loading...

Qayınanasının evindən pul və qızıl oğurlayan kürəkən tutuldu — VİDEO

02-09-2017 Baxış sayı :446

Ağdamda qayınanasının evindən pul və qızıl-zinət əşyaları oğurlayan kürəkən saxlanılıb.

Musavat.com xezerxeber.az-a istinadən bildirir ki, gözünü qayınanasının pullarına dikən şəxs ogurluq üçün gecə saatlarını gözləyib.

Hadisə Ağdamın Quzanlı qəsəbəsində baş verib. Rayon sakini Şəkər Məhərrəmova evindən qızıl və pul ogurlanmsı baradə polisə məlumat verib.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən səxsin ev sahibinin kürəkəni Hüseyn Zeynalov oldugu müəyyən edilib.

O, rayona qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Hüseyn Zeynalov istintaqa ifadəsində törətdiyi əməli etiraf edib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]