loading...

Natavan Əfəndiyevanın “Vicdan haqqı” serialından ayrılma səbəbi – Pulunu verməyiblər

10-01-2018 Baxış sayı :1 098
Natavan Əfəndiyevanın “Vicdan haqqı” serialından ayrılma səbəbi – Pulunu verməyiblərAktrisa Natavan Əfəndiyevanın "Vicdan haqqı” serialından ayrılma səbəbi pul imiş.

Minval.info-nun əldə etdiyi məlumata görə, serialın rejissoru Rövşən İsaxla mübahisə etdiyi üçün ekran işindən uzaqlaşan Natavanın qonorarı ödənməyib. Aktrisa rol aldığı bölümlərin pulunu tələb etsə də, o, istəyinə nail ola bilməyib.

Qeyd edək ki, Əfəndiyeva serialdan ayrılma səbəbini belə açıqlamışdı: "Rövşən İsaxla yeni-yeni çalışmağa başladığım vaxtlarda mən ona ata kimi baxırdım. Münasibətimiz çox yaxşı idi, o mənimlə həmişə məsləhətləşib, dərdləşirdi. "Don Marleone” filminə çəkiləndən sonra onların mənə qarşı olan münasibəti kökündən dəyişdi. Mənə mətni gec göndərdikləri üçün çəkilişdə bir az problemlər oldu. Çünki mən çəkiliş meydançasında mətnlə tanış olmuşdum.

Çəkilişdən sonra lifti Rövşən İsaxla qalxanda bizim bir balaca söz-söhbətimiz oldu. Yenidən çəkiliş meydançasına qayıdanda məni danlamağa, qolumdan tutub sürütləməyə başladı. Dedi ki, sən aktrisa deyilsən, oynaya bilmirsən. Dedim ki, bəs indiyə kimi kim oynayıb? Əlbəttə ki, mən bu təhqirləri qəbul etmədim. Mikrofonu üstümdən çıxarıb çəkiliş meydançasını birdəfəlik tərk etdim”.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]