Xəbər Lenti

______________________________
12:12 26/6/2017
______________________________
12:10 26/6/2017
______________________________
______________________________
13:53 24/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
15:12 23/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:28 21/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:22 10/6/2017
______________________________
11:21 10/6/2017
______________________________
______________________________
______________________________
______________________________
18:49 09/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
23:31 08/6/2017
______________________________
______________________________
19:47 08/6/2017
______________________________
19:45 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:49 08/6/2017
______________________________
16:46 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Aqil Nəzərli sosioloji sorğunun qalibi oldu
Şahin Məmmədov : “Rəhbər gərək camaatdan uzaq düşməsin”
Sarsılmaz döyüşçü, professional rəhbər
“POLAT YOL YAPI” türk şirkəti və Ekologia və Təbii Sərvətlər Nazirliyi sərvətimizi belə talan edir (VİDEO) -FOTOLAR
Kərəm Həsənovu bitirən “dosye”: Mahmudovçularla əlaqə, “çekist” qardaş və …
Kərəm Həsənovu bitirən “dosye”: Mahmudovçularla əlaqə, “çekist” qardaş və …
Məlum olduğu kimi, bir neçə ay öncə dövlət başçısı Ilham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən müəyyən edilir ki, dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçirilir. Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində ölkə başçısına təqdim olunmalıdır. Bununla da, müəssisələrin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq prezidentin səlahiyyət dairəsinə keçib. Bu fərman özəlləşdirilmənin yeni qaydalarla həyata keçirilməsinin əsaslarını müəyyən edib. Bundan sonra Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prezidentin qərarları ilə həyata keçiriləcək. Bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınır. Bəzi iddialara görə, bu addımın kökündə Kərəm Həsənovun adının “MTN işi”nə bulaşması dayanır. Qeyd edək ki, mətbuatda Kərəm Həsənovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun şəbəkəsi ilə işbirliyi barədə sensasion məlumatlar yayılmışdı. Bu məlumatlar nə təkzib, nə də təsdiq olunub. Hər halda görünən odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov erası sona yaxınlaşır. Bu barədə cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, artıq komitə sədrinin fəaliyyətinin təftişinə “ən yüksək səviyyədə” qərar verilib: “Növbəti məmur islahatları çərçivəsində, Eldar Mahmudov və Əli Abbasovun ardınca vəzifəsini itirəcək növbəti şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, ölkə mətbuatının illər uzunudur ki, sərt şəkildə tənqid etdiyi, adı ən müxtəlif qalmaqal və qanunsuzluqlarda hallanan Kərəm Həsənovdur. İsmi E.Mahmudovla birlikdə bir çox layihələrin reallaşmasında hallanan və sabiq MTN rəhbəri ilə şərikli biznesə malik olan K.Həsənovun çoxillik fəaliyyətinin təftişinə qərar verilib ki, aparılacaq yoxlamaların “MTN işi”ndən heç də az sensassiya doğuracağı istisna edilmir”. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, K.Həsənovun min hektarlarla torpaq sahəsinin satışı zamanı ciddi qanunsuzluqlara yol verdiyi, yeni alqı-satqıların bir çoxunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun çalışdığı dönəmə sənədləşdirdiyi ilə bağlı ciddi şübhələr mövcuddur: “Komitə sədrinin dəyəri milyardlarla hesablanan torpaq sahələrinin alqı-satqısını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov dönəminə sənədləşdirdiyi, bununla da bu torpaqlarla bağlı məsuliyyətdən yaxa qurtarmağa çalışdığı ilə bağlı əlaqədar qurumların əlində ciddi informasiyalar mövcuddur. Hansı ki, bu informasiyaların həqiqiliyini sübut etmək üçün komitənin arxivində müəyyən təftiş aparmaq kifayətdir. K.Həsənovun rəhbərlik etdiyi dövlət qurumunda aparılacaq təftiş zamanı bu amilə xüsusi diqqət yetiriməsi nəzərdə tutulub. Komitə sədrinin sabiq MTN rəhbəri Eldar