loading...

Ağcabədidəki N sayılı hərbi hissədəki korrupsiya faktı qalmaqala səbəb olub - Yenilənib

19-09-2017 Baxış sayı :3 472
Ağcabədidəki N sayılı hərbi hissədəki korrupsiya faktı qalmaqala səbəb olub - YenilənibDünən hərbi hissələrdən birində baş verən qanunsuzluqlar haqda məlumat vermişdik.

 

Qeyd etmişdik ki, Ağcəbədidəki N saylı hərbi hissənin Rabitə bölüyünün komandiri Rövşən Əməşov baş leytenantlar Natiq Nəsibov və İslam Atakişiyevlə birlikdə qanunsuzluq edirlər. Onlar hər ay gizir heyətindən 40-50 manatdan pul yığırlar.

Adın qoyurlar ki, guya Müdafiə Nazirliyindən, yaxud korpusdan yoxlama gəlib. Onları yaxşı "qarşılayıb”, yaxşı "yola salamaq” lazımdır.

Bu 3 zabitin hər ay bu səbəbdən qeyri-qanuni ,əlavə 1000 manat gəlirləri olur.

Əmişov və onun tağım komandirlərinin əmrinə tabe olmayan gizirlər, "maxe”lər ən ağır söyüşlərlə təhqir olunur, sıxışdırılır.

 

Realmedi.az-a məlumat verən mənbə bildirir ki, məqalə dərc edildikdən sonra hərbi hissədə adıəkilən komandirlər arasında mübahisə olub. Tərəflər günahı biri=birilərinin üstünə atıbla, vəziyyətdən çıxış yolu axtarıblar.

 

Hesab edirik ki, Hərbi Prokurorluq hərəkətə keçərək hərbi hissədəki zərərçəkmiş gizir heyətini , həm də adıçəkilən zabitləri dindirməlidir.

Biz öz tərəfimizdən əlimizdə olam materialları təqdim etməyə hazırıq.