loading...

Kürəkən qayınatasını və qaynını bıçaqladı – Azərbaycanda

09-07-2018 Baxış sayı :102
Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Ə.Abdullayev küçəsində qeydə alınıb.

Belə ki, kürəkən qayınatası 1963-cü il təvəllüdlü Cabbarov Etibar Ələddin oğlu və qaynı 1992-ci il təvəllüdlü Cabbarov Afiq Etibar oğlunu bıçaqlayıb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]