Mahmudovla birlikdə həyata keçirdiyi birgə layihələlər və bu layihələr zamanı yol verilən qanunsuzluqların da ciddi şəkildə araşdırılması nəzərədə tutulub. Bu isə o deməkdir ki, komitə sədri sadəcə vəzifəsini deyil, azadlığını da itirə bilər”. Onu da bildirək ki, Əmlak Məsələri Dövlət Komitəsinin rəhbərinin Eldar Mahmudov, Akif Çovdarov və digərləri ilə əlaqələrini sübut edən onlarla fakt var. Belə ki, sabiq MTN naziri Eldar Mahmudov və komandası ilə bağlı istintaq qrupunun apardığı “MTN işi”nin “yanğını” Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Şahin Həsənova da çatıb. Bu barədə bizi məlumatlandıran özəl mənbənin sözlərinə görə, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirilən Şahin Həsənovla bağlı bir sıra qaranlıq məqam var ki, bunlardan biri adıçəkilən şəxsin təyinatı ilə bağlıdır. Mənbənin verdiyi məlumata görə, E.Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədə beynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib. MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsinin şərt olduğunu bildirən mənbə, Ş.Həsənovun heç bir əcnəbi dil bilmədiyinə diqqət çəkib. Mənbənin bildirdiyinə görə, Ş.Həsənov beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik deyil. Bütün bunlar azmış kimi Ş.Həsənovun sabiq nazirin yol verdiyi bəzi qanunsuzluqlarda “pay sahibi” olduğu ilə bağlı ciddi şübhələr var ki, bu da onun sadəcə işdən azad edilməsi ilə deyil, həm də istintaqa cəlb edilməsi ilə nəticələnə bilər. Mənbənin verdiyi məlumatdan və MTN-lə bağlı baş verən olayların ümumi mənzərəsindən belə qənaətə gəlmək olar ki, Ş.Həsənov bəzi həmkarları kimi istintaqa gedən yolun astanasındadır. Bu yolun Ş.Həsənovu hansı sonluğa aparıb çıxaracağını isə zaman göstərəcək. Bu günlərdə cumhuriyyet.az-a daxil olan səhih məlumata görə, komitə sədri Kərəm Həsənovu MTN rəhbəri olmuş Eldar Mahmudova bağlayan yeni tellər üzə çıxıb. Bu bağların sıx və indiyə qədər davam edən nüansı hər iki tərəfə eyni vəkilin xidmət etməsi faktıdır. Komitə sədrinin deputat qardaşı Malik Həsənovun şəxsi vəkili ilə Mahmudovun ailə vəkili eyni hüquqşünasdır. Onun kimliyi redaksiyamıza məlum olsa da, etika naminə hələlik açıqlamaq istəmirik. Həmin vəkil həm Mahmudovlar ailəsinin şəxsi işlərinə baxır, həm də Həsənovlarla əlaqəlidir. Bu da uzun müddətdir ki K.Həsənovla E.Mahmudovun işbirliyi barəsində mətbuatda yazılanların daha bir təsdiqləyici nümunəsidir. İddialara görə daşınmaz əmlakın rəsmiləşdirilməsi, sənədləşmə və reyestr işləri ilə bağlı müxtəlif əməliyyatlar deputat M.Həsənova çox yaxın olan vəkil vasitəsi ilə həyata keçirilib. Eyni zamanda sözügedən vəkil MTN şefinin ailə biznesi, torpaq, obyekt, ümumilikdə daşınan və daşınmaz əmlakının sənədləşdirilməsi proseduruna cavabdeh şəxsdir. Bütün bunlarla bağlı cumhuriyyet.az-a verilən məlumata görə, indinin özündə də vəkil hər iki tərəf üçün fəaliyyətini davam etdirir. Komitə sədrinin qardaşının biznesində mühüm hüquqi işləri həyata keçirən vəkil gizli saxlanır. Yeri gəlmişkən, M.Həsənovun deputat mandatı almasında E.Mahmudovun birbaşa rolunun olduğu deyilir. Ona görə də deputatın vəziyyəti ürəkaçan deyil. K.Həsənov da aylardır başağrısına çevrilən bu məsələdən heç cürə qurtula bilmir. Ölkə rəhbərliyi qarşısında etimadını itirmiş komitə sədri vəzifəsini qorumağa müvəqqəti də olsa müvəffəq olub. Lakin onun başı üzərindəki qara buludlar tərk etməyib. Hələ də komitə sədri üçün MTN işinin bundan sonra istənilən cəncəli yaradacağı gözləniləndir. K.Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib. Çingiz Coşqun, Cumhuriyyet.az
Fətullahçılar Bakı Dəniz Ticarət Limanını necə işğal edib: ŞOK TƏFƏRRÜAT
Fətullahçılar Bakı Dəniz Ticarət Limanını necə işğal edib: ŞOK TƏFƏRRÜAT
