loading...

Üç icra başçısı, tək nazir – Beyləqanda meşə talanı (Video)

03-06-2018 Baxış sayı :677

Məlum olduğu kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmişdir. Lakin bu müstəvidə hüquqi baza hələ ki təkmilləşdirilməmiş əyalətlərdə icra başçıları artıq hərəkətə keçiblər. Həm də ilkin mərhələdə dövlət meşə fond torpaqlarının işğalından başlayıblar.

Beyləqan rayonunun Eyvazalılar kəndində meşə fonduna aid ərazidə ağacların kökündən qoparılması barədə redaksiyamıza daxil olan məlumatla bağlı çəkiliş qrupumuz hadisə yerinə yollanmış və deyilənlərin həqiqət olduğu aşkarlanmışdır.

Meşə fondu ərazisində "yenidənqurma” işləri aparan işçilər kameranın obyektivinə tuş gəlməkdən yayınmağa çalışsalar da, söz soruşmağa bir-ikisini haqlaya bildik. Dedilər ki, bura özbaşına gəlməyiblər, onları Dövlət (!) göndərib. Maraqlıydı, onları Dövlət (Azərbaycan dövləti – red.) göndəribsə, bəs video-çəkilişdən gizlənənlərə hansı dövlət iş tapşırıb, "ağacları qır” deyibmiş? Öyrəndik ki, sözügedən ərazini "plan”a salan şəxslər üç rayonun – Sabirabad, Zəngilan və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçılarıdır və söz yayırlar ki, həmin işlətr dövlətin baramaçılığın inkişafına dair tədbirlər planının tərkib hissəsidir. Ola bilər, günəmuzd işləyən fəhlələr icra başçılarını elə dövlət hesab eləsinlər, onların buyurduqlarını da qanun saysınlar. Amma bu da məlumdur ki, baramaçılığın inkişaf etdirilməsinə yönəlik tədbirlər belə kortəıbii, həm də meşə fondu ərazilərini istila etmək hesabına həyata keçirilməməlidir. Burada da bir əndaqzə gözlənilməli, ən başlıcası, qanunun tələblərinə riayət olunmalıdır.

Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMInın "Baramaçılığın və ipəkçiliyin infrastruktur təminatının yaxşılaşdırılması” bölümündə nəzərdə tutulan sistem tədbirlər sırasına "Baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və yeni tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi” maddəsi də vardır. Bu sıradan olan tədbirlər bu ildən başlayaraq 2025-ci ilədək həyata keçiriləcək. Cavabdeh qurumlar Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarıdır. Mətndən göründüyü kimi, Nazirliklər və icra hakimiyyəti orqanları yeni bağların salınmasını DƏSTƏKLƏMƏLİDİRLƏR, daha özləri bağ salmalı deyillər. Biz kommunizmlə çoxdan vidalaşmışıq, Bağ salanlar sahibkarlar olmalı, özlərinin adları, rəhbərlik etdikləri müəssisələrin adları, təşkilati-hüquqi formaları gizli saxlanılmamalıdır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü ilə əlaqə saxladıq. Lakin o, Eyvazalılar ərazisində baş verənlərdən xəbərsiz olduğunu söylədi. Mövzuya qayıdacağıq.

RealMedia.az


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]