Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Beyləqanda uşaqların və əsgərlərin payını yeyən haramxor ailə
İcra başçısından qadınlara qarşı növbəti sayğısızlıq
Əli Həsənov: Qaçqınlarla bağlı bu yaxınlarda qərar veriləcək
Hökumətə 9 gün vaxt verildi - Büdcəyə yenidən baxmaq üçün
O hamımızı zorlayacaq
O hamımızı zorlayacaq
Jalə Mütəllimova yazır:-- Sevmədiyin kişiyə ərə getmək kimi bir şeydir ölmək. İnanmırsız? Mən inanıram həm də çoxdan... Adamı özünə tabe eləməkçün min hoqqadan çıxır ölüm. Sevdirə bilmir özünü. Zorlayır insanı. Hərdən o zorlamalar elə güclü olur ki, insanların hamısı zəif qadın, ölümsə güclü kişi təsiri bağışlayır adama... Ölümün zorlamasıdır bütün xəstəliklər. Bir az-az, bir az çox, hər nə qədər hiss eləsə o qədər zorlanmış sayılar adam... Ən çox sevdiyinə, umduğuna əziyyət verər ölüm. Nə umur? Sevgi. Siz inanmayın. Amma mən əminəm, Ölümə sevgi lazımdı. Sevə-sevə qəbullanasan, sarılasan. Qollarında xoşbəxt, ehtiraslı görə səni. Heç necə öləcəyini də bilməyəsən. Ölümünü sevən adam görmüsünüzmü?.... Mən gördüm. Amma hələ də bilmirəm hansı daha çox sevdi. Bircə onu bilirəm ki, təkcə o kişi yaşadı. Bəlkə də oynadı. Yəqin ömrünün sonunda özünə edəcəyi son etirafı da bu olacaq: Yaxşı oynadım. Çox uzağa getdim deyəsən. Qəribədir o ev də uzaqdadı... ...Otağının bir küncü onların idi. O küncə qısılıb otururdular həmişə. Köhnə əşyaları, təmirsiz divarları ikisinə aid idi həmin evin. Bir köhnə çarpayısı, çiyinlərinə atıb oturduqları köhnə gödəkcələr, üşüyəndə isinmək üçün yandırılan soba vardı orda. Onlardan başqa hər şeyi köhnə idi o evin. Dərdləşməkçün görüşürdülər əvvəl. Sonra sevgisizlik yaxınlaşdırdı. Sonra darıxmaq. Sonra tənhalıq. Və bir gün hər şey sarmaş dolaş oldu həmin küncdəki köhnə çarpayıda. O dolaşıqdan çıxmaq asan olmadı. İkisi də bilirdi ki, bircə ayrılığın qapısı açıqdı üzlərinə... Evlilərin sevgisi o qapıyacan ola bilər ancaq. Kişi susmuşdu. Qadından gözləyirdi nəyisə. Ya da o qadın elə bu köhnə çarpayıya gələn yolacan lazım idi ona. Onda belə düşünürdü qadın. Bir də düşünürdü ki, tənhalığın qalibiyyətidi bütün ayrılıqlar və məğlubdur sevgisini evliliyində yaşayan bütün insanlar. Hər şeyi o küncdə qoydu. Hislərini, ruhunu, sevgisini... Ölümünü sevə-sevə gözləyən yeganə qadın oldu beləcə. Nə zamansa o kişinin məndən başqa həyatında kim olasıdır, sualına, sədaqətini ifadə eləmişdi: Elə sən, ya da ölüm – demişdi axı... Elə həmin gündə qaldı o qapıdan çıxandan sonra. Yaşamağa başqa günü olmamışdı, nə o kişiyəcən, nə də ondan sonra... Bəlkə də ölümün ona sarı könüllü getməyəcəyi yeganə qadın idi. Ölümə də təkcə bədən yox, ruh lazımdı. Ruhu başqa evdə, başqa küncdə, başqa çarpayıda qalan qadın nəyinə gərəkdi onun... Həmişəlik bir küncə, it kimi sədaqətli qalan qadınlardan ancaq heyf çıxar ölüm. Onları yaşadar. Laaap sona qədər həm də. O qadınlar ölməz ki, canları çıxar. Ruhsuz bədəndə başqa nə qalar ki? Və o ev... O ev hələ ordadı, uzaqlarda. Divarları təmirlidir. İçində adamlar da yaşamağa hazırlaşır deyirlər. Amma hərdən o küncə baxıb gülümsəyir o kişi. Üzünə vurmasalar da dəli olub bu deyirlər hərdən ardıyca. Nə balasının, nə qadınının xəbəri var küncdəki xatirələrdən. Bir də deyirlər ki, hərdən həmin küncə sığınır. Bəlkə də küncdəki o qadına, bilmirəm. Amma bacarsan qucaqla onu deyərdim, həmin qadına. Kimsəyə sığınmazdı qürurundan o kişi. Bəlkə həmin qadının ağlının o küncdə qaldığını ağıl eləsə, heç o küncə də sığınmaz... O künc...Ora hələlik boşdur