Məftun Abbasov Korrupsiyaya qarşı Mübarizə İdarəsində FETÖ paralel quruluşunun ən önəmli adamı olub. Lakin birdən birə o, Korrupsiyaya qarşı Mübarizə İdarəsindəki müstəntiq vəzifəsindən istefa vermək təlimatı alıb. Bundan sonra ona Taleh Ziyadov və İlham Mehrəliyevlə birlikdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında çalışacağı bildirilib. Fətulla Gülən tərəfindən şəxsən Taleh Ziyadov, Məftun Abbasov və İlham Mehrəliyev üçlüyünün qarşısına Bakı Beynəlxalq Dəniz Ticarət Limanını tam olaraq nəzarətə götürməyi və bura FETÖ paralel quruluşuna aid olan iş adamlarını cəlb etməyi bir vəzifə olaraq qoyub. Beynəlxalq miqyasda fəaliyyət göstərən FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsi ölkəninin əsas gündəm maddəsi olaraq qalmaqda davam edir. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Yarğıtay Başsavcılığının (ali ədliyyə orqanı) Fətullah Gülən təriqətinin fəaliyyəti ilə bağlı istintaq başladan Azərbaycan Baş Prokurorluğuna bu təriqətin fəaliyyətinə dair bütün detalların yer aldığı dosyeni göndərməsi ilə bağlı xəbərlər yayılmışdı. Həmin məlumat yayıldıqdan sonra yerli mətbuatda Beynəlxalq miqyasda fəaliyyət göstərən FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsinin fəaliyyətinin araşdırlması çərçivəsində Baş Prokurorluq Bakı Beynəlxalq Dəniz Ticarət Limanında araşdırmalara başlayıb. Bu xəbər Baş Prokurorluq tərəfindən rəsmi olaraq təsdiqlənməs də, hələ ki, təkzib də olunmayıb. Xatırladaq ki, Azərbaycanda Fətulla Gülənə aid olan məktəblər artıq qapanıb və yaxud da dövlət nəzarətinə keçib. Lakin heç kimə sirr deyil ki, Gülənə aid şəbəkə tək məktəblərdə yerləşməmişdi. 20 ildən artıq bir zaman kəsiyndə Gülən şəbəkəsi Azərbaycanın bir çox dövlət qurumlarında yerləşib və bu gün bu şəbəkənin ifşası əsas məsələrdən biri hesab olunmaqdadır. ANAXEBER.az-a daxil olan məlumata əsasən hazırda FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsinin ən fəal qollarından biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanında fəaliyyət göstərir. Bu barədə məlumat verən mənbə bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun rəhbərliy altında fəaliyyət göstərən şəbəkə Xəzər dənizində gələcəkdə yaradılacaq olan Azad İqtisadi Zonanı ələ keçirmək üçün çalışırlar və bunun üçün böyük sərmayələr qoymaqdan belə çəkinmirlər. Mənbə bildirir ki, Xəzər dənizində gələcəkdə yaradılacaq olan Azad İqtisadi Zonanın yaradılması Azərbaycan dövlətinin əsas strateji hədəflərindən biridir. Məhz Xəzər dənizində ticarətin genişləndirilməsi və Çindən Avropaya uzanan tranzit yükdaşımaların Xəzər dənizindən keçərək Azərbaycan ərazizindən daşınması Azərbaycan dövlətinin əsas iqtisadi layihələrindən biri hesab olunur. Bu sahəyə dövlət hazırda böyük sərmayələr qoyur və təbii ki, Xəzər dənizində Azad İqtisadi Zonanın yparadılması üçün istər Xəzəryanı dövlətlərlə, istərsə də, layihədə maraqlı olan dövlətlərlə danışıqlar aparılır. Layihə həm şimal-Cənub, həm də Şərq-Qərb tranzit xətlərini özündə birləşdirəcək. Bu baxımdan bu layihənin reallaşdırılması Azərbayca hakimiyətinin əsas prioretlərindən biri hesab olunur. Layihədə yer alacaq əsas qurumlardan biri və bəlkə də birincisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hesab olunur. Bu üzdəndə hazırda Ələt qəsəbəsində inşa olunan yeni liman terminalı bütün beynəlxalq göstəricilərə cavab verməlidir. Hazırda Ələt limanının infrastrukturu yaradılmaqdadır. Mənbə bildirir ki, FETÖ paralel quruluşu bu layihənin nə qədər önəmli və iqtisadi səhətdən strateji əhəmiyyətli olduğunu bildiyi üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ələ keçirib. Hazırda isə Xəzər dənizində gələcəkdə yaradılacaq olan Azad İqtisadi Zonanını nəzarətə götürmək üçün FETÖ paralel quruluşu böyük planlar həyata keçirməkdədir və bu layihəyə sərmayələr qoyur. Sərmayələrin qoyuluşu isə birbaşa Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliy altında həyata keçirilir. Hətta Azərbaycanda toplanan “himmət paralarının” bir qismi də bu layihəyə sərmayə olaraq yönləndirilir. Bu barədə məlumatlandıran mənbə bildirib ki, daha əvvəldən FETÖ paralel quruluşunun ən sadiq nümayəndələrindən ibarət kadro Bakı Beynəlxalq Dəniz Ticarət Limanında rəhbərliyndə yerləşdirilib. Bu kadroya aşacıdakı şəxslər daxildir. 1. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov; 2. Baş direktorun müşaviri İlham Mehrəliyev; 3. Aiudit şöbəsinin müdiri Məftun Abbasov; 4. Kadrlar şöbəsinin müdiri Çapay Məmmədov ; 5. Təchizat şöbəsinin müdiri Kənan Quliyev. Mənbə bildirir ki, FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsində önəmli yer alan bu 5 şəxəs tam olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanını öz nəzarətləri altına alıblar. Daha doğrusu Azərbaycanın iqtisadi inkişafı üçün çox önəmli yerlərdən birini tutan bu dövlət qurumunu tamamilə FETÖ paralel quruluşunun nəzarətinə veriblər. Qeyd edək ki, FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsi ilə bağlı apardığı araşdırmaları tanınan Yenicag.az saytı təqribən 10 gün əvvəl Taleh Ziyadov İlham Mehrəliyev haqqında maraqlı məlumat yayıb. Məlumatda göstərilir ki, İLham Mehrəliyev SOCAR-da Daşımalara Nəzarət Departamentinin rəisi vəzifəsini daşımaqla bərabər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində də koordinatorluq etməkdədir. Eyni zamanda Bakıdakı “Özsüt” restoranlar zəncirinin gizli ortaqlarından biri məhz Mehrəliyevdir. Azərbaycan dövlətçiliyinə qarşı dəfələrlə açıq meydan oxuyan, Gülən məktəblərinin bağlanmasını tələb edən Qüdrət Həsənquliyev kimi millət vəkillərini açıq kontekstdə təhqir edən Sabir Niftalıyev adlı “sahibkar” onun rəhbəri olduğu “Modern Qrup”dakı işçisidir. Bu brendin ölkəyə gətirilib, Azərbaycan dövlətini ələ keçirəcəklərini dəfələrlə bəyan edən şəxsə təhvil verməsi də Mehrəliyevin arxasındakı gücdən xəbər verir. Qısacası, İ.Mehrəliyev dövlətə qarşı meydan oxumaqla yanaşı qorunur və vəzifə pillələrində böyüdülür. TAleh Ziyadova gəlincə, Pensilvaniya ilə əlaqələri Mehrəliyevdən daha çoxdur deyə bilərik. Magistr elmi dərəcəsinə ABŞ-ın Corctaun Universitetində, fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə isə Böyük Britaniyanın Kembric Universitetində müdafiə edərək yiyələnən Taleh Ziyadov eyni zamanda ABŞ-ın Pensilvaniya Universiteti Nəşriyyatı tərəfindən çap olan “Beyond the Resource Curse” adlı kitabın redaktorlarından biridir. Adıçəkilən kitabda neft və qaz ixracı ilə məşğul olan dövlətlərin qarşılaşdıqları çətinliklər və onların həlli yolları şərh olunub. Digər müəllif də SOCAR prezidentinin məsləhətçisi Brenda Shafferdir. Mənbə bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında FETÖ paralel quruluşunun digər önəmli ismi isə Aiudit şöbəsinin müdiri Məftun Abbasovdur. Qəribədir ki, Məftun Abbasov Bakı Beynəlxalq Dəniz Ticarət Limanın Aiudit şöbəsinin müdir gətirilməzdən əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi olub. Mənbə qeyd edib ki, Məftun Abbasov Korrupsiyaya qarşı Mübarizə İdarəsində FETÖ paralel quruluşunun ən önəmli adamı olub. Lakin birdən birə o, Korrupsiyaya qarşı Mübarizə İdarəsindəki müstəntiq vəzifəsindən istefa vermək təlimatı alıb. Bundan sonra ona Taleh Ziyadov və İlham Mehrəliyevlə birlikdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında çalışacağı bildirilib. Mənbə qeyd edir ki, bu qərar FETÖ paralel quruluşu üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı həddindən artıq önəmli olduğu üçün verilib. Çünki Məftun Abbasov FETÖ paralel quruluşunun Azərbaycan şəbəkəsində önəmli beyinlərdən biri hesab olunur. Mənbə bildirir ki, Fətulla Gülən tərəfindən şəxsən Taleh Ziyadov, Məftun Abbasov və İlham Mehrəliyev üçlüyünün qarşısına Bakı Beynəlxalq Dəniz Ticarət Limanını tam olaraq nəzarətə götürməyi və bura FETÖ paralel quruluşuna aid olan iş adamlarını cəlb etməyi bir vəzifə olaraq qoyub. Həmin vəzifə isə hazırda həyata keçirilir. Belə ki, hazırda bu layihəyə Bakıda fəaliyət göstərən və FETÖ paralel quruluşuna aid olan bir çox iş adamları və onların sərmayələri cəlb olunub. Növbəi yazımızda Məftun Abbasov, Çapay Məmmədov və Kənan Quliyevin FETÖ paralel quruluşu ilə iş birliyi haqqında maraqlı məlumatlar, həmçinin bir çox iş adamları ilə bağlı maraqlı məlumatlar əldə edəcəksininz… Bizi izləməkdə davam edin…(anaxeber.az) Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq.
