loading...

Beyləqanda sosial yardımı Anar Vəliyev təyin edir – Səlim Müslümov bunları görürmür?

09-01-2018 Baxış sayı :422
Beyləqanda sosial yardımı Anar Vəliyev təyin edir – Səlim Müslümov bunları görürmür?Xeberci.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindəki qanunsuzluqlar və rüşvətxorluqla bağlı mütəmadi olaraq məlumat veririk. Amma Səlim Müslümovun başçılıq etdiyi nazirliyin məmurları vətəndaşların problemlərinə diqqət ayırmaq, onların həllinə nail olmaq əvəzinə, qanunsuz əməllərinin siyahısını günü-gündən artırırlar.
OperativXeber.az milletinsesi.info-ya istinadən bildirir ki, Nazir Səlim Müslümov rayonlardakı şöbələrdə baş verən qanunsuzluqların qarşısının alınması üçün demək olar ki, hər vasitəyə əl atır. Ancaq mayası rüşvətlə "yoğrulmuş” kiçik məmurlar nazirdən xəbərsiz yenədə qanunsuz əməllərini davam etdirməkdədirlər.

Bu dəfə saytımıza Beyləqan rayon ƏSMM-dən şikayət daxil olub. Saytımıza məlumat verən rayon sakinləri bildirirlər ki, birləşmiş şöbəyə rəhbərlik edən Anar Vəliyevin komandası rüşvət almaqdan çəkinmir. Məlumatda qeyd edilir ki, hazırda birləşmiş idarənin ümumi müdiri olan Anar Vəliyev onun müavini isə rayon DSMF-nin keçmiş müdiri olan Xaqani Hüseynov olub.

Məlumatda bildirilir ki, ünvanlı sosial yardım almaq üçün mərkəzə müraciət edən vətəndaşların bir hissəsi əsassız yerə incidilir. Mərkəzin əməkdaşları, əsasən də Anar Vəliyev yardım almaq hüququna malik olan ailələrə süni problemlər yaradır. "Ünvanlı sosial yardım haqqında” Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Beyləqanda bu kateqoriyadan olan ailələrin sayı kifayət qədərdir. Buna baxmayaraq, onların müəyyən hissəsi dövlətin ayırdığı sosial müavinətləri ala bilmirlər.

Direktor sənədlərin qəbul edilməməsi günahını isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində fəaliyyət göstərən VEMTAS proqramında görür. Ancaq maraqlı məqam ondan ibarətdir ki, Anar Vəliyevə rüşvət verən kimi VEMTAS proqramı həmin şəxsin sənədlərini qeydiyyata alır. Rayon sakinləıri iddia edirlər ki, Anar Vəliyev nazirlikdə VEMTAS proqramına nəzarət edən şöbə müdiri ilə isti münasibətlər quraraq onun vasitəsi ilə sənədləri qeydiyyata aldırır.

Digər bir maraqlı fakt isə ondan ibarətdir ki, 2 ay bundan öncə Beyləqan rayonunda kütləvi şəkildə sosial yardım alanların bir hissəsinə xəbərdarlıq mesajı gəldi.
Həmin mesajlarda müxtlif səbəblərə görə sosial yardımın dayandırılması qeyd edilmişdi. Sakinlər bildirirlər ki, Anar Vəliyevə hesab verən şəxslərə bu mesajla rgəlməyib və mərkəz müdirinin kəndçilərinin, qohumlarının ünvanlı social yardımı kəsilməyib.
Ancaq kasıb, pula ehtiyacı olan şəxslərin yardımı bir günün içində kəsildi. Beyləqan sakinləri qeyd edirlər ki, mərkəz müdirinə məxsus təsərüffat fermasında işləyən 4 nəfər şəxsin hər birinə yüksək məbləğdə sosial yardım yazılıb. Anar Vəliyev onlara əmək haqqı əvəzinə sosial yardım verir.

Mənbənin verdiyi məlumata görə , Beyləqan ƏSMM müdiri və onun "maklerləri” vətəndaşları dövlətə qarşı qaldırırlar.

Dövlət tərəfindən vətəndaşlara verilən ünvanlı sosial yardımın ayrılmasında hələ də problemlərin olması və bu məsələdə vətəndaşların ardı kəsilməyən şikayətləri davam etməkdədir. Səlim Müslümov Əmək və Əhilinin Sosial Müdafiəsi naziri təyin edildikdən sonra bu qurumda aparılan çoxsaylı islahatlar belə problemlərin həllinə köməklik göstərmir. Çünki yerlərdə ƏSMM müdirləri sırf tamah məqsədi ilə nazirin atdığı addımları blok edir, özləri bildikləri kimi işləri yönəldərək həm dovlət qurumunda korrupsiyaya yol verir, həm də doğurdan da dövlətin yardımına ehtiyacı olan şəxsləri dövlətin qayğısından məhrum edərək onları dövlətdən və siyasi hakimiyyətdən narızı salırlar.

Yardıma möhtac olan bir çox vətəndaşların şikayətlərinə isə yerlərdə bir mənalı olaraq baxılmır, onların Bakıya ünvanladıqları şikayətlər isə bir çox hallarda ünvana çatdırılmır. Sadəcə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oturan bəzi korrupsioner məmurlar yerli məmurlarla əlbir şəkildə çalışaraq, nazirə ünvanlanan şikayətləri gizlətməklə məşğul olurlar.

Elə buna görə də, Beyləqan rayon sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova şikayət ünvanlayıb. Milletinsesi.info – nun məlumatına görə şikayətdə bildirilir ki, Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Anar Vəliyev və işçiləri heç bir əsas gətirmədən ona, dövlət tərəfindən düşən sosial yardımı vermirlər. Nazirliyə şiykayət ünvanlamasına baxmayaraq, haqq etdiyi sosial yardımı ala bilmir.
Bundan əvvəl də Beləqan rayon ƏƏSM – də belə problemlər baş verirdi. Görünən odurki Anar Vəliyevdə eyni üsulla qurumu idarə edir. Bir sözlə "Köhnə hamam, köhnə tas”

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]