deyirlər. Nə zamansa bir mətbəx stolu, ya da bir kitab şkafı qoyulacaq ora. Hər nə qoyulsa xatirələrin üstündə duracaq. Bir buna əminəm. Və o qadın və o kişidən başqa kiməsəyə yük olmayacaq o əşya. Çiynindəki o yüklə dizin-dizin sürünüb ölümünə it kimi, yalvarana, ulayanacan gözləyəcək ikisi də ayrı-ayrı evlərdə... Bəlkə ölsələr yenidən doğulacaqlar? Bəlkə ölüm elə qovuşmaqdı? Bəlkə doğulmağın başqa adıdır ölmək, bilmirəm. Bir bəlkə də qaldı. Bəlkə dünya bizi hamilədir, ölsəydik doğulardıq. Ölsəydik qovuşardıq.... Lent.az
Vağzaldan yola saldığım qadınlar
Vağzaldan yola saldığım qadınlar
Vağzala yaxın kafelərdən birində oturmuşuq. Sonuncu dəfə də elə həmin kafedə, həmin küncdəki masa arxasında oturmuşduq. Bu yer taleyin bizim üçün ayırdığı yer kimidi; yöndəmsiz, narahat... Yenə sən “mən çörək yemişəm” dedin, mən də məcbur qalıb çay sifariş verdim. Cəmi iki saat vaxtımız vardı. Fikirlərimiz sərbəst şeir kimi dağınıq idi. Mən yenə o dəfəki kimi xoşbəxt idim və tez-tez saata baxırdım. Qolumdakı saat təkcə qolumu yox, ürəyimi də sıxırdı. Fikirləşirdim ki, onu vağzaldan qatarla yola salandan sonra evə dönə bilməyəcəyəm... Gözlərimi yumdum və yumulan gözlərin arxasında onu öpüşlərə qərq etdim. Bilmirəm hiss elədi ya yox. Gözlərimi açanda onun giley toxuyan baxışları üzümə zillənmişdi: - Məni hiss edə bilmirsən... - Sənə elə gəlir, – dedim. Bu nə düşük söz idi, İlahi?! Büsbütün bayağılaşmışam, onu hiss edə bilməsəm də, başqa cavab gözlədiyini hiss edə bildim. Hisslərim yorulub... Onunla hesabımız hələ də 0:0-dur; hesab açılmayıb. Bu işin axırı necə olacaq, ancaq hesab sahibi bilir. Biz bir-birimizə gəlib çatınca heydən düşürük, hətta qollarımda güc tapmıram ki, belini qucaqlayım, onun da qollarında hey qalmır ki, boynuma dolansın. Son vaxtlar hisslərin antennası da yaxşı tutmur, araya başqa kanallar girir. Hesabı ödədim, kafedən qol-qola çıxdıq. Qınayan olmasaydı, küçənin ortasında onu sinəmə sıxıb, qoxusunu içimə çəkərdim. Perronda bir anlıq fikrimdən keçdi ki, qatara aldığı bileti əlindən alıb tikə-tikə edim, bələdçi qadından və ətrafdakı adamlardan çəkindim. Başdan-ayağa çarəsizliyin təcəssümü idim, özümə acıdım. Adam da bu qədər bədbəxt olarmı? Adam bu qədər çarəsiz olmaz axı. Kişi bu qədər gücsüz olmaz axı. Qadınlar güclü kişiləri sevir, elə hər mənada. Fikirləşdim ki, bu qadının mənə sadəcə, yazığı gəlir, məni qırmaq istəmir. Arada mənə “uşaq kimisən” deyəndə daha çox hiss edirəm bunu. Vallah, heç uşaq qədər də fərasətim yoxdu. Həyatın bütün qaranlıq künclərini görmüş adamı həyat elə bil təzədən küncə qoymuşdu, “ölənəcən dur orda!” demişdi. Qatar yerindən dəbərdi. Uzun müddət key-key arxasınca baxdım. Vağzal kafesinə girib ofisianta dedim ki, pendir və çaxır gətirsin. Kafedə nə qədər oturduğumu xatırlamıram. Ordan çıxıb yellənə-yellənə bulvara düşdüm. Bir də baxdım ki, Bayraq meydanının yanındayam. Saata baxdım, üçü keçmişdi... Telefonu çıxartdım ki, ona zəng edim, amma yuxusuna qıymadım. Ona demək istədiyim sözlər sinəmdə gömgöy göyərmişdi, daha yazılası halda da deyildi... Üzüaşağı geri qayıdanda gördüm ki, Bakı vağzalı yaşında bir qadın parkı süpürür, sanki vaxtın ayaq izlərini süpürürdü. Mən vağzala çatanda vaxt yavaş-yavaş səhərin qoxusunu gətirirdi. Vağzal hələ yatırdı. Qarşılayası bir adamım yox idi, bəs onda bura niyə qayıtdım?! Qəfildən ağlıma gələn fikir elektrik cərəyanı kimi məni silkələdi: Bu vağzaldan yola saldığım qadınların heç biri mənim olmadı... 1397.az
Evə qız gətirmək olmaz!
