aparıcının guya həbsxanada iflic olması barədə yayılan şayiələr əsassızdır: "Bu şayiədir. İlham Mirzəyevin vəziyyəti tam normaldır və səhhətində heç bir problem yoxdur". Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir. Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib. Qeyd edək ki, bu gün İlham Mirzəyev haqqında bəzi saytlarda iflic olması xəbəri yayılmışdı. İlhamə Quliyeva yenə hədələdi http://xeberci.org/haber-23199-Ilham-Quliyeva-yen-hdldi.html 2016-02-04 14:32:13 “Adını çəkdiyiniz deputatın açıqlaması mənim üçün heç bir əhəmiyyət daşımır”. Xeberci.tv xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Xalq artisti İlhamə Quliyeva Milli Məclisin deputatı Çingiz Qənizdənin “İlhamə Quliyeva ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edəcəyəm” sözlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, köməkçisi ilə arasında olan məsələlərə hüquqi nöqteyi-nəzərdən prokurorluq orqanları qərar verəcək: “Azərbayan güclü dövlətdir və onun öz qanunları var. Hüquq-mühafizə orqanları saat kimi çalışır və özləri də bu məsələni həll etməyə qadirdirlər. Heç kəsin kənardan bu işə müdaxilə etməsinə haqqı yoxdur. Çünki sübutlar, dəlillər dəqiq və həddindən artıq çoxdur”. İ.Quliyeva bildirib ki, M.Hüseynova etdiyi cinayətə görə həbs olunub və o, azadlığa çıxa bilməyəcək: “Hər şeyin üstü açılacaq. Onun-bunun deməyi ilə deyil ki... O, ev üzü görməyəcək. Günahı varsa cəzasını çəkməlidir”. Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva ilə köməkçisi Mehriban Hüseynova arasında gedən məhkəmə prosesinə Milli Məclisin deputatı Cingiz Qənizadə də münasibət bildirib. Deputat ortada çox ciddi faktların olduğunu deyib. Həmçinin o, Mehriban Hüseynovanın saxlanılmasının tələsik qəbul edilmiş bir qərar hesab edib. Elza: “İlhamə Quliyeva məni də dəfələrlə şantaj edib” http://xeberci.org/haber-23180-Elza-Ilham-Quliyeva-mni-d-dflrl-santaj-edib.html 2016-02-03 20:40:44 İlhamə Quliyevanın Bakı İstintaq Təcridxanasında saxlanılan keçmiş köməkçisi Mehriban Hüseynovanın müğənni barəsində göndərdiyi məktub mətbuatda ajiotaj yaradıb. Mehriban Hüseynova redaksiyamıza göndərdiyi məktubda bildirib ki, İlhamə Quliyeva ona böhtan atıb və hədə qorxu gəlib. Məktub mətbuatda yayımlandıqdan sonra müğənni Aygün Kazımova da İ.Quliyevanın ona böhtan atdığı haqda “İnstagram” səhifəsində məlumat yayıb: “Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır”. Xatırladaq ki, İ.Quliyeva daha öncə də şou-biznes nümayəndələrinə hədə-qorxu gəlməkdə suçlanmışdı. Son olaraq, ona 15 min borcu olan müğənni Nazpəri Dostəliyevanı sevgilisi ilə hədələmişdi: “Nazpərinin məşuqu Sakit adlı adamdır. Əgər, məşuqu o pulları ödəməsə, bu adam haqqında prezidentə izahat verəcəyəm. İşlər çox xarab ola bilər. Hələ susuram. Mənim pulum qəpiyinədək ödənməsə, yuxarılarda onun məşuqunun adını çəkəcəyəm”. Musavat.com İlhamə Quliyeva ilə qalmaqal yaşayan sənət adamları arasında sorğu aparıb. Onlardan İlhamə Quliyevanın ətrafında yaşanan qalmaqala münasibət öyrənməyə çalışıb. Müğənni Flora Kərimova bildirib ki, İlhamə Quliyevanın atdığı addımlar yanlışdır: “Bu mövzu ilə bağlı mənə çox jurnalist zəng edib. İlhamə nə deyibsə, səhv edib. İndi də millət onun başına daş yağdırır. Mənim bu üç cümlədən başqa deyəcəyim sözüm yoxdur”. Müğənni-bəstəkar Elza Seyidcahan isə bildirib ki, İ.Quliyeva onu da dəfələrlə şantaj edib: “Məni ANS-də xalqın qarşısında hədələdi, ünvanıma adımı ləkələyəcək ifadələr sərf etdi. Hər zaman onun tərəfindən şantajlara məruz qalmışam. Ötən gün də şərəf və ləyaqətimi təhqir edən ifadələr işlədib. O, deyib ki, “Şərəfi nədir, varlığı nədir”. Onun dedikləri əlimizdədir. Mən isə heç vaxt qarşı tərəfi təhqir etməmişəm, “İ” hərfini belə dilimə gətirməmişəm. O insan yaradıcılığımı əsas götürərək, deyir ki, “Elza məni təhqir edir”. Bizim günahımız yoxdur. Sadəcə olaraq, zəhmətkeş insanlarıq, vətənpərvərik, xalqımızı, dövlətimizi, prezidentimizi sevirik. Hamımız Azərbaycan xalqının nümayəndələriyik, bir-birimizin uğurlarına sevinməliyik. Bizim zəhmətkeşliyimizi, uğurlarımızı görüb, istəyir ki, bizə böhtan ataraq, xalqın gözündən salsın. Bu hadisələr bizə xoş deyil. O, insanları illərdir ki, məhkəmələrlə qorxudur”. Qeyd edək ki, İ.Quliyeva modern.az saytına açıqlamasında bildirib ki, atdığı addımlarda dövlətə arxalanır: “Hələ mənim arxamda çox böyük qüvvə var. 50 il sənətdə, səhnədə xidməti olan insanın arxasında xalqı, dövləti, bayrağı, onun dövlətinin başçısı dayanır. Bəli, bu, belədir, böyük qüvvə var”. Könül İbrahim, Musavat.com Aygün İlhamənin Hacı Məmmədovla çəkilmiş fotosunu yaydı http://xeberci.org/haber-23156-Aygun-Ilhamnin-Haci-Mmmdovla-ckilmis-fotosunu-yaydi.html 2016-02-03 16:17:13 Xalq artistləri İlhamə Quliyevayla Aygün Kazımova arasında yaşanan qalmaqal böyüməyə başlayıb. “Bədbəxt sizin bəlli olmayan nəslinizdi...” - Aygündən İlhaməyə cavab http://xeberci.org/haber-23143-Bdbxt-sizin-blli-olmayan-nslinizdi---Aygundn-Ilhamy-cavab.html 2016-02-03 14:21:03 Xalq artistləri İlhamə Quliyevayla Aygün Kazımova arasında yaşanan qalmaqal böyüməyə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, Aygün İlhamə Quliyevanın onunla bağlı verdiyi açılqlamaya münasibət bildirib. O, İlhamə Quliyevanı anasını döyməkdə ittiham edib: "İlhamə Quliyeva bədbəxt sizin bəlli olmayan nəslinizdir! Anasını hər gün döyən, axırıncı dəfə elə döydü ki, yazıq arvad pilləkanlardan yıxıldı ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən ee. Anasına deyirdi ki, ağla-ağla efirdə, qışqırırdı üstünə. Ağla ki, bəlkə Prezident sənə ev verdi. Aygün Kazımova İlhamə Quliyevanın “onun ağlı başında deyil” sözünə də reaksiya verib: "Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğunuzdur. İlhamə Qarabulağlı soyadı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu deyəsən yaddan çıxartmısınız. Həəə?? Bəlkə elə bu işlərdə sizin də əliniz olub,? