loading...

MN mövqelərimizdə partlayış xəbərini təkzib etdi

09-08-2018 Baxış sayı :94
Erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır. Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]