loading...

“Azərsığorta” vətəndaşları necə narazı salır... - "Sığorta Mamed"in macəraları...

23-05-2018 Baxış sayı :95
Sığorta şirkəti avtomobilimə dəymiş ziyanın heç 1/5-ni ödəmir. Maşınıma 5 min manata yaxın ziyan dəyib, ancaq şirkət 975 manat pul ayırıb”. Bunu yerli mediaya açıqlamasında Lənkəran rayon sakini Amid Nazim oğlu Həsənov deyib. Zərərçəkmişin şikayəti Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindəndir ("Azərsığorta”).
Hadisəylə bağlı cumhuriyyet.az şikayətçiyə istinadən bildirir ki, bu il mayın 7-də ona məxsus 99-BC-481 dövlət nömrə nişanlı, "Mercedes E-220” markalı minik avtomobili 44-CA-744 dövlət nömrə nişanlı "Mercedes E-240” markalı maşın tərəfindən vurulub. Hadisə Masallı rayonunda baş verib. A.Həsənovun sözlərinə görə, qarşı tərəfin avtomobilini icbari qaydada sığortalamış "Azərsığorta”nın nümayəndəsi hadisə yerinə gəlməyib və onun çəkdiyi fotolar əsasında dəymiş ziyanın məbləğini müəyyən edib. "Pul ayrılsa da, mən o pulu qəbul etməmişəm. Hazırda maşın da olduğu kimi qalıb. Dəfələrlə şirkətə müraciət etsəm də, hər gün deyirlər ki, təkrar baxış edərik. Ancaq heç kim gəlib baxmır. Şikayət etdiyimiz üçün kobud danışırlar”, – şikayətçi qeyd edib.
Məsələ ilə bağlı "Azərsığorta”dan bildirilib ki, şirkət müəyyənləşdirdiyi sığorta ödənişi məbləğinə tam cavabdehdir, çünki həmin məbləğ təmir xidməti ilə birlikdə hesablanır: "Təmir xidməti hesablanmış məbləğə avtomobili təmir edəcəyini bildirdikdən sonra, həmin məbləği vətəndaşa təklif edirik. Vətəndaşların istəyi ilə təmir bir neçə yerdə həyata keçirilə bilər”. Öz növbəsində, zərərçəkmiş A.Həsənov qeyd edib ki, sığorta şirkəti tərəfindən ayrılmış pula uyğun avtomobilini tam təmir etdirmək qeyri-mümkündür.
Bildirək ki, bu "Azərsığorta” ilə bağlı ilk şikayət deyil. Bu şirkətin adı hətta şəhid pulunu mənimsəməyə qədər iddialarda hallanıb. Belə ki, cumhuriyyet.az olaraq şəhid anası Navat Rzayevanın hadisəylə bağlı o zamankı müraciətini oxuculara xatırladırıq: ” Şəhid anası deyir ki, oğlu 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Amma indiyə qədər 11 min manat məbləğində olan sığorta pulunu ala bilmir. Navat Rzayeva bildirir ki, dəfələrlə Dövlət Sığorta Kommersiya Şirkətinə ("Azərsığorta”) müraciət etsə də nəticəsi olmayıb. "Nəhayət məhkəmədə iddia qaldırdım. İşə Binəqədi rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baxıldı. Prosesdə mən məhkəməyə təqdim etdiyim sənədlər hərtərəfli araşdırıldı və iddiam təmin edildim. Məhkəmənin qərarını alan kimi surətini çıxarıb Dövlət Sığorta Kommersiya Şitkətinə göndərdim. Lakin hələ də bir cavab yoxdur. Dövlət şəhid olanlara sığorta pulu ayırır, amma Dövlət Sığorta Kommersiya Şirkəti bu vəsaiti şəhid ailələrinə vermək istəmir. Şəhidin puluna göz dikməkmi olar? Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbrəliyi məhkəmənin qərarını saymır. Qanunlara açıq şəkildə hörmətsilik edirlər”.
Məlumat üçün deyək ki, Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovdur. Məmməd Məmmədov Azərbaycanda "Sığorta Mamed” kimi tanınır. Bir müddət əvvəl onun oğlu Elmar Məmmədov Azərbaycan Beynəlxalq Bankının rəhbrəi vəzifəsindən üzaqlaşdırılıb. Mediada yazılanlara görə, maliyyə naziri Samir Şərifova yaxınlığı ilə seçilən Elmar Məmmədovun vəzifədən çıxarılması "qara bazar”a dollar ötürməsilə bağlı olub.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]