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram". Qeyd edək ki, İlhamə Quliyeva Lent.az-a açıqlamasında Aygün Kazımovanı "bədbəxt qadın" adlandırmışdı: “Aygünün dedikləri ona baha başa gələcək. Dediyi sözlərə görə, 1 milyon təzminat ödəməli olacaq. Aygün ya yuxulu olub, ya da ağlı yerində olmayıb. Müğənni Natavan Həbibi ilə barışdığıma görə, Aygünü sancı tutub. Mən ona heç bir xəbərdarlıq etmək fikrim yoxdur. Bu işlə vəkilim məşğul olur. İndi dediyi sözlərə görə cavab versin”. Xatırladaq ki, A. Kazımova ötən gün açıqlamasında bildirmişdi ki, İ,Quliyeva ona dəfələrlə şər atıb: “Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun! Dəfələrlə məni də şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür, haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan tanıyır”. Rəqsanənin bacısı oğlu “Kösem”də... - Video http://xeberci.org/haber-23138-Rqsannin-bacisi-oglu-Kosemd---Video.html 2016-02-03 13:47:41 Müğənni Rəqsanə İsmayılovanın bacısı oğlu “Muhteşem yüzyıl- Kösem” serialında rol alıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə müğənnin özü sosial şəbəkədə məlumat yayıb. Rəqsanə Tunar Səfərovun rol aldığı serialın görüntüsünü paylaşaraq “İnşallah bundan böyük uğurların olsun.Bacım oğlu “Kösem”də rol aldı, Allaha şükür”,- şərhini yazıb. Azərbaycanlı müğənninin qardaşı “qız” oldu http://xeberci.org/haber-23132-Azrbaycanli-mugnninin-qardasi-qiz-oldu.html 2016-02-03 12:58:39 Tanınmış azərbaycanlı müğənninin qardaşı ilə bağlı gözlənilməz xəbər yayılıb. İlhamə Quliyeva Aygünü məhkəməyə verir - 1 milyon təzminat http://xeberci.org/haber-23128-Ilham-Quliyeva-Aygunu-mhkmy-verir---1-milyon-tzminat.html 2016-02-03 12:09:14 Xalq artisti İlhamə Quliyeva həmkarı Aygün Kazımovanı məhkəməyə verməyə hazırlaşır. Bu barədə AzNews.az-a İ.Quliyevanın özü məlumat verib. Onun sözlərinə görə, A.Kazımovanın “İnstagram”da onun ünvanına yazdığı ittihamlarla bağlı məhkəməyə müraciət üçün sənədlər hazırlanır: “Mən onu məhkəməyə verəcəyəm. Qoy dediklərini, mən tərəfdən hansı şər-böhtana məruz qaldığını sübut etsin. Ondan 1 milyon manat təzminat tələb edəcəyəm. Çünki onun olmayan şeyləri mənim ünvanıma səsləndirməyə haqqı çatmır”. İ.Quliyeva onu da əlavə edib ki, hələ də A.Kazımovanın onun ünvanına belə ifadələr işlətməsinə inana bilmir: “Mən həmişə onu dəstəkləmişəm, yazıq, bədbəxt bir qadındır, ona yazığım gəlir. İnanmıram ki, onu Aygün yazıb. Bəlkə yuxulu olub? Bəlkə onun adından yazıblar? Yəqin özündə olmayıb. O, özündə olmur, bilmir ki, nə danışır”. Qeyd edək ki, Aygün Kazımova Xalq artisti İlhamə Quliyeva ilə onun köməkçisi Mehriban Hüseynovanın arasında yaşanan qalmaqala münasibət bildirib. M. Hüseynovanı dəstəkləyən A.Kazımova İ.Quliyeva tərəfindən şər-böhtana məruz qaldığını bildirib: “Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır”. "İlhamə dəfələrlə məni də şərləməyə çalışıb" - Aygün Kazımova, FOTO http://xeberci.org/haber-23109-Ilham-dflrl-mni-d-srlmy-calisib---Aygun-Kazimova-FOTO.html 2016-02-02 20:19:42 Müğənni Aygün Kazımova həmkarı İlhamə Quliyeva ilə onun köməkçisi Mehriban Hüseynovanın arasında yaşanan qalmaqala münasibət bildirib. Musavat.com xəbər verir ki, Aygün Kazımova İlhamə Quliyevanın barəsində "İnstagram" hesabında sərt ifadələr yazan Mehriban Hüseynovaya dəstək olub: "Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır". Könül İbrahim, Musavat.com İlhamə Quliyevanı 4 il həbs gözləyir http://xeberci.org/haber-23104-Ilham-Quliyevani-4-il-hbs-gozlyir.html 2016-02-02 18:16:55 Xalq artistinin köməkçisinə qarşı amansızlığı, video çəkdiriyib yaydırması cinayət məsuliyyəti yaradır. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynovanın xalq artisti İlhamə Quliyeva barəsində səsləndirdiyi ağır ittihamlar ictimaiyyətdə böyük rezonans doğurub. Belə ki, M.Hüseynova redaksiymıza göndərdiyi məktubda xalq artistinin ona qarşı etidiyi amansızlıq, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdən, işgəncələrdən söz açıb. Sabiq köməkçi məktubunda İlhamə Quliyeva tərəfindən ötən ilin oktyabrın 17-də mətbuata təqdim edilən videonun onun iradəsinə əks olaraq, qorxudularaq, namusunu ləkələməklə hədələnib çəkildiyni deyib: “Hamısı birləşib namusumu ləkələməklə qorxudub, diz çökərək hər şeyi boynuma almağımı tələb etdilər...Onların namusumu ləkələyəcəklərindən qorxaraq dediklərini etdim və onlar məni telefonla çəkirdilər”. Məktubda mətbuata məlum olmayan bəzi faktlar da yer alıb. Bütün bu məlumatlar sosial şəbəkələrdə geniş müzakirə olunub, ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb. “Xalq artisti köməkçisini təhdid edib, ona hədə-qorxu gəlibsə cinayət məsuliyyətinə cəlb oluna bilər”. Bu barədə hüquq müdafiəçisi Müzəffər Baxış “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu əməli törədən şəxs hətta iki ilədək azadlıqdan məhrum edilə bilər: “Köməkçinin təhdid olunub-olunmadığını, ona hansı qaydada hədə-qorxu gəlindiyini dəqiq aydınlaşdırmaq lazımdır. Dəqiq bilmədən məsələyə münasibət bildirmək çətindir. Deyim ki, bu məsələ bir qədər qaranlıqdır. Əgər şəxs öldürülmək və ya sağlamlığına ağır zərər vurmaqla hədələnirsə və hədənin icra ediləcəyi üçün real əsaslar mövcuddursa, bu əməli törədən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu maddəyə əsasən 200 (iki yüz) manatdan 500 (beş yüz) manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etməz cəzası nəzərdə tutulub. Lakin hər bir halda məsələni dəqiq aydınlaşdırmaq lazımdır, yalnız bu zaman hüquqi qiymət vermək olar. Ola bilsin, həmin köməkçiyə o cür yalvarmaq üçün şirinlikləşdirici vədlər verilib. Bu, artıq onu aldatmaqdır və buna görə heç bir cinayət məsuliyyəti nəzərdə tutulmayıb”. Hüquq müdafiəçisi Müzəffər Baxış şəxsin icazəsi olmadan barəsində video çəkilməsinin, mətbuatda yayılmasının da cinayət tərkibli olduğunu deyib: “Əgər bu video şəxsi həyatı ilə bağlıdırsa və video şəxsin razılığı olmadan yayılıbsa bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1 maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub. Həmin maddəyə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 100 (yüz) manatdan 500 (beş yüz) manatadək miqdarda cərimə və ya 240 (iki yüz qırx) saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə Cinayət Məcəlləsinin 156.2-ci bəndinə əsasən şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Video