loading...

Nadir Qafarzadə üsyan etdi: “Ölkədə haqsızlıq baş alıb gedir”- VIDEO

29-05-2018 Baxış sayı :107
Dünən Prezident İlham Əliyev bir sıra şəxslərə fəxri adların verilməsilə bağlı sərəncam imzalayıb. Bir neçə tanınmış müğənni əməkdar və xalq artisti adı alıb. Lakin müğənni Nadir Qafarzadənin adı yenə siyahıda olmayıb və bu onu özündən çıxarıb. Müğənni etirazını sosial şəbəkədə belə bildirib:

"Fəxri ad nəyə görə verilir? Ona layiq olmalısan, bizdəsə kimin kimdən xoşu gəlir saldırır siyahıya. Buna nə vaxt son qoyulacaq? İndi mənim adamım yoxdur deyə haqqım tapdalanmalıdır? Daha bu qədər də yox da”.

"Ölkədə haqsızlıq baş alıb gedir. Həmkarlarım elə düşünməsin ki, mən onların paxıllıqlarını edirəm. Yox bu belə deyil. İllərdir dövlət tədbirlərində, cəbhə bölgəsində, halal xoşları olsun, seçkilər ərəfəsində külüng döy, çalış-vuruş canla başla çalış. Sonunda mükafatın olmasın. Bilmirəm bəlkə də bu videodan sonra məni aparacaqlar. Ama yenə də düşündüklərimi dilə gətirmək istədim. Allah canımıza dəyməsin” deyə videoda öz narazılığını bildirb.

"Yəqin ki, heç kim məni yanlış anlamaz. Ən azından, bir Allah bilir ki, nə qədər əziyyətim olub. Bu heç də paxıllıq deyil, sadəcə haqqımı tələb etməkdir. Bu videom heç kimi təəccübləndirməyəcək. Çünki mən dünənki uşaq deyiləm. Buna haqqım var” sözlərini videosuna şərh kimi əlavə də edib.

Lakin sonradan Nadir Qafarzadə hansısa səbəbdən həmin paylaşımı silib.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]