loading...

Neftçala avtomobil zavodu bazarı ələ ala biləcəkmi?

13-06-2018 Baxış sayı :372

Bu həftə Nefçala rayonunda yerləşən Azərbaycan və İranın birgə layihəsi olan "Xəzər” avtomobil zavodunda ilk avtomobillərin istehsalına başlaması ilə bağlı rəsmi məlumat yayıldı.

Bəzi səbəblərə görə bu sevindirici xəbər kimi görünürdü. Niyə görünürdü? Bununla bağlı bir az sonra, hələlik isə sevindirici xəbəri oxucularla bölüşməyə tələsirik.

Avtomobil müəssisəsinin məhsullarının əsas istehlakçıları yerli bazar olacaq və ilk sifarişlər Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən edilib. İstehsal olunan maşınların 1/5-i Rusiya, Ukrayna, Türkmənistan və Tacikistan bazarlarına ixrac ediləcək.

Söhbət ötən ildən ölkəmizin yollarında görünən "Xəzər” avtomobillərindən gedir. Belə ki, ötən ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevin Neftçala sənaye bölgəsinin açılışı zamanı (https://azertag.az/xeber/1096487 ) məlum oldu ki, yerli bazarda bu modeldən olan dörd min avtomobil satılıb.

Doğrudur, informasiyalarda satılan avtomobillərin yerli istehsal olduğu və ya İrandan gətirildiyi ilə bağlı məlumat verilmir.

2017-ci ilin sentyabrında məlumat verilmişdi ki, 2014-cü ildə dövlət başçısının Neftaçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı sərəncama əsasən, sənaye bölgəsində yeddi istehsal sahəsi, ikimərtəbəli ofis binası, yüksək standartlara cavab verən texniki və digər yardımçı otaqlar, eləcə də, doqquz müəssisə və bir emalatxana inşa edilib.

Bildirildi ki, məhəllədəki ən böyük müəssisələrdən biri "Azərmaş” ASC – "İran Khodro” birgə avtomobil zavodudur.

Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə "İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda "Runna”, "Samand”, "Soren”, "Dena”, "Peugeot-206”, "Peugeot-207”, "Renault-Tondar”, "Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək.

İran avtomobil zavodunun saytında xarici investorlar haqqında qısa məlumat var (http://www.ikco.ir/en/Intro.aspx). Orada yerləşdirilən məlumatda deyilir ki, "İran Khodro” şirkəti "Mercedes-Benz”, "PSA”, "Renault” və "Suzuki” kimi dünya avtomobil nəhəngləri ilə əməkdaşlıq edir və müxtəlif sahələrdə bir çox layihələr həyata keçirir.

Ümumilikdə, bu istehsalçı çox cavandır və öz məhsulları ilə ilk dəfə 10 il əvvəl bazara daxil olub. "Samand” avrtomobil markası ilk "övladı” olub və İranın ilk milli avtomobili titulunu qazanıb. Onun dizaynının hazırlanmasına 1990-cı illərin sonunda başlanıb və 2002-ci ildə model bazara çıxarılıb.

Bu gün bu avtomobilin "Ordinary”, "LX”, "Soren” və "Sarir” kimi modelləri var. "Pars” və "206” modellərinin istehsalından sonra şirkət "X12” adlı yeni layihəni işlədi. Bu isə İranın ikinci milli avtomobili statusunu qazandı. "Samand” və "Soren” eyni anda bir neçə ölkə bazarına daxil oldu və öz statusunu təsdiqlədi.

Yeri gəlmişkən, bu avtomobillər Rusiya bazarına bizə nisbətən daha tez daxil olub və indi orada hətta köhnə modellərinin satışı həyata keçirilir. Özü də düşündüymüzdən daha ucuz qiymətə satılır (https://www.avito.ru/rossiya/avtomobili/iran_khodro/samand).

Qiymətlərdən danışmışkən, Azərbaycanın "Xəzər” avtomobilləri bizim bazarlarda 14-16 min manata satılacaq. Rusiyaya ixrac olunan avtomobillərə gəlincə isə, "AzərMash” şirkətinin nümayəndəsi Emin Axundovun sözlərinə görə, bu bazarda potensial olaraq, "Dena” sedanları satışa çıxarılacaq və dəyəri 475-540 min rubl olacaq. Avtomat ötürücülü avtomobillərin qiyməti 714 min rubldan çox olmamalıdır.

İndi isə məqalənin əvvəlində işlətdiyimiz və izahını vəd etdiyimiz "görünür” sözü barədə danışaq.

Birinci məsələ qiymətlə bağlıdır. "Xəzər” avtomobilini Çin və ya Koreya avtomobilləri ilə  müqayisə etsək, görərik ki, burada biz uduzuruq və alıcıların bir çoxları bazarda özünü sübut edən avtomobili bu avtomobillərə dəyişməyəcək. Bu isə "Xəzər” avtomobil zavodu üçün çətinliklər yaradacaq.

Amma başqa nüans da var. Həmişə və avtomobil istehsal edən bütün ölkələr digərlərindən hansısa cəhətinə görə fərqlənməyə çalışırlar.

Biz, sadəcə, İranın hazır texnologiyasını götürmüşük, onlar isə bu texnologiyanın dünyanın qabaqcıl avtomobil istehsalçılarından əldə edib.

Burada əsas olan zavod açmaq və bu barədə dünyaya məlumat vermək deyil (Bu cür yerlərin açılması yaxşıdır, çünki burada 300 nəfər işlə təmin olunacaq, gələcəkdə bu rəqəm arta da bilər). Əgər ölkə belə bir müəssisə açırsa, onda sənaye sahəsində təcrübəni artırmağı düşünməlidir: birincisi, kiçik avtomatik komponentlərin istehsalı ilə bazarda görünmək, ikincisi, hazırkı avtoistehsalçı üçün bütün texnoloji bazanı və öz avadanlıqlarını buraxmaq üçün ixtisaslaşdırılmış təsisatların elmi bazasının hazırlanması, üçüncü, bu sahədə peşəkar menecmentliyin və mühəndisliyin yaradılması, dördüncü, yeni yaradılan sənayenin investisiya ehtiyatları ilə təmin edilməsi.

Bütün bunlarsız zavod mənəvi cəhətdən köhnələcək, dünyada avtomobil sənayesinin artım tempini nəzərə alsaq, bu, tezliklə baş verəcək, qiymət məsələsində isə biz avtomobil sənayesinin inkişafının yuxarıda qeyd olunan dörd zəruri komponenti barədə düşünə bilən ölkələrə məğlub olacağıq.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]