görüntülərində sabiq köməkçi İlhamə Quliyevaya yalvarıbsa, bu, şəxsi məsələdir. Əgər görüntü gizli videokamera ilə köməkçinin iradəsi olmadan çəkilibsə, xalq artisti cinayət məsuliyyətinə cəlb oluna bilər. Bütün hallarda məsələ tam obyektiv araşdırlmaldır”. M.Hüseynova redaksiyamıza göndərdiyi məktubunda onu da qeyd edib ki, barəsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 29,180.3.2-ci - soyğunçuluğa cəhd maddəsi ilə ibtidai istintaqı aparılır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Yeni Müsavat”a açıqlamasında bu məlumatı təsdiqləyib. E.Sultanov bununla bağlı prokurorluq tərəfindən tezliklə geniş məlumat veriləcəyini bildirib. Xalq artisti, “Şöhrət” ordenli İlhamə Quliyeva isə olaya özünəməxsus şəkildə münasibət bildirib. Belə ki, o, lent.az saytına açıqlama verərək sabiq köməkçisini hədələməkdə davam edib: “Ona demək istəyirəm ki, ay qulluqçu, sənin haqqın çatmır ki, həbsxanada otura-otura cəfəngiyyat məktublar göndərəsən. Bu işlərin axırı sənin üçün çox pis olacaq. Hazırda prokurorluqda barəndə iş gedir. Barəmdə dediyin şərlər, böhtanlar heç vaxt mənə yapışmaz. Sənin söylədiklərinə də kimsə inanmaz... İlhamənin imkanı olsaydı, səni tikə-tikə doğrayardı ki, sən bu dünyada yaşamayasan. Çünki sən insanlara ancaq xələl gətirirsən". Xalidə Gəray Musavat.com “Camaat mənə görə özünü öldürür” – Flora səhhətinin pisləşməsindən danışdı http://xeberci.org/haber-23098-Camaat-mn-gor-ozunu-oldurur--Flora-shhtinin-pislsmsindn-danisdi.html 2016-02-02 13:21:21 Xalq artisti Flora Kərimova iki gün öncə “Nanəli” verilişinin çəkilişi zamanı səhhətinin qəfildən pisləşməsi, ürəkdən getməsi barədə yayılan xəbərə aydınlıq gətirib. O, AzNews.az-a açıqlamasında haqqında yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Xalq artistinin sözlərinə görə, belə bir xəbərin yayılması onun pərəstişkarları ilə yanaşı xaricdə yaşayan övladlarını, yaxınlarını təşvişə salıb, onları stressə salıb: “Belə bir şey olmayıb. Axı niyə vəziyyətim pis olsun ki? Bu dərəcə də xəbər yayarlar? Uşaqlarım xaricdədir, bu yalan xəbərdən sarsılıblar. Zəng-zəngə calanıb, deyirəm ki, ay balam sağ-salamatam, mənə inanmırlar. Saat 20:00-a kimi balalarımın mənə əli çatmayıb, görün onların qürbətdə halı necə olub?”. F.Kərimova heyranlarını narahat olmamağa çağırıb: “Zəng edib özlərini öldürürlər. Bu boyda insafsızlıq olar? Başıma pis iş gəlsə hamı biləcək. Görünür, əcəli qorxudurlar ki, amandı, ona dəymə, xalq sənətkarını çox istəyir”. “Brilliant bacısının evlilik proqramına çıxdığından xəbərsizdir” http://xeberci.org/haber-23062-Brilliant-bacisinin-evlilik-proqramina-cixdigindan-xbrsizdir.html 2016-02-01 19:36:53 Xalq artisti Brilliant Dadaşovanın köməkçisi Seymur Zəkərəyev aktyor Rafael Dadaşovun sənətçinin ünvanına səsləndirdiyi ittihamlara cabab verib. Xeberci.tv-nin məlumatına görə, Seymur Zəkərəyev aznews.az-a açıqlamasında bildirib ki, B.Dadaşova bacısı Sədaqət Dadaşovanın “Zuhal Topalla İzdivac” verilişinə çıxmasından xəbərsizdir: “Rafael müəllim ola bilsin ki, məlumatsızdır. Sədaqət xanım həmin verilişə özü gedib. Efirdə görüb, maraqlanıb və gedib. Burada qəbahət heç nə yoxdur. O da qadındır, orada həyatını qurmağa gedib”. S.Zəkərəyev vurğulayıb ki, Sədaqət Dadaşovanın həmin verilişdə iştirakı yaradıcılıq baxımından müsbət qiymətləndirilməlidir: “Sədaqət xanım karyerasına müğənni kimi başlayıb, uzun müddət Vaqif Mustafazadənin caz qrupunun üzvü olub, filmlərə çəkilib və “Yaşıl eynəkli adam”, “Səni axtarıram” tamaşasına çəkilib. Onun indi Türkiyəyə gedib həmin şouda iştirak etməsi yaradıcılıqq və ailə baxımından yeni bir həyata başlamasından xəbər verir. Ola bilsin ki, sənət, səhnə, film sahəsində uğur əldə etsin”. Qeyd edək ki, Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova Türkiyənin “Fox” telekanalında yayımlanan “Zuhal Topalla İzdivac” proqramına qatılıb. Aktyor R.Dadaşov keçmiş həyat yoldaşı S.Dadaşovanın proqrama qatılmasında B.Dadaşovanı ittiham edib. O bildirib ki, S.Dadaşovanı Türkiyəyə bacısı B.Dadaşova göndərib. Funda Arar Miri Yusifə uduzdu - Məhkəmədə http://xeberci.org/haber-23052-Funda-Arar-Miri-Yusif-uduzdu---Mhkmd.html 2016-02-01 17:09:58 Miri Yusiflə türkiyəli müğənni Funda Ararın məhkəmə prosesi başa çatıb. “Efirə hansı proqramla qayıdacağımı bilmirəm” - Elgiz Əkbər http://xeberci.org/haber-23048-Efir-hansi-proqramla-qayidacagimi-bilmirm---Elgiz-kbr.html 2016-02-01 16:10:20 Teleaparıcı Elgiz Əkbər “Günə baxan” verilişindən müvəqqəti uzaqlaşıb, hazırda isə onu Murad Əzimzadə əvəz edir. E.Əkbər yanvarın 27-də efirə gedən buraxılışda müvəqqəti məzuniyyətə çıxdığını bildirib: “Tamaşaçıların nəzərinə çatdırıram ki, qısamüddətli məzuniyyətə çıxıram. Gələn verilişləri başqa aparıcı təqdim edəcək. Hər kəsə uğurlar arzulayıram. Allah qismət etsə, yenidən görüşərik”. Sosial şəbəkələrdə “Günə baxan”ı artıq Elgizin aparmayacağı, onun yeni verilişlə ekranlara qayıdacağı barədə məlumat yayılıb. Musavat.com məsələyə aydınlıq gətirmək üçün Elgiz Əkbərlə əlaqə saxlayıb. Əsmər adlı xanımla ailəli olan teleaparıcı ilk olaraq, dünən ata olması ilə bağlı təəssüratlarını bölüşüb: “Allah hamıya övlad payı versin. Övlad çox şirindir. İnanın ki, dünən xəstəxanada uşaqdan ayrıla bilmirdim. Elə bilirdim ki, uşaqdan ayrılsam, nə isə olar, qrip tutar. Ürəyimdə böyük həyəcan var idi. Bu hissi sözlə ifadə etmək çox çətindir. Ata olmaq arzusunda olan bütün bəylərə Allah övlad qismət etsin. Qızım olduğu üçün çox sevincliyəm. İlk övladımın qız olmasını çox istəyirdim. Uşağın cinsiyyətini yoxlatdırmamışdıq, buna ehtiyac duymadıq. Övlad Allahın göndərdiyi ən böyük mükafatdır. Qız övladı ata-anaya daim dəstək olur, qayğı göstərir”. E.Əkbər “Günə baxan” verilişindən uzaqlaşması barədə yayılan xəbərlərə də münasibət bildirib: “İki həftəlik məzuniyyət götürmüşəm, işə getməmişəm. “Günə baxan” verilişindən uzaqlaşdırılmağımdan xəbərim yoxdur. Bu haqda heç kim mənə məlumat verməyib. Məzuniyyətim bitdikdən sonra proqrama qayıdacağam və ya yeni layihə üzərində çalışacağım barədə məlumat alacağam”. ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov isə qeyd edib ki, yayılan məlumatlardan xəbərsizdir: “Elgiz “Günə baxan” verilişinə yenidən aparıcılıq edəcək. Elgizin başqa proqramla efirə qayıdacağını bilmirəm”. Könül İbrahim, Musavat.com Mehriban Xanlarova polisə çağırıldı http://xeberci.org/haber-23030-Mehriban-Xanlarova-polis-cagirildi.html 2016-02-01 13:09:14 Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova polisə çağırılıb. Ölkə.az-ın əldə etdiyi məlumata görə, bu gün aktrisa Nəsimi rayonu 19-cu polis bölməsinə gedərək ifadə verib. Hələlik onun kimin şikayəti əsasında polisə çağırıldığı məlum deyil. Məsələni diqqətdə saxlayacağıq. Mikayıl tezliklə yeni verilişlə qayıdır : "Gəldim e gəldim" http://xeberci.org/haber-23013-Mikayil-tezlikl-yeni-verilisl-qayidir--Gldim-e-gldim.html 2016-01-31 22:10:04 Space TV-də yayımlanan “Sevimli şou”nun eks-aparıcısı Mikayıl Güləddinoğlu yeni verilişlə efirə qayıdır. BiG.AZ xəbər verir ki, bu barədə aparıcı özü bildirib. O, qeyd edib ki, yaxın günlərdə geniş tamaşaçı auditoriyası ilə yenə Space kanalında efirdə olacaq: "İnsan həyatda heç nədən sığortalanmayıb. Amma verilişim bağlanmasından sonra təkliflər gəldi mənə. Bəlkə deyirdim isinəşə bilmərəm, öyrəşə bilmərəm. Doğma bildiyim, doğma hesab etdiyim insanlardan, yerdən ayrılmağı həzm edə bilmirəm. İnsan gərək nankor olmasın. İşlədiyin yerdə xətrinə dəymirlərsə və sən oradan gedirsənsə, sənin bir adın var o da nankor. Ona görə də yenə Space telekanalında olacağam. Təzə verilişə başlamaqdan qəti qorxmuram. Yeni bir verilişdə də tamaşaçı toplaya biləcəyəm. Onsuz da Mikayıl kimi məni tanıyıblar... Geniş tamaşaçı auditoriyası ilə yenə Space kanalında efirdə olacağam. Sosial şəbəkələrdə "dostlar" yazırdılar ki, "getdim e getdim", "getdin e ay Mikayıl". Onlara demək istəyirəm ki, darıxmayın çox yaxın zamanlarda Space-də Mikayıl yenə deyəcək ki, "Gəldim e gəldim". Xatırladaq ki, Space TV-də yayımlanan “Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlu MTRŞ-nın qərarı ilə proqramdan uzaqlaşdırılıb. Rafael Dadaşov: “Sədaqəti Türkiyəyə bacısı göndərib” http://xeberci.org/haber-23001-Rafael-Dadasov-Sdaqti-Turkiyy-bacisi-gondrib.html 2016-01-31 17:16:27 Xalq artisti: “Mən Sədaqətin əmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam?” Xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova Türkiyənin “Fox” telekanalında yayımlanan “Zuhal Topalla İzdivac” proqramına qatılıb. Oqtay adlı kişi üçün proqrama qonaq olan 64 yaşlı aktrisa müraciət etdiyi bəy barədə fikirlərini bölüşüb: “Gördüm ki, yaxşı və kübar adamdır. Bəyəndiyim üçün proqrama qatılmağa qərar verdim. Oqtay bəyin anası ilə yaşadığını bilirəm. Razılaşsaq, İstanbulda onlarla yaşaya bilərəm”. S. Dadaşovanın evlilik proqramında iştirak etməsi isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İnsanlar aktrisanı 64 yaşında atdığı addıma görə tənqid ediblər. Sənətçinin qızı Səidə Dadaşova axşam.az saytına açıqlamasında anasının işlərinə qarışmadığını bildirib: "Anamın evlilik proqramına qatılmasından xəbərim yoxdur. Həm də ki, o, mənim anamdır, mənə məsləhət verəndir. Mən valideynlərimə məsləhət verən deyiləm, onların işinə qarışmıram". Musavat.com S. Dadaşovanın evlilik proqramına qatılması barədə keçmiş həyat yoldaşı Rafael Dadaşovun fikirlərini öyrənməyə çalışıb. Xalq artisti saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı danışmaq istəmir: “O boyda tanınmış Billiant bacısı var, ona zəng edin. Məndən niyə soruşursunuz? Mən Sədaqətin əmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam? Bu barədə bacısı danışsın. Onu Türkiyəyə bacısı göndərib” Qeyd edək ki, S. Dadaşova “Bizim küçənin oğlanları” ( 1973), “Ömrün səhifələri” (1974), “Çarvadarların izi ilə (f 1974), “Yaşıl eynəkli adam” (1987), “Yeddi oğuldan biri” ( 2007) filmlərində rol alıb. Sədaqət-Rafael cütlüyünün Səidə, Leyla və Ayxan adlı üç övladı var. Könül İbrahim Musavat.com Söyüş söyən, xalqı təhqir edən artistlər - Cəzalanacaq http://xeberci.org/haber-22829-Soyus-soyn-xalqi-thqir-edn-artistlr---Czalanacaq.html 2016-01-27 15:41:32 Ötən gün xalq artisti Aygün Kazımovanın onu tənqid edənlərə əxlaqsız cavab verməsi böyük müzakirə mövzusuna çevirilib. Elnarə polis bölməsinə çağırılıb? - Vəkilindən açıqlama http://xeberci.org/haber-22816-Elnar-polis-bolmsin-cagirilib---Vkilindn-aciqlama.html 2016-01-27 11:45:22 Əməkdar artist Elnarə Abdullayeva polisə çağrılması ilə bağlı xəbərə vəkili münasibət bildirib. Xanəndənin vəkili Gülnar Nəzərli "Qafqazinfo"ya açıqlamasında bu məlumatın yanlış olduğunu bildirib. “Əgər çağırış olsa, qanun çərçivəsində qarşılıqlı cavab veriləcək. Heç bir bir hüquq-mühafizə orqanından belə bir dəvət və çağırış olmayıb. Yalnış məlumatdır”. Qeyd edək ki, bu barədə xəbəri ölke.az saytı saytı yayıb və məlumatda bildirilir ki, sənətçi Abşeron Rayon Polis İdarəsinə çağırılaraq, ondan izahat alınıb və sərbəst buraxılıb. Xatırladaq ki, müğənni Ülvi Qılıc açıqlamasında xanəndənin onu və ailəsini təhqir etdiyini, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini söyləmişdi. Mikayıl “Sevimli şou”dan danışdı - “Gecə 12-yə kimi gözləyirdilər...” http://xeberci.org/haber-22762-Mikayil-Sevimli-soudan-danisdi---Gec-12-y-kimi-gozlyirdilr.html 2016-01-26 11:54:37 Space TV-də yayımlanan “Sevimli şou”nun eks-aparıcısı Mikayıl Güləddinoğlu proqramdan uzaqlaşdırılmasına münasibət bildirib. Aparıcı “Qafqazinfo”ya açıqlamasında onu ittiham edənlərə cavab verib: “İndiyənə kimi hamıya can deyib, can eşitmişəm. Sosial şəbəkələrdə “Azərbaycan xalqının gözü aydın” yazırlar. Ay oğul, mən Azərbaycan övladıyam, Qarabağ balasıyam... Yazırlar ki, yaxşı oldu, indən belə muğam ifalarına yer verərlər. Sizə qurban olum, mən indiyənə kimi nə göstərirdim? Verilişdə muğam ifalarına da yer verirdim. Könül Xasıyeva, Elnarə Abdullayeva, Cabir Abdullayev bəs nə oxuyurdu? Hamıya “qurban olum” demişəm. “Sevimli şou”ya ailə ilə oturub baxmaq olmurdu? Anam da, bacım da, bibim də baxırdı. Burda nə pis şey var? Qol qaldırıb oynamaq pis idi? Verilişdə şeir demişəm, mahnı oxuyublar. Niyə bir-birimizi