Evə qız gətirmək olmaz!
Tez-tez mübahisə düşür evimizdə. Anamla yola getmirik. Balaca qardaşım qapıları örtməkdən, pəncərələri bağlamaqdan yorulub daha; qonşular səsimizi eşitməsin deyə. Səbəb bu: gecələr evə gec gəlirsən, orda-burda çox avaralanırsan, üzünü görə bilmirik, sən gələndə biz yatırıq, gələndə də qapıları açıq qoyursan. – Ay ana, bəsdi! – Nə oldu, səni başa düşən bir qız çıxmadı qabağına? Nə oldu, hamı pis oldu, sən yaxşı? Çünki özün adam deyilsən. O kafedən çıxıb bu kafeyə girirsən. – Ay ana, nolar, imkan ver, əlimdə yazımı yazım. – Dədən şair olub neylədi ki, sən də neyləyəsən? Get, o saçını da qırxdır, arvada oxşayırsan. Bizim nəsildə-kökdə hansı kişinin saçı uzun olub ki? Belə mübahisələrin birində anama dedim: – Bilirsən nə var? Mən bu evdə qalmaq istəmirəm! Bezmişəm. Kirayə ev tutub tək yaşayacağam. – Get, hansı cəhənnəmdə qalırsansa, get qal! Pulum da yox cibimdə. Ac-yalavac Bakının küçələrini gəzirəm. Düzü, evdən çıxmağıma görə peşman oldum da. Nə olsun e, anamdı, əsəbiləşib də. Bir azdan hirsi soyuyacaq, yenə başımı dizinin üstünə qoyacam, o da barmaqları ilə saçlarımı darayacaq. Amma iş-işdən keçmişdi, geciydi artıq. Yalnız bir halda qayıda bilərəm evə: anam zəng eləyib, yalvarandan sonra. Xeyli gəzib-dolaşdım, Yasamalda 1 otaqlı kirayə ev də tapdım. Aylıq kirayə haqqını da razılaşdıq. Çox ucuzvari. Amma ev sahibəsinin ciddi xəbərdarlığı məni fikrimdən daşındırdı: "Evə qız gətirmək olmaz!" Bəs mən neyləyim? Qarşıma banklardan birinin reklam lövhəsi çıxdı. İri hərflərlə belə yazılmışdı: “Yalnız şəxsiyyət vəsiqəsi ilə 1000 manatdan 5000 manatadək pul kreditləri verilir”. Yaman sevindim. Banka girib, çek çəkdim və növbəmi gözlədim. Xeyli keçəndən sonra növbə mənə çatdı. Bank işçisi də gözəl bir qız. Fikrimi yayındırırdı, vallah. Maraqlı qulaq asmağı vardı. Gülürdü hərdən. Baxışları da çox qəribə. Əlləri göyərçin ayaqlarına oxşayırdı. Hərdən üzümə elə baxırdı, elə bil üzümdə qarışqa yeriyir. Hiss edirəm ki, içində yiyəsiz qalmış, ünvansız bir sevgi var. Amma heç kimə izah eləyə bilmir. Qız o qədər incəydi, o qədər incəydi ki, noxud yesə, elə bilərdin hamilədi. O qədər sual-cavab elədi ki, elə bil magistraturaya imtahan verirəm. İş yerim, maaşımın məbləği, yaşadığım evin telefon nömrəsi, üç qohumun ev telefonu, beş dostumun mobil nömrəsi. Uzun söhbətdən sonra gözləri üzümdə qarışqa kimi yeriyən həmin o qız: – Sənə 1000 manat verə bilərik – dedi. Çox sevindim: – Allah köməyiniz olsun. Ancaq birdən-birə necə oldusa, qız bizim ev nömrəmizi yığmaq istədi. – Görüm, dəqiq burda yaşayırsanmı? Vay dədə! Qaldım udquna-udquna. Qızın əlindən tutmaq istədim: nolar, qurban olum, zəng eləmə, çox xahiş edirəm. Təəssüf ki, zəng elədi. Qəfil ona elə nifrətlə baxdım ki. Adama da oxşamırdı, çox eybəcər, kifir bir