loading...

Azərbaycanda ilk yaşandı: seçkidən dərhal sonra... - Video

13-04-2018 Baxış sayı :118
Azərbaycanda ilk yaşandı: seçkidən dərhal sonra... - VideoAzərbaycan daha bir prezident seçkisini arxada qoydu. 1993-cü ildən sonra formalaşan və qanunauyğun surətdə keçirilən prezident seçkilərinin 8-cisi xüsusi bir özəlliyi ilə yadda qaldı.
Xeberci.org xəbər verir ki, 8-ci prezident seçkisi günü "ekzit-poll” və MSK-nın ilkin nəticələr elan ediləndən dərhal sonra qalib xalqa canlı olaraq müraciət etdi. Türkiyədə adət etdiyimiz "balkon çıxışı” ilk dəfə Azərbaycanda, amma bir qədər fərqli formada tətbiq edildi.

Prezident İlham Əliyevin seçkidən dərhal sonra xalqa müraciəti, səhərisi gün isə qələbəni bayram edən fəallara ailəsi ilə birgə qoşulması, xalq önünə "qalstuksuz” çıxması və növbəti müraciəti Azərbaycanda seçki mədəniyyəti və ənənəsinə yeni, dəyərli bir çalar qatdı.

Onun xalqa müraciəti zamanı dediyi bu sözlər xalq-hakimiyyət bütünləşməsini göstərən nümunələrdən idi:

"Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərdi. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.

Budəfəki seçkinin fərqli olduğunu göstərən amillərdən biri də Zahid Oruc və Qüdrət Həsənquliyevin timsalında rəqib namizədlərin qalibi – İlham Əliyevi seçkidəki qələbəsi münasibətilə telefonda təbrik etməsi oldu. Bu ənənə də dünya ölkələrində daim müşahidə olunsa da, Azərbaycanda ilk idi.

Bütün bunlar Azərbaycanda prezident seçkilərinin artıq siyasi mədəniyyət səviyyəsinə yüksəldiyini göstərir. Son seçkilər bir daha təsdiqlədi ki, Azərbaycan həm dövlət, həm də toplum olaraq modernləşir və bütün qütblərdə dünyaya inteqrasiya edir.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]