baltalayırıq? Qonaq kimi gələn insanları niyə pisləyək? Onlarda anamız, bacımızdır". Mikayıl onu savadsızlıqda ittiham edənlərə belə cavab verib: “Musiqi savadım da var, Mədəniyyət və İncənət Universitetini bitirmişəm. Elə qələmə verirlər ki, mən başqa ölkənin vətəndaşıyam. Yıxın, sürüyün məni, baltalayın... Kimə güldən ağır söz demişəm? Mən “Sevimli şou”nu aparanda zalda 500 nəfər qonaq olurdu, gecə 12-yə kimi gözləyirdilər. O 500 nəfər mənim qohumum idi? Yazırlar ki, gələnlərə pul verilir. Mən niyə pul verim?” Qeyd edək ki, “Sevimli şou”nu "Planet Parni iz Baku"dan tanıdıqları Ramil adlı aktyor aparır. Xatırladaq ki, proqramın əvvəlki aparıcısı Mikayıl Güləddinoğlu bir neçə gün öncə MTRŞ-nın qərarı ilə Mikayıl verilişdən uzaqlaşdırılıb. Məlumat üçün bildirək ki, verilişin yeni aparıcısının ilk proqramı o qədər də uğurlu alınmayıb. “Telekanallarımız toyxana verdiyi üçün...” - Telelayihələrin uğursuzluğu http://xeberci.org/haber-22737-Telekanallarimiz-toyxana-verdiyi-ucun---Telelayihlrin-ugursuzlugu.html 2016-01-25 16:58:08 Qulu Məhərrəmli: “Bizim auditoriya bilgi standartları baxımından “Milyonçu” layihəsi üçün bəsitdir” Dünyaca məşhur telelayihələrin yerli versiyaları bir çox ölkələr kimi Azərbaycanda da hazırlanır. “Milyonçu”, “Səs Azərbaycan”, “Məni yarımdan soruş”, “Bu stil mənim” kimi proqramlar xarici proyektlərdən götürülərək, yerli tamaşaçılara təqdim edilir. Lakin bu cür proqramlar hər zaman uğurlu alınmır və ya tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Məsələn, Zaur Baxşəliyevin “Mənim yarımdan soruş” proqramı tez-tez tənqid edilirdi. Türkiyədə efirə gedən “Ben bilmem, eşim bilir” proqramı ilə müqayisə edilən verilişin çəkiliş heyətinə iradlar tutulurdu. Hətta Günay Baxşəliyevanın efirdə öz həyat yoldaşı, aparıcı Zaur Baxşəliyevin belində oturması uzun müddət müzakirələrə səbəb olmuşdu. “Səs Azərbaycan” da tamaşaçıların tənqid hədəfinə çevrildi. Bəziləri iştirakçıların əcnəbi dildə mahnılar oxumasından, bəziləri isə münsiflərin özlərini süni aparmasından gileyləndilər. Hazırda isə ATV-də yayımlanan “Bu stil mənim” proqramı sosial şəbəkə istifadəçilərinin və medianın sərt tənqıdlərinə məruz qalmaqdadır. Proqramda münsif Günay Musayevanın və iştirakçıların Türkiyə türkcəsində danışması, iştirakçı qızların yersiz dava etmələri, jarqon və vulqar sözlər işlətmələri insanlarda verilişə qarşı neqativ fikirlər formalaşdırır. Hətta bəzi tamaşaçılar proqramın efirdən yığışdırılmasını tələb edirlər. Bəs, Azərbaycanda xarici telelayihələrin uğur qazana bilməməsinin səbəbi nə ilə bağlıdır? Musavat.com xarici proyektlərin Azərbaycanda uğur qazanmamasının səbəbini öyrənməyə çalışıb. Məsələ ilə bağlı danışan media eksperti Qulu Məhərrəmli bildirib ki, xarici layihələrin ölkəmizdə uğur qazanmaması ciddi məsələdir: “Azərbaycanda hazırlanan xarici teleproyektlərin hamısı uğurlu alınmır. Bu, ciddi məsələdir. Vaxtilə “Lider” telekanalı “Milyonçu” layihəsini hazırlayırdı. Məncə, çox uğurlu alınmışdı. Hazırda bir çox ölkələrdə bu layihə davam edir. Lakin bizdə uzunömürlü olmadı. Məlum oldu ki, bizim auditoriya və iştirakçılar bilgi standartları baxımından o layihə üçün bəsitdir. O layihənin hədəflədiyi səviyyəni əldə etmək olmur. Eləcə də, bu gün ölkəmizə gətirilən elə projelər var ki, onların ömrü uzun olmayacaq. Bu gün hazırlanan layihələr əsasən reklam bazarı ilə bağlıdır. İnanmıram ki, o proqramları gətirmək bizim televiziyaçılığı inkişaf etdirir. Bu layihələr kimlərinsə fikirlərinə xidmət edir. Bəzi verilişlərə standartlar tətbiq olunanda məlum olur ki, ciddi problemlər var. Azərbaycan reallıqlarını ifadə edən layihələr gözəldir, onları inkişaf etdirmək lazımdır. Bu, bizim televiziyaların özünəməxsusluğunu göstərər”. Teleaparıcı Murad Arif qeyd edib ki, xarici proyektləri ölkəmizə gətirməzdən əvvəl tamaşaçının zövqünü formalaşdırmaq lazımdır: “Bizdə tamaşaçının zövqü üzərində iş getmir. Nə qədər ki, televiziya və radiolarda musiqi siyasəti, formatı dəyişdirilməsə, xarici telelayihələr uğur qazanmayacaq. Ölkə televiziyası toyxana verdiyi təqdirdə, zövqlü arembi, fank, caz formatında layihə ilə dəyişmək, uğur qazanmaq mümkün deyil. Musiqi telekanalları açılmalıdır. Bu gün ölkə televiziya və radiolarında 50 faizdən də az milli musiqi səsləndirilir. Pop musiqisindən çox əcnəbi və bayağı mahnılara yer verilir. Ümumi durum dəyişməyincə, ayrı-ayrı layihələr uğurlu alına bilməz”. Könül İbrahim, Musavat.com Namiq Qaraçuxurlu: “Devalvasiya planlarımı alt-üst etdi” http://xeberci.org/haber-22730-Namiq-Qaracuxurlu-Devalvasiya-planlarimi-alt-ust-etdi.html 2016-01-25 15:03:51 Meyxanaçı Namiq Qaraçuxurlu böhrana görə ayaqqabı mağazasını bağlaması xəbərlərinə münasibət bildirib. Musavat.com saytına açıqlama verən sənətçi devalvasiyanın biznesinə ziyan vurduğunu qeyd edib: “Həqiqətən, kiçik biznesim var. 1 il öncə qurduğum işin bəhrəsini 2016-cı ildə verəcəyini gözləyirdik. Devalvasiya planlarımı alt-üst etdi. Biznesim kiçik olduğu üçün az ziyana düşdüm. Neçə ay idi ki, Çində idim. Artıq Bakıya qayıtmağa hazırlaşıram. Gələndən sonra biznesim haqda qərar verəcəyəm. Hələ işimə son qoyub-qoymayacağımı bilmirəm. Ümid edirəm ki, hər şey düzələr və mən biznesimi davam etdirərəm”. Könül İbrahim Musavat.com Azərbaycanlı qadın müğənnilərin hər kəsdən gizlətdiyi əsl yaşı (SİYAHI) http://xeberci.org/haber-22708-Azrbaycanli-qadin-mugnnilrin-hr-ksdn-gizltdiyi-sl-yasi-SIYAHI.html 2016-01-24 22:23:07 Heç kəsə sirr deyil ki, qadınlar çox vaxt əsl yaşlarını gizlərirlər. Lakin bizim siyahımızda adları çəkilən xanımların həqiqi yaşları geniş oxucu kütləsinə maraqlı olduğu üçün biz bu addımı atdıq. Bircə onu deyə bilərəm ki, kişi müğənnilərimız də cox rahat olmasınlar, onlara da növbə çatacaq: Zəynəb Xanlarova -1936 Flora Kərimova - 1941 İlhamə Quliyeva - 1943 Səkinə İsmaylova - 1953 Nisə Qasımova - 1954 Firuzə İbadova - 1954 RUhəngiz Allahverdiyeva - 1955 Mələkxanım Əyyubova - 1962 Mətanət İskəndərli - 1963 Nazənin - 1964 Brilliant Dadaşova - 1964 Almaz Ələskərova - 1966 Xumar Qədimova - 1966 Gülüstan Əliyeva - 1967 Zulfiyyə Xanbabayeva - 1967 Nüşabə Ələskərli - 1968 Könül Kərimova - 1968 Könül Xasıyeva – 1968 Elza Seyidcahan - 1968 Telli Borçalı - 1969 Mətanət Əsədova - 1970 Gülyaz Məmmədova - 1970 Mənzurə Musayeva - 1971 Aygün Kazımova - 1971 Gülyanaq Məmmədova - 1973 Fədayə Laçın - 1976 Tünzalə Ağayeva - 1976 İlhamə Qasımova - 1976 Nura Suri - 1976 Rəqsanə İsmaylova 1979 Manana - 1979 Nigar Camal - 1980 İradə İbrahimova - 1980 Elnarə Xəlilova - 1980 Natavan Həbibi - 1981 Xatirə - 1981 Röya - 1982 İradə Mehri - 1982 Sevda Yahyayeva - 1985 Şəbnəm Tovuzlu - 1984 Günay İbrahimli - 1991 Atv BAKU.WS Günayın ağlatdığı iştirakçı: “Bizi dalaşmağa məcbur edirdilər” - VİDEO http://xeberci.org/haber-22691-Gunayin-aglatdigi-istirakci-Bizi-dalasmaga-mcbur-edirdilr---VIDEO.html 2016-01-24 16:03:54 ATV-də yayımlanan “Bu stil mənim” verilişi yenidən tənqidlərə məruz qalıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva iştirakçı Günel Məmmədovanı tənqid edib və onu digər iştirakçıları alçatmağa çalışmaqda günahlandırıb. Modelin tənqidlərini qəbul etməyən G.Məmmədova göz yaşlarını saxlaya bilməyib. Musavat.com proqramda yaşanan hadisə ilə bağlı Günel Məmmədova ilə əlaqə saxlayıb. İştirakçı layihədə ona qarşı haqsızlıq olduğunu bildirib: “Mən heç kimə deməmişəm ki, münsiflər məni dəstəkləyir və sizdən üstünəm. Proqramda mənə qarşı haqsızlıq oldu. Mən demədiyim sözlərə görə tənqid olundum. Haqsız sözlər qarşısında dözə bilməyib, ağladım. Bu cür halla qarşılaşacağımı bilmirdim. Düzünü deyim ki, haqsız yerə günahlandırılacağımı gözləmirdim. Sosial şəbəkədə hamı bu hadisədən danışır, istər-istəməz pis oluram. Mənə dəstək olanlara təşəkkür edirəm”. - Demədiyiniz sözə görə tənqid olunmağınızın səbəbi nədir? - Hələ də yaşananların səbəbini bilmirəm. Layihə rəhbərləri düşündülər ki, bu addımları uğurlu olacaq. Amma alınmadı. Bu mübahisə reytinq gətirmədi. - Verilişdən sonra baş verən hadisəyə aydınlıq gətirməyə çalışmadınız? - Əlbəttə, layihə rəhbərlərinə yaxınlaşdım. Mənə dedilər ki, bu cür olmasını istəmirdilər. Bütün bunları reytinq qazanmaq məqsədi ilə ediblər. Millətin diqqətini çəkmək istəyiblər. Bir gündə üç veriliş çəkdik. Bu həftə çəkilən verilişə məni güclə saldılar. Tam hazırlaşmamışdım. Amma artıq o layihədə qalmaq istəmirəm, o insanların qarşısına çıxmayacağam. - Müsabiqədən öz istəyinizlə uzaqlaşmısınız? - Əlbəttə. Müsabiqəyə çıxmaq istəmirəm. Yarışmadan uzaqlaşdım. Gələn həftə yayımlanacaq veriliş çəkilib. Tamaşaçılar məni gələn həftə verilişdə görə biləcək. Ondan sonra proqramda olmayacağam. - Layihədə iştirakınıza görə, sizinlə müqavilə bağlanmayıb? Müqavilə şərtlərinə görə, iştirakçı istəyinə görə proqramdan uzaqlaşa bilməz. - Layihə rəhbərləri ilə müqavilə bağlamışıq. Amma o müqavilə əsassızdır. Yalan müqaviləni əlimizə veriblər. Müqavilə müsabiqədən uzaqlaşmağıma problem yaratmaz. - Valideynləriniz verilişdə başınıza gələnlərə necə münasibət bildirdi? - Valideynlərim məni verilişdə izləyirdilər, dəstək olurdular. Valideynlərimi də əsassız tənqidlər əsəbləşdirib. Onlar bununla bağlı tədbir görəcəklərini dedilər. Valideynlərim mənim bir göz yaşım üçün dünyanı dağıdarlar. Mən də bir ata-ananın övladıyam. Məni niyə ağlatmalıdırlar? Mənim arxamda böyük ailəm dayanır. - Qızların verilişdə yersiz dava etmələri tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Hətta, məhəllə xarakterli söhbətlər etdiyiniz bildirilir. Bu ittihamlarla razısınızmı? - Bu ittihamlarla razı deyiləm. Bizə verilişdə məcburən deyilirdi ki, dalaşın, mübahisə edin. Onların dediklərini etməyəndə bizi yarışmadan çıxardacaqlarını deyirdilər. Biz də müsabiqə üçün çoxlu pul xərcləmişik. Pulumuzun batmasını istəmirdik. Verilişdə dalaşsaq da, kənarda mehribanıq. Efir xətrinə mübahisə edirdik. - Yarışmaya çoxlu pul xərclədiyinizi dediniz. İştirakçı olmaq üçün pul ödəmisiniz? - İştirakçı olmaq üçün pul ödəməmişik. Yol pulumuzu, Türkiyədə qalmaq pulumuzu özümüz ödəyirik. Geyimlərimizə, hazırlığımıza da çox pul xərcləyirik. Hər şeyi özümüz edirik. Bu günə kimi 15 min manat pul xərcləmişəm. Tez-tez çəkiliş gününün vaxtını dəyişirdilər. Biletlərimiz batırdı. Onun cəriməsini də ödəyirdik. - Münsif Günay Musayeva illərdir ki, Türkiyədə fəaliyyət göstərdiyi üçün proqramda Türkiyə türkcəsi ilə danışır. İştirakçılar da onunla Türkiyə türkcəsində söhbət edirlər. O iştirakçılardan biri də sizsiniz... - Bəli, Türkiyə türkcəsində danışırıq. Münsiflər rus dilində və Türkiyə türkcəsində kəlmələr işlədirlər. Biz də çaşırıq. Qarşımızdakı insan başqa dildə danışanda avtomatik biz də o dildə cavab veririk. Buna görə bizi qınamalarını istəmirik. Ötən verilişdə Günay xanım məni haqsız yerə ittiham edirdi. Mən də özümü itirdim və çaşıb, Türkiyə türkcəsində cavab verdim. Könül İbrahim, Musavat.com Böhran Namiqi də vurdu http://xeberci.org/haber-22668-Bohran-Namiqi-d-vurdu.html 2016-01-23 17:42:02 Ölkədəki iqtisadi böhran meyxanaçı Namiq Qaraçuxurlunun biznesinə təsir edib. Xebercitv-nin axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi bu haqda "Star life" verilişinə açıqlamasında deyib: "Çindəyəm, dincəlirəm. Gələndə bir aylıq qalacağımı düşünmüşdüm. Amma sonra fikirləşdim ki, məsafə uzaqdır, doyunca gəzim. Biznesimlə bağlı müəyyən işlər görmək istəyirdim. O ki, qaldı biznesə, müəyyən işlər görmək istəyirdim. Amma mövcud vəziyyətə görə yarımçıq qalıb. Nə biznes qurmuşdumsa, bağlanmalı olacaq. Çində dostum yaşayır. Uzun müddətdir dəvət edirdi, indi imkan tapdım. Bura çox xoşuma gəlir. İnsan gəzdikcə yorulur, Bakıya qayıdandan sonra da dincələcəm. Yaradıcılığmı da unutmamışam. "Şəkərim" adlı yeni mahnı hazırlamışam. Sənətdən getməyim mümkün deyil. Az-az görünəcəm, uzağı ayda bir verilişə çıxacam". Qeyd edək ki, N.Qaraçuxurlunun ayaqqabı mağazası varıydı. Məşhur, vəzifəli ailələrin gəlini, kürəkəni olan sənət adamlarımız — ARAŞDIRMA http://xeberci.org/haber-22495-Mshur-vzifli-aillrin-glini-kurkni-olan-snt-adamlarimiz--ARASDIRMA.html 2016-01-19 21:40:29 Müğənni Elçin Cəfərovun keçmiş deputat, xalq şairi Sabir Rüstəmxanlının qızı ilə nişanlanması xəbəri istər mətbuatda, istərsə də sosial