qız. Dəstəyi anam götürdü. – Bağışlayın, Kəramət bu ünvanda yaşayır? – Burda Kəramət-zad yaşamır – anam hirslə dedi. Qız üzümə elə baxdı, elə bil çayına dərman qatıb, başına oyun açmışam. Müxtəlif bəhanələr gətirdim: evimizə çoxlu qızlar zəng edir deyə anam əsəbləşib belə dedi. Xeyri olmadı ki, olmadı. Kor-peşman bankı tərk elədim. Yaman əsəbiləşmişdim. Birbaşa gəldim evə. – Nə olub? – atam soruşdu. Olduğu kimi danışdım hər şeyi. Gülmək tutdu atamı. Anam da qoşuldu atama. Mən də özümü saxlaya bilmədim. Hamımız gülüşdük. – Bütün bunları Allah eləyir ki, sən bu evdən çıxıb getməyəsən – atam dedi. 1937.az
Ölənin arxasınca danışmaq
Ölənin arxasınca danışmaq
Bəziləri cəsarət edib üz-üzünə deyə bilmədikləri sözü arxalarınca danışırlar. Haqlı ya haqsız, düzgün yaxud yalan olduğunun fərqinə varmadan... Nə pis ki, həmin insan rəhmətə getmiş ola.... Adi bir gün idi. Kiçik bir toplantıya dəvət almışdım. Həmin gün əhvalım tutqun idi. Əvvəlcə tədbirə qatılmamaq üçün bəhanələr axtarırdım, sonda fikrimdən vaz keçərək dəvət olunmuş yerə getdim. Toplantının başlamağına yarım saatdan da az vaxt qalırdı. Oradakı insanların mənə yad olduğundan ( onları tanımadığımdan) kənarda əyləşib onların söhbətlərinə qulaq asaraq tədbirin başlanmasını gözləyirdim. 20-30 yaş intervalında olan insanların eyni-eyni fikirlərinə qulaq asdıqca əsəblərim gərilirdi. Sadəcə söhbətə müdaxilə etməyim deyə özümü güclə saxlayırdım. Hüseyin Dərya həmin gün rəhmətə getmiş idi. Hələ heç onu dəfn də etməmişdilər. Söhbət elə Hüseyin haqqında idi. Toplantıda iştirak edən insanların Hüseyin haqqında olan mənfi və emosiya ilə söylədikləri fikirləri məni Hüseyin haqqında daha çox düşündürməyə sövq etdi. Kimi Hüseynin narkoman, kimi də avara olduğunu söyləyirdi. Hətta, az qala onu vətən xaini hesab edirdilər. Bir nəfər də olsun onun haqqında müsbət fikir söyləmirdi. Bəlkədə sağlığında Hüseyinin repinə maraqla qulaq asanlar idi onlar. Bəlkədə nə vaxtsa qarşılaşsa idilər Hüseynə qucaq açamağa belə hazır olanlar idi! İndi onun yoxluğundan, onun ünvanına bu sözləri söyləyirdilər. Amma nə yazıqki Hüseyinin yoxluğu bu söhbətə son qoymadı. Təssüflər olsun ki, qınadığımız insanı da haqlı olaraq qınamırıq. Bəlkə də bu ondan irəli gəlir ki, insanın nöqsanları-az və ya çox-müsbət xüsusiyyətlərindən daha qabarıq, gözəçarpan görünür. Bəli, Hüseyin Dərya öz canını, ailəsini və istedadını dəyərləndirməyi bacarmadı. Amma vətənini əsl övlad qədər qiymətləndirməyi layiqincə bacardı. Hüseynin vətənpərvər olduğunu çoxları bilir. Vətənin dar günündə, torpaqlarımızın keşiyində dayanmaqdan boyun qaçırıb, digər ölkələrdə gizlənən oğullarımıza örnək olub Hüseyin! Canını vətən uğurunda qurban etməyə hazır olub. Qanını “gözaltına” alıb, əlinə silah götürüb vətənin keşiyində dayananlardan olub. Bir