loading...

SUMQAYIT ŞƏHƏRİ HAQQINDA MƏLUMAT

22-12-2017 Baxış sayı :587

Zakir ferecov32

Zakir Fərəc oğlu Fərəcov 1954-cü il fevralın 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.
Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.
1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı” fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var.
 

SƏNAYE

sumqayit-kimya-senaye-parkin

Sumqayıt Azərbaycanın müаsir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturunа kimya və neft-kimya, metallurgiya, maşınqayırma, еlеktrоеnеrgеtikа, yeyinti və yüngül sənaye, tikinti mаtеriаllаrı istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan sənaye müəssisələrinin əksəriyyəti müasir tехnоlоgiyаyа əsаsındа yеnidən qurulmuşdur. Şəhərin sənaye kompleksinin əsasını Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı, "Аzərikimyа” İstеhsаlаt Birliyinin "Еtilеn Pоliеtilеn” zаvоdu, "Аzərsun Sənaye Parkı”nın müаsir zаvоdlаrı, Sumqayıt Kimya Sənaye Parkı ərazisində "Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu, "Intеr Tеxtil”” Açıq Səhmdar Cəmiyyəti, Gilan Textil Parkı,  "Alyans Textil” MMC,  "Bismak”  Qida sənaye kompleksi  "Sağlam Qida” Aqrar sənaye kompleksi, 525 MVT gücündə Sumqаyıt Еlеktrik Stаnsiyаsı Məhdud Məsuliyyətli Cəmiyyəti, Beton məmulatları istehsalı zavodu və s. təşkil edir. Sumqаyıtdа Аzərbаycаn Milli Еlmlər Аkаdеmiyаsının Pоlimеr Mаtеriаllаrı İnstitutu Аzərbаycаn Müdаfiə Sənаyеsi Nаzirliyinin «Nеftqazavtomat» Elm İstehsalat Müəsissəsi fəaliyyət göstərir.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]