şəbəkələrdə böyük maraqla qarşılandı. Təsadüfi deyil ki, dünən Ölkə.Az-ın yaydığı bu xəbər günün ən çox oxunan xəbərləri sırasındaydı. Ancaq nəzərə almaq lazımdır ki, müğənninin, sənət adamının tanınmış ailənin qızı ilə ailə qurması, yaxud məşhur ailənin oğluna ərə getməsi halları yetərincə çoxdur. Brilliant Dadaşova evsiz qaldı http://xeberci.org/haber-22465-Brilliant-Dadasova-evsiz-qaldi.html 2016-01-19 12:43:19 Yanvarın 18-i xalq artisti Brilliant Dadaşovanın "Sahil" metrosunun yaxınlığında, Üzeyir Hacıbəyov küçəsində yaşadığı mənzilini su basıb. Hadisə şahidlərin musavat.com-a verdiyi məlumata görə, buna səbəb yuxarı mərtəbədə yaşayan qonşunun qızdırıcı xəttlərinin partlaması olub. Hadisə baş verərkən qonşu evdə olmayıb. Hadisə nəticəsində Brilliant Dadaşovanın mənzilinə ciddi ziyan dəyib. Saatlarla axan isti su evin təmirinə, əşyalarına zərər vurub. Mənzilin tavanı davamlı axan isti suyun təsirindən tökülüb. Ev tamamilə yararsız vəziyyətə düşüb. Məlumatı B.Dadaşovanın köməkçisi də təsdiqləyib. Xalq artisti hadisədən sonra evini tərk edib. Türkiyəli aktyor Bakıya gəlir http://xeberci.org/haber-22460-Turkiyli-aktyor-Bakiya-glir.html 2016-01-19 11:54:11 Türkiyəli aktyor Emre Kınay Bakıya gəlir. “Qafqazinfo”nun məlumatına görə, Emre “Sinema senfoni” ilə birgə Heydər Əliyev adına Sarayın səhnəsində çıxış edəcək. Aktyor fevralın 14-də baş tutacaq konsert proqramına mahnı oxuyacaq. Qeyd edək ki, Emre Kınay “Yılan hikayesi” serialı ilə Türkiyədə tanınan bir simaya çevirilib. Aktyor hazırda “Güneşin kızları” serialında Haluk obrazını canlandırır. Sənətçi həm gitara ifa etməklə, həm də mahnı oxumaqla məşğul olur. Sabir Rüstəmxanlının qızı tanınmış müğənnimizlə nişanlandı http://xeberci.org/haber-22414-Sabir-Rustmxanlinin-qizi-taninmis-mugnnimizl-nisanlandi.html 2016-01-18 14:39:41 Keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının qızı tanınmış müğənni Elçin Cəfərovla nişanlanıb. Müğənni villasını satır - 4,5 milyon dollara + Foto http://xeberci.org/haber-22409-Mugnni-villasini-satir---45-milyon-dollara--Foto.html 2016-01-18 13:37:41 Türkiyəli müğənni Orxan Gencebay Boğazdakı villasını satışa çıxarıb. Böhrandan xəbərsiz müğənni: “Devalvasiya nə deməkdir?” http://xeberci.org/haber-22383-Bohrandan-xbrsiz-mugnni-Devalvasiya-n-demkdir.html 2016-01-17 18:54:29 Əməkdar artist Elnarə Abdullayeva ölkədə yaşanan böhranın ona heç bir təsir etmədiyini deyib. Bu barədə xanəndə musavat.com-a açıqlama verərkən deyib. O, ölkədəki bahalaşmadan da xəbərsiz olduğunu bildirib: “Böhrandır, ya böhran deyil, mən belə şeyi bilmirəm ki. Mən nə bilim dollar qalxdı, ya düşdü? Bizim nə borcumuza. Bir-iki manat pulumuz var, toya gedəndə alıb yeyirik vəssalam. Bahalaşmaya gəldikdə isə, 1-2 aydır bazara getmirəm deyə heç nədən xəbərim yoxdur. Ola bilsin ki, ölkədə nəsə gedir, lakin başım ağrıdığı üçün onu mənə demirlər. Dünyadan nə baş verir xəbərim yoxdur. Əsas odur ki, can sağlığı olsun”. Əməkdar artist devalvasiyanın nə demək olduğunu bilmədiyini etiraf edib: “Devalvasiya deyirsiz, nə deyirsiz bunları bilmirəm. Mənimki odur ki, kənddən, toyuq-cücədən sual verilsin cavab verim. Bir tikə çörəyimizi qazanırıq, qalan şeyləri bilmirəm”. Elnarə Abdullayeva həmkarlarından fərqli olaraq toysuz qalmadığını deyib: “Toy sıfarişləri alıram, Allah camaatımıza dəyməsin. Biz çətinliyə öyrəşən adamıq. Mənim üçün nə fərqi var, az oldu, ya çox oldu. Az olanda qaloş, çox olanda yaxşı ayaqqabı geyinəcəm. Mənim şüarım belədir”. Xalidə Gəray Musavat.com Məşhurların övladları: polis, diplomat, müğənni… - SİYAHI http://xeberci.org/haber-22382-Mshurlarin-ovladlari-polis-diplomat-mugnni---SIYAHI.html 2016-01-17 18:23:38 Sənət adamlarının özləri qədər onların övladları da insanların maraq dairəsindədir. Bəzi məşhurlar övladlarını mediadan kənar tutsa da, bəzilərinki valideynləri qədər məşhurdur. Onların xarici görünüşləri, geyim tərzləri, təhsil və peşələri insanlarda maraq yaradır. Bəs yerli məşhurların övladları hansı peşənin sahibidirlər? “Qafqazinfo” xəbər verir ki, musavat.com yerli sənət adamlarının övladları barədə yazı hazırlayıb və onların peşələrini öyrənib: Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Qarayeva aktrisadır. Xalq artisti, mərhum kaman ustası Habil Əliyev oğlu Rəvan Habiloğlu müğənnidir. Xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva diplomatdır. O, YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi olaraq çalışır. Xalq aristi, xanəndə Alim Qasımovun qızı Fərqanə Qasımova atasının sənətini davam etdirir. O da tanınmış xanəndədir. Xalq artisti, aktyor Ramiz Novruzun oğlu Cavidan Novruz aktyor və müğənnidir. Xalq artisti Aygün Kazımovanın qızı İlqarə ifaçılıqla məşğuldur. Şair Vüqar Əhmədin qızı Almaxanım Əhmədova müğənnidir. Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Bərdəli müğənnidir. Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahanın oğlu Ələkbər də ifaçıdır. Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan polis əməkdaşıdır. Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədə təhsil alır. O, eyni zamanda müğənniliklə məşğuldur. Əməkdar artist Röyanın oğlu Hüseyn bu il birinci sinfə qəbul olunub. Əməkdar artist Ədalət Şükürovun qızı Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirib. O, böyük şirkətlərin birində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərir. Ə.Şükürovun oğlu isə tələbədir. Müğənni Elşad Qarayevin oğlu Rəvan Qarayev də atasının peşəsini davam etdirir. Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun modelyerdir, o peşəsi ilə bağlı Türkiyədə təhsil alır. Müğənninin digər qızı Yağmur isə bu il birinci sinfə qəbul olunub. Müğənni Nura Surinin böyük oğlu Xosrov Londonda təhsil alır. Qeyd edək ki, o, yüksək balla universitetə qəbul olub. Müğənni Roza Zərgərlinin oğlu Corc aktyordur. Qızı Bənövşə isə tələbədir. TV təmsilçiləri efir qadağasından danışdılar: “Müğənniləri efirə çıxarmağa borcluyuq?” http://xeberci.org/haber-22372-TV-tmsilcilri-efir-qadagasindan-danisdilar-Mugnnilri-efir-cixarmaga-borcluyuq.html 2016-01-17 14:40:09 Sənət adamlarına qarşı telekanallar tərəfindən efir qadağasının qoyulması məsələsi yenidən gündəmə gəlib. Müğənnilər onlara efirə çıxmağa icazə verməyən telekanalların adlarını açıqlayıblar. Xalq artisti Nazpəri Dostəliyeva ANS TV və "Region" TV-dən başqa telekanalda efirə buraxılmır. Xalq artisti Flora Kərimovaya "Space" TV, xalq artisti Brilliant Dadaşovaya "Lider" TV, əməkdar artist Röyaya ANS TV, müğənni Ayan Babakişiyevaya ATV, "Space" TV və ANS TV, Nura Suriyə "Space" TV, Elnarə Xəlilovaya ATV və ANS TV, Aslan Hüseynova AzTV, "Bu şəhərdə"nin aktyorları Rəfael və Coşquna isə ANS TV-də efir qadağası qoyub. Musavat.com məsələ ilə bağlı telekanallarla və sənətçilərlə əlaqə saxlayıb. ANS Şirkətlər Qrupunun mətbuat müşaviri Mayıs Məmmədov bildirib ki, efirə hansı sənətçinin buraxılmasına telekanal qərar verir: “ANS hökümət, yoxsa müstəqil telekanalıdır? Özəl telekanal olaraq, kimi istəyiriksə, onu da efirə buraxırıq. Bir sənətçinin efirə buraxılmamağının bir çox səbəbləri ola bilər. Bəzən tamaşaçıların sevmədiyi, bəzən isə hansısa yanlış hərəkətə yol vermiş sənətçini verilişlərə çağırmırıq. Biz mütləq bütün müğənniləri efirə çıxartmalıyıq? Onlara borcumuz var? Bu məsələ ilə bağlı mənim fikrim budur”. ATV-nin sözçüsü bildirib ki, efirə buraxılmayan sənətçilər problemi özlərində axtarsınlar: “Özəl telekanal olaraq, heç bir müğənniyə qarşı öhdəliyimiz yoxdur. Efirə buraxılmayan sənətçilər problemi özlərində axtarsınlar və niyə efirə buraxılmadıqları haqda düşünsünlər. ATV-nin heç bir sənətçi, mədəniyyət nümayəndəsi ilə şəxsi problemi, qərəzli münasibəti yoxdur. Sadəcə, efirə buraxılmayan müğənnilər etdikləri hərəkətlərə nəzər salsınlar, o zaman anlayacaqlar”. Xalq artisti Brilliant Dadaşovanın köməkçisi sənətçinin “Lider” telekanalında qadağa ilə üzləşməsi xəbərlərinə aydınlıq gətirib: “Brilliant xanım ötən həftə “Lider” telekanalının radiosunda qonaq olub. Ona heç bir telekanal efir qadağası qoymayıb. Bəzən olur ki, proqramlara çıxmaq istəmir. Bu, xalq artistinin öz seçimidir”. Müğənni Ayan Babakişiyeva isə ona qarşı sifarişlə qadağa qoyulduğunu vurğulayıb: “Neqativ mövzularda danışmağı sevmirəm. Mənə dəstək olan, tez-tez efirlərində qonaq edən telekanallarımız çoxdur. İlk öncə onlara təşəkkür edirəm ki, mənim işimə hörmət edirlər. Mənə kimlərin sifarişi ilə qadağa qoyulduğunu bilirəm. Bu pullu sifarişlər iki il öncədən qoyulmağa başlayıb və hələ də davam edir. Bəzən isə öz-özümə hansısa verilişə çıxmağa qadağa qoyuram”. Könül İbrahim, Musavat.com "Heç başqa millətlər böhranı bu qədər böyütmür" http://xeberci.org/haber-22352-Hec-basqa-milltlr-bohrani-bu-qdr-boyutmur.html 2016-01-16 22:05:25 Moskvada dostları ilə dincələn Nadir Qafarzadə böhrandan danışıb. Xebrci.tv gecce.az-a istinadən xəbər verir ki, müğənni böhranın bizim ölkədə qloballaşdırıldığını, başqa ölkələrin buna normal yanaşdığını bildirib: "Hər kəs məni düzgün başa düşsün. Yalnız bizdə biri-birinin pulunu saymaq, paxıllıq etmək, ayaqaltı qazmaq, ev yıxmaq vəs. bu kimi yaxşı olmayan xüsusiyyətlər var. İstəməzdim belə olsun. Nə qədər paxıl olursan, onun-bunun pulunu sayırsan, Allah da sənə heç nə vermir. Məsəl var, deyərlər, "paxıl göyərməz". Gəlin olanımıza şükür edək. Böhran təkcə bizdə deyil, bütün dünyada hökm sürür. Amma bizdən fərqli olaraq, başqa millətlərin vətəndaşları bunu heç qloballaşdırmır, "həyat davam edir" deyib, yaşayırlar. Gəlin şükür edək. Allah böyükdür. Pis günün ömrü az olsun. Allah tərəfindən göndərilən imtahandır. Tanrı bizi sınağa çəkir. İnanıram hər şey gözəl olacaq. Səbr, təmkin və mehribanlıq!". Televiziya kanalları bu müğənnilərə qadağa qoyub - SİYAHI http://xeberci.org/haber-22233-Televiziya-kanallari-bu-mugnnilr-qadaga-qoyub---SIYAHI.html 2016-01-14 17:20:38 Son günlər ölkə telekanallarında bəzi müğənnilərə efir qadağası qoyulması məsələsi gündəmdədir. Axşam.az-ın məlumatına görə, bəlli olub ki, bəzi tanınmış sənətçilərin müəyyən telekanallara çıxışına icazə verilmir. Xalq artisti Nazpəri Dostəliyeva bu siyahıda ilk yeri tutur. Müğənni bir müddət öncə mətbuata açıqlamasında da bildirmişdi ki, ANS və "Region" TV-dən başqa heç bir kanalda çıxışına icazə verilmir. Xalq artisti Flora Kərimovaya isə "Space" telekanalında efir qadağası var. Xalq artisti Brilliant Dadaşova "Lider" TV-də qadağa ilə üzləşib. Əməkdar artist Röya ilə ANS telekanalı arasında ədavət yaşanır. Bu səbəbdən artıq uzun müddətdir ANS-də Röyanı görmək mümkün deyil. Müğənni Roza Zərgərli ATV-də "qadağan olunmuşlar" siyahısındadır. Müğənni Ayan Babakişiyevanın da bir neçə telekanala çıxışına icazə verilmir. ATV, "Space" və ANS onun adını "qara siyahı"ya salıb. Müğənni-bəstəkar Elçin Cəfərovun da ATV-də görünməyi yasaqlanıb. Müğənni Elnarə Xəlilova da ATV və ANS-də "zapret"də olan sənətçilər siyahısındadır. Müğənni Natavan Həbibi isə ANS-də "qadağan olunub". Rəqqasə Oksana Rəsulovanın da ANS-ə çıxışına icazə verilmir. "Bu şəhərdə" aktyorları Rəfael və Coşqun da ANS-də qadağaya məruz qalıblar. Müğənni Aslan Hüseynovun isə AzTV-də çıxışına qadağa qoyulub. Müğənni Nura Suri "Space"də "qadağan olunmuşlar" siyahısındadır. Sevil və Sevinc bacılarının da ATV-də görünməyinə "qadağa" var. Bu, onların rəqib telekanalda - "Xəzər" TV-də aparıcılıq etməsi ilə bağlıdır. "Bakılı oğlanlar" komandası da bir müddət öncə açıqlamalarında bütün telekanallarda qadağa ilə üzləşdiklərini bildiriblər. Şou-biznes nümayəndələri toysuz qalıb: “Toya dəvət etmirlər” http://xeberci.org/haber-22196-Sou-biznes-numayndlri-toysuz-qalib-Toya-dvt-etmirlr.html 2016-01-13 19:57:54 Azərbaycanda müğənnilərin əsas gəlir mənbəyi toylardandır. Ölkədə yaşanan maddi böhran toy biznesinə də təsir edib, toy, xınayaxdı edən insanların sayı azalıb. Eyni zamanda restoranlarda keçirilən şou proqramlara da maraq yox dərəcəsindədir. Hətta müğənnilər bildirirlər ki, bu müddət ərzində dəvət olunduqları toyların əksəriyyəti təxirə salınıb. Mərasim sahibləri böhrana görə ya toy etmək fikrindən daşınıblar, ya müğənninin toyda iştirakından imtina ediblər. Bəs toylardan qazanc əldə edən müğənnilərin hazırda vəziyyəti necədir?