loading...

Polis və DTX-dən birgə əməliyyat: 4 avtomat aşkarlandı

09-08-2018 Baxış sayı :62
Astarada fəaliyyət göstərməyən çay fabrikinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.

Bu barədə Xeberci.org-a DİN-dən məlumat verilib.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülən tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]