Qurban bayramında sərxoş tutulan sürücü ilə yol polisi əlbəyaxa oldu - VİDEO
Qurban bayramında sərxoş tutulan sürücü ilə yol polisi əlbəyaxa oldu - VİDEO
DYP əməkdaşı Rauf Bəşirov sürücünün əlindəki əşyanı ülgücə oxşatdığı üçün onu zərərsizləşdirməyə çalışdığını deyir Bu gün sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında mübahisəni əks etdirən video yayılıb. Avtosfer.az-ın məlumatına görə, videoda yol polisi əməkdaşının 99 YP 166 dövlət nömrə nişanlı DYP avtomobilinə mindirdiyi sürücü ilə mübahisə etdiyi əksini tapır. Mübahisə zamanı sürücü maşının qapısını bağlamağa imkan vermir. Bu zaman polis qəflətən sürücüyə hücum çəkir. Avtosfer.az apardığı araşdırma zamanı məlum olub ki, hadisə gecə saatlarında Sumqayıt şəhərində baş verib. Sürücü ilə mübahisə edən polis əməkdaşı isə serjant Rauf Bəşirovdur. Əməkdaşımız həmin inspektorla əlaqə saxlayaraq hadisə ilə bağlı məlumat alıb. DYP əməkdaşı bildirib ki, həmin sürücü avtomobili sərxoş halda idarə etdiyi üçün saxlanılıb. Saxlanılan zaman müqavimət göstərən sürücü müayinəyə getməkdən imtina edib: «Mən onu maşına mindirib tibbi müayinəyə apararkən patrul avtomobilinin qapısını bağlamağa imkan vermirdi. Sonra əlində parıldayan şübhəli əşya gördüm. Həmin əşyanı ülgücə oxşatdım. Buna görə də, onu tutub əlindəki əşyanı almağa çalışdım. Sonra məlum oldu ki, əlindəki alışqan imiş. Hadisə yerinə yığılanlar isə bu görüntələri sosial şəbəkələrdə yayaraq guya mənim sürücünü döydüyümü bildirirlər. Lakin belə bir şey olmadı. Baş verənləri şişirdirlər. Mən sürücünü döyməmişəm. Sadəcə təcrübədən də görmüşük ki, bəzən belə intizamsız sürücülər özlərinə xəsarət yetirirlər. Mən də onun əlindəki əşyanı görəndə ehtiyat üçün əlindən almağa çalışdım». İnspektor bildirib ki, artıq sürücü tibbi müayinədən keçirilib və onun ağır dərəcəli sərxoşluq vəziyyəti müəyyənləşdirilib. Sürücü 1970-ci təvəllüdlü Nikxoy Telman Bəyaz oğludur. Bildirilir ki, onun Sumqayıtda kriminal dünyanın adamları ilə sıx əlaqələri var. Polisə tabe olmaq istəməməsi də bununla bağlı olub. Telman Nikxoy idarə etdiyi "Skoda" markalı, 99 BK 194 dövlət nömrə nişanlı avtomobillə təhlükəli manevrlər etdiyi üçün inspektor tərəfindən saxlanılıb. Saxlanılan zaman o, DYP əməkdaşına müqavimət göstərərək tabe olmaq istəməyib. Artıq onun barəsində inzibati protokol tərtib olunub və toplanmış materiallar aidiyyatı üzrə göndərilib.
Bu Bölmənin Digər Xəbərləri
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.