loading...

Prezidenti aldadıb milyonlar yedilər

22-05-2018 Baxış sayı :231
Prezidenti aldadıb milyonlar yedilərHər il büdcədən ən çox yollara maliyyə ayrılır. Amma hər il də ən böyük problem yollarda olur. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə yol əziyyəti bitmək bilmir. 
 
Bəzi küçələrə, avtomobil yollarına illərdir asfalt çəkilmir, bəzilərinə isə ildə 3 dəfə asfalt döşənir. Məsələ illərdir belə davam etdiyi üçün artıq hansısa küçəyə asfalt çəkildiyini görən insanların ağlına "Yenə pul "yemək” üçün çalışırlar” sözləri gəlir.   
 
Azərbaycanın belə rayonlarından biri də Neftçala rayonudur.
 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də "Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Haqqınaz.org xəbər verir ki, otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,5 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 55 km, eni 12 metr,7 metr enində yolun hərəkət hissəsi və 2.5 metr enində çiyinlər daxildir.

Təxminən iki aya yaxındır əsaslı təmirdən çıxan "Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu artıq bir necə istiqamətdə dağılmağa başlayıb. Maraqlısı odur ki,yolun hərəkət hissəsi üçün nəzərdə tutulmuş 7 metrlik yolun eni , heç 5.69 m deyil.

  
 
  
 
 
Yuxarıdakı səkillərdəndə aydın görünür ki, yolun müəyyən hissələrində yol örtüyü sürüşüb, rayonun Bankə-Şirvanlı istiqamətində olan hissəsi isə artıq dağılıb.
Maraqlısı budur ki, Azərbaycan Avtomobilyolları Dövlət Agentliyinin təmir etdiyi və təmiri üçün 21.5 milyon manat ayrılmış Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yoluna sanki atom bombası atılıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]