loading...

Azərbaycan manatı barədə PROQNOZ- “Əgər bu alınmazsa, devalvasiya…”

09-08-2018 Baxış sayı :306
"ABŞ Azərbaycanın 3 qonşusu – Rusiya, İran və Türkiyəyə qarşı səlib yürüşünə başlayıb, hər birini sanksiyalar hesabına iqtisadi zəmində çökdürməyə çalışır”.

Xeberci.org-un məlumatına görə, bu sözləri siyasi analitik, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib.

O bildirib ki, nəticədə hər 3 ölkənin pul vahidləri – rubl, rial və lirə sürətlə dəyərdən düşür, qiymət artımı müşahidə olunur: "Əlbəttə, ABŞ-ın siyasətində istənilən qədər yanlışlıq tapmaq olar, ancaq fakt göz qabağındadır, dolların çap maşını əlində olduğundan Vaşinqton hədəf seçdiyi ölkəni iqtisadi zəmində zəiflətmək imkanına malikdir. Tərsi mümkün deyil”.

Siyasətçi qeyd edib ki, Azərbaycanın adı çəkilən 3 dövlətdən fərqli olaraq Vaşinqtonla münasibətlərində ciddi problemləri yoxdur: "Ölkəmizin Rusiya, Türkiyə və İranla geniş iqtisadi və ticarət əlaqələrinə malikdir. Ancaq əgər 3 əsas iqtisadi tərəfdaşımızın pul vahidləri çökürsə manatı qorumaq üçün titanik əmək sərf etmək lazım gələcək. Əgər bu alınmazsa Mərkəzi Bankın arqumentini indidən təxmini belə təsəvvür edirəm: "Hər üç qonşumuzda devalvasiya müşahidə olunduğundan manatın devalvasiyası zərurəti yarandı…””

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]