loading...

37 sayli TSEK da Leylan Nesirova-Anar Veliyev "işbirliyi"

10-01-2018 Baxış sayı :746
Füzuli və Beyləqan rayonlarında pulu olanlar rahat şəkildə əlillik dərəcsi ala bilərlər Füzuli rayonundan bir qrup vətəndaşın saytımıza göndərdiyi şikayət məktubunda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beyləqan və Füzuli rayonları üzrə fəaliyyət göstərən 37 saylı Tibbi Sosial-Ekspert Komissiyasında əməlli başlı bazar açılıb. Beyləqan rayon mərkəzində yerləşən 37 saylı TSEK-də vətəndaşların əlillik dərəcəsi alması üçün xüsusi "tariflər cədvəli” təyin olunub. 37 saylı TESK-də həyata keçirilən "bazarlıqları” əsasən komisiya üzvü Şakir həkim, Kifayət həkim və Beyləqan DSMF-nin müdiri Anar Vəliyev görür. Məlumatda vurğulanır ki, 37 saylı TSEK-ə rəhbərlik edən Leylan Nəsirova Beyləqan DSMF-nin müdirinin qardaşı yoldaşıdır. Leylan Nəsirovanı bu vəzifəyə Anar Vəliyevin təyin etdirdiyi deyilir. Bildirilir ki, vaxtı ilə DSMF-nin aparat rəhbəri işləyən Şahin Quliyevin bu təyinatda "xüsusi” əməyi keçib. Məlumata görə Füzuli və Beyləqan rayonunda saxta pensiya düzəltmək istəyən şəxslər bu məsələni mütləq şəkildə Anar Vəliyevlə razılaşdıraraq yoluna qoya bilərlər. Vətəndaşların şikayətində vurğulanır ki, son illər Beyləqan və Füzuli rayonlarında saxta əlillik dərəcələrinin sayının durmadan artması məhz 37 saylı TSEK-in "özəl naliyyət”lərindən biridir. Rayon sakinlərinin şikayətində qeyd edilir ki, qanuni şəkildə əlilik dərəcəsi almalı olan vətəndaşlar müəyyən vaxta qədər Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən süründürülür. Hər dəfə müxtəlif bəhanələr gətirilərək vaxtın uzadılması TSEK rəhbərliyinin eyrinə xidmət edir. Çünki süründürülməkdən bezən vətəndaş sonda komisiya üzvüləri ilə hansısa rüşvət anlsşamasına getməyə məcbur olur. Hal hazırda 37 saylı TSEK-də təyin edilmiş "tariflər cədvəli”ndə I –ci qrup əlillik dərəcəsi 5000 (beş) min manat, II qrup əlillik dərəcəsi 3500 (üç min beş yüz) manat, III qrup əlillik dərəcəsi isə 2000 (iki) min manata başa gəlir. Xeberci.org


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]