loading...

İldə 3 dəfə məzuniyyətə gedən müdirə ilə məmur oğlunun 150 minlik qırğını - Kuryoz/Foto

18-10-2017 Baxış sayı :1 178
İldə 3 dəfə məzuniyyətə gedən müdirə ilə məmur oğlunun 150 minlik qırğını - Kuryoz/FotoBeyləqan şəhər 1 saylı notariusun müdirəsi Şəmsiyyə Quliyeva bu il 3-cü dəfə məzuniyyətə çıxıb

Bu barədə Palitika.Az-a bir qrup rayon sakini məlumat verib. 

Onların sözlərinə görə, fevral, iyun və oktyabr aylarında Şəmsiyyə Quliyeva məzuniyyətə çıxarkən Beyləqan şəhər 1 saylı notarius kontorunu qapadır. 

Yekunda Beyləqan notariusu Şəmsiyyə xanımın məzuniyyət müddətində qapalı olur. Şəmsiyyə xanımın məzuniyyəti ümumi kontorun məzuniyyəti kimi qiymətləndirilir. 

İldə 3 dəfə məzuniyyətə gedən notarius dünya miqyasında görünməyib. Azərbaycanda Əmək Məcəlləsinə görə ildə 1 dəfə məzuniyyət var. Ş.Quliyevanın istirahətinə görə rayon sakinlərinin işi iflic olur. 

İnsanlar Füzuli rayon notariusuna yönəldilir. Müdirənin qanunsuz olaraq 3 dəfə məzuniyyətə getməsi azmış kimi, Beyləqan sakinləri təcili sənəd lazım olanda çarəsiz vəziyyətdə qalırlar. 

Üstəlik, Beyləqandan Füzuliyə getmək əlavə xərc tələb edir. Ş.Quliyevanı isə camaat yox, özünün vaxtı vaxtında istirahəti maraqlandırır. 
Sakinlər Ədliyyə Nazirliyinə şikayət etməyə hazırlaşırlar. Onlar nazir Fikrət Məmmədova müraciət edərək Beyləqanın 1 saylı notariusunda iş rejimini nizama salmağı istəyirlər. 

Palitika.Az-a verilən məlumata görə, Ş.Quliyeva yay, payız və qış fəslində istirahətə gedir. O, həm ölkə daxilində, həm də xaricdə istirahət edir. 
Özünü özəl şirkət rəhbəri kimi hiss edən notarius müdirəsi dövlət qulluqçusu olduğunu tamamilə unudub. 

Onun maddi şəraiti, imkanları ildə 3 dəfə istirahətə getməyə yol verir. Sakinlər deyirlər ki, heç olmasa idarədə məsul şəxs saxlansın, insanların müraciətinə baxsın, Quliyeva da istirahətinin arxasınca getsin. 

Azərbaycanda məmurların hər gün kuryoz addımlar atması, özbaşınalığın hədddi-hüdudunun bilinməməsi narazılığı dərinləşdirir.

Ümumiyyətlə, Beyləqan notariusları haqda tez-tez xəbərlər gəlməkdədir. Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova oğlu Yasin Əliyevi notarius müdiri qoymaq üçün dəridən-qabıqdan çıxırdı. 

Mətbuatda yayılan iddialara görə, oğlu məclislərin birində 150 min manat rüşvət müqabilində rayonda 1 saylı Dövlət Notariat Kontoruna müdir vəzifəsinə getməyə hazırlaşdığı barədə ağzından söz qaçırıbmış. 

Deyib ki, bu niyyətinin həyata keçməsi üçün çox az - DNK-nın hazırki müdiri Şəmsiyyə Quliyevanın müqaviləsinin bitəcəyi iyun ayını gözləməlidir. Lakin iyun ayı da keçib və o, vəzifəsində qalıb. Görünür, tərəflər arasında qovğa yaşanır. 
İldə 3 dəfə məzuniyyətə gedən müdirə ilə məmur oğlunun 150 minlik qırğını