loading...

“Lotu Quli” ilə Lənkəranskinin adamlarının Bakıdakı silahlı davası MƏHKƏMƏDƏ

16-10-2017 Baxış sayı :107
“Lotu Quli” ilə Lənkəranskinin adamlarının Bakıdakı silahlı davası MƏHKƏMƏDƏBadamdar qəsəbəsindəki "Bulaq” restoranında baş vermiş silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Reportyor.tv-nin xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə vəkillər hadisədə güllə yarası almış təqsirləndirilən Bəhruz Rəfiyevlə bağlı yenidən ekspertiza keçirilməsinə dair vəsaətət veriblər.
Lakin hakimlər kollegiyası bu vəsatəti geri çevirib.
Sonra sənədlərin tətbiqi mərhələsi davam etdirilib.
Məlum olub ki, təqsirləndirilən Süleyman Abdullayev boks üzrə 1 dərəcəli hakim dərəcəsi var.
Sonra məhkəmə istintaqının bitməsi ilə hakim tərəflərin münasibətini öyrənib. Dövlət ittihamçısı məhkəmə istintaqının başa çatmasını isə bəzi vəkillərin istintaqın bitməməsinin istəyib.
Hakimlər məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edib, çıxış etmək üçün söz dövlət ittihamçısına verilib.
Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Bu səbəbdən məhkəmə qeyri-muəyyən günə qədər təxirə düşüb.
İttihama görə, cinayət hadisəsi 2015-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham edilib.
Hadisə kriminal aləmdə nüfuza malik olan "Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifov və "Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında baş verən mübahisə ilə bağlı törədilib/publika/