loading...

Könül Xasıyeva toy videosundan danışdı, keçmiş ərini təriflədi - VİDEO

23-01-2018 Baxış sayı :496

Sosial şəbəkələrdə Xalq artisti Könül Xasıyevanın illər öncə baş tutan toyunun görüntüləri yayılıb. Xanəndənin öz toyunda muğam ifa etməsi maraqla qarşılanıb və bir sıra KİV-lər bunu xəbər kimi tirajlayıblar.Könül Xasıyeva toy videosundan danışdı, keçmiş ərini təriflədi - VİDEO

Xalq artisti toy görüntüləri və həyat yoldaşından ayrılması ilə bağlı AzVision.az-a açıqlama verib. Şəxsi həyatı ilə gündəmə gəlmək istəmədiyini deyən K.Xasıyeva həyat yoldaşından ayrılma səbəbinin xəstəliyi olmadığını bildirib. 

"Mən həmişə sənətimlə gündəmə gəlmişəm. Şəxsi həyatımın müzakirəyə çıxarılmasını istəməzdim. Həyat yoldaşımdan xəstəliyimə görə ayrılmamışam” - deyən xalq artisti boşandığı həyat yoldaşının yaxşı insan olduğunu söyləyib.

"O, yaxşı insan, qayğıkeş atadır. Həmişə uşağına baş çəkir, onun səhhəti ilə maraqlanır. Xəstəliyimlə bağlı mənə də baş çəkib, maraqlandı. Bizim oğlumuz var. Bu səbəbdən münasibətimizi həmişə yaxşı saxlamışıq. Yollarımız ayrılsa da, o, çox gözəl insandır”.



K.Xasıyeva, hazırda səhhətinin nisbətən yaxşı olduğunu, müalicələrinin davam etdiyini vurğulayıb: "Hazırda evdəyəm. Müalicələrimi ev şəraitində alıram. Özümü pis hiss etmirəm. Oğlumun vəziyyətindən narahatam. Bu yaxınlarda onda ürək xəstəliyi aşkar olunub, müalicə etdirirəm”.

Şahanə Rəhimli
AzVision.az

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]