loading...

Növbəti iki gündə havanın temperaturu... - Proqnoz

13-10-2017 Baxış sayı :89
Növbəti iki gündə havanın temperaturu... - ProqnozAzərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək.

Bunu Reportyor.tv-yə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktybarın 13-14-də temperaturu bu günlərlə müqayisədə 2-3 dərəcə artacaq: " Əvvəlcədən xəbər verildiyi kimi, müşahidə olunan hava şəraiti 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq”.