qarını ac, bir qarını tox, qışın soyuğuna, yayın istisinə dözərək 4 il səngərlərdə torpaqlarımızın müdafiəsində dayanıb. Müharibə veteranı, həmçinin Qarabağ əlili idi Hüseyin. Vətən sevgisi ilə döyünürdü ürəyi... Əslində çox istedadlı insan idi. Repi bizə sevdirdi Hüseyin. Elə replərində də muğamı, tarı o səsləndirdi. ”Can Vətənim” mahnisinda dediyi kimi “Sevəcəyəm vətənimi ölənə qədər”, ”Təki sən yaşa Azərbaycanım” deyərək öldü... Bundan sonra rep aləminə nə qədər reperlər gəlsədə, onlar Dərya olmayacaqlar. Hüseyin ilk vaxtlar səhnəyə gələndə çox gənc idi. Sənət yoldaşları arasında çox fərqlənirdi. Fərqliliyi onun düşüncəsində, səsində, yazdıqları, oxuduqları mahnılarında idi. Öz mahnıları ilə dillərdə əzbər olmuşdur. Az bir vaxtda haminin sevimlisinə çevrilmişdir. Ona təkcə gənclər deyil, bütün yaş təbəqələrindən olan insanlar da pərəstiş edirdi. Sitat: “14-15 il bundan əvvəl Gəncəyə getmişdim. "Zabitlər evi"nin qarşısında təxminən 100-150 nəfər insanin toplandığının şahidi oldum. Orada bir izdiham var idi. Bir nəfərdən nə baş verdiyini soruşdum. Dedi, Hüseyn Dərya gəlib. Zalda konsert verir. Bütün yerlər tutulub deyə bu qədər insan bayırda qalıb. Deyəsən pəncərələri açacaqlar, bayırdakılar eşidə bilsinlər deyə”. Hüseyin iki dəyişən cəmiyyətin nümayəndəsi oldu. Döyüşən gənc və yenilikçi narkoman kimi. Amma cəmiyyətin pis üzü onu öz əsirinə çevirə bilmədi. Hüseyin sadəcə özünə dəyər verməyi bacarmadı. Atalarimiz demişkən: “İnsan özü- özünə etdiyi pisliyi, ona bir kimsə edə bilməz”. Hüseyinin özünə, sənətinə olan laqeyidliyi ona olan etibarı, məhəbbəti, rəğbəti itirdi. Allahın ona verdiyi istedadın qədrini bilmədi. Ətrafının pis insanlardan ibarət olması onu sağlam cəmiyyətdən gündən-günə kənar etdi. Bəlkədə ona dəstək olanların sayı çox olsa idi, yerli-yersiz qınamasaydılar, onu cəmiyyətdən küskün salmasaydılar o, öz sağlam həyatına qayıdıb yeni yeni maraqlı mahnıları ilə hamımızın könlünü oxşayardı. MəncəHüseyinin həyatı bir çoxlarına ibrət olacaq. Həm də özü dediyi kimi insanlara göstərdi ki , onun yaşadığı həyat tərzi düzgün həyat tərzi deyil. Onun acınacaqlı həyatı bu yolda olan insanları bu yoldan çəkindirəcək. Elə düşünürəm ki, bu cür insanları qınamaqdansa, onlara vaxtında dəstək olub onları bu yoldan çəkindirməyə çalışmalıyıq. Daha yıxılana balta vurmayaq, Hüseynə etdiyimiz kimi. Axı itirilən təkcə bir ailənin sonuncu övladı, iki atasız böyüyən övladın güvən yeri deyil, həm də hələ özünü bütünlüklə göstərməyə vaxt tapmayan istedad oldu. İndi o haqq dünyasındadır. Məncə onun arxasıncan danışmaq düzgün deyil. Kiminsə arxasınca danışmaq böyük günahdır, nəinki "Ölüm mənim mükafatım olacaq" deyərək son mükafatına qovuşan insanın...
Bu Bölmənin Digər Xəbərləri
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.