loading...

Ukrayna dağlarında azərbaycanlı turist xilas edilib- FOTO

03-10-2017 Baxış sayı :64

Ukraynanın Zakarpat vilayətinin Raxovski rayonu ərazisində Azərbaycandan olan turistin həyatı xilas edilib.

 

"Report" xəbər verir ki, oktyabrın 1-də Kakaraza dağında turist marşrutu ilə hərəkət zamanı 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşının halı pisləşib. Axtarış-xilasetmə əməliyyatına Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin Yasiyanski dağ axtarış-xilasetmə şöbəsinin 4 xilasedicisi və bir ədəd texnikası cəlb olunub. Onlar zərərçəkmişə ilkin tibbi yardım göstəriblər. Ardınca azərbaycanlı turist xərəkdə avtomobilə mindirilərək Yasinyanski şəhər xəstəxanasına aparılıb.

 

 

Xilasetmə işlərinə 4 xilasedici və bir ədəd texnika cəlb olunub


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]