loading...

Səlim Müslümov:"Ölkədə orta aylıq əmək haqqı 522 manatdır"

04-10-2017 Baxış sayı :126
Səlim Müslümov:"Ölkədə orta aylıq əmək haqqı 522 manatdır"Açıq danışaq, Bakıda və digər şəhərlərdə iş tapmaq olar, sadəcə olaraq, bir çox hallarda insanlar özləri işləmək istəmir. Kənd yerlərində isə iş yerləri ilə bağlı problem var”.Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müsahibəsində deyib:"Qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq deyirlər ki, işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz.

Ölkədə orta aylıq əmək haqqı 522 manatdır. Tutaq ki, ailə beş nəfərdən ibarətdir. Bu ailənin minimal ehtiyac zənbili 580 manatdır. Əgər ailə başçısı 522 manat qazanırsa, o zaman o ailəsinin minimal ehtiyaclarını təmin edə bilməz və deməli, bu ailənin ünvanlı yardım üçün müraciət etmək hüququ var, elə deyilmi? Lakin biz ailələrin yardım üçün müraciət etmək hüququnu məhdudlaşdırmalıyıq.

Məsələn, ailə 8 nəfərdən ibarətdir, onlardan 5-i əmək qabiliyyətlidir. Lakin işləmək istəmirlər, sosial yardım tələb edirlər. Sual olunur, niyə?”liman.az