loading...

Beyləqan təhsilində müavinin və üç müfəttişin ”P” əməliyyatı – Hüsaməddin Babayev təhsil işçilərinə RACON kəsdi – təfsilat

10-05-2018 Baxış sayı :187
Bir neçə gün öncə müxtəlif saytlarda Beyləqan rayon təhsil şöbəsinin müdirəsinin məzuniyyətdə olması fürsətini fövtə verməyən müavini Hüsaməddin Babayev əlinə düşən imkanlardan istifadə edərək məktəbləri "yoxlatdıraraq”, müəllimlərdən və direktorlardan 300, 500 və 1000 manat məbləğində pul yığdırmasını əks etdirən yazılar yayımlanıb.

Bu əsnada mətbuatda yayılan xəbərlərdə qeyd olunur ki, bu xoşagəlməz hal məhz şöbə müdirinin səhətində yaranmış problemlrdən dolayı məzuniyyətdə olduğu müddətdə baş verib. Yəni, şöbə müdirəsinin yoxluğundan istifadə edən Hüsaməddin Babayev məktəblərə "racon” kəsibmiş.

Paytaxt.org bildirir ki, bu əsnada CiaNews.info-un məlumatına görə, Hüsaməddin Babayev TŞ-nin üç müfəttişinə şəhər və kənd məktəblərini kütləvi yoxlamaq tapşırığını verib. Bu müvafiq göstərişə əsasən məktəblərdə yoxlamalara başlanıb. Yoxlamaların əsas məqsədi də məktəblərdən qanunsuz pul tələbi olub. Maraqlı məsələ ondadır ki, məktəb direktorları bu "yoxlamalara” iradlarını bildirməsələrdə, lakin öz aralarında bu yoxlamanı H. Babayevin "P əməliyyatı”adlandırıblar. Qeyd olunur ki, rayon ərazisində təxminən 53 məktəb fəaliyyət göstərir ki, həmin məktəblərin böyük əksəriyyəti əsasən böyük rəqəmlərlə "qiymətləndirilir”.

Sonolay.info olaraq Hüsəməddin Babayevin məktəblərdən pul yığıb, yığmamasının doğru və ya yalnış olmasını deyə bilmərik. Şöbə müdirinin məzuniyyətdə olması isə faktdır. Belə bir el məsəli də var ki, "od olmayan yerdən tüstü çıxmaz”. Hər halda H. Babayev beyləqan məktəblərinə elə "od” vurub ki, tüstüsü hər kəsin gözünü yaşardacaq qədər təsirli olub.

Artıq yaranmış vəziyyətlə bağlı müəllimlər arasında narazlıqların baş qaldırdığı deyilir. Bildirilir ki, tezliklə bu məsələyə səlahiyyətli vəzifəli şəxslər, elə şöbə müdiri özü də əncam qılmasa Beyləqan rayon təhsili uğurlarla yox,  rüşvətin və korrupsiyanın tüğyan etdiyi bir sahəyə çevirilərək ad çıxaracaq.

P.S. Əldə etdiyimiz məlumatlara görə, şöbə müdirəsi məzuniyyətdən qayıdıb və işinin başındadır. Hesab edirik ki, yazılanlarla bağlı öz mövqeyini açıqlayacaqdır.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]