Xəbər Lenti

______________________________
12:12 26/6/2017
______________________________
12:10 26/6/2017
______________________________
______________________________
13:53 24/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
15:12 23/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:28 21/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:22 10/6/2017
______________________________
11:21 10/6/2017
______________________________
______________________________
______________________________
______________________________
18:49 09/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
23:31 08/6/2017
______________________________
______________________________
19:47 08/6/2017
______________________________
19:45 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:49 08/6/2017
______________________________
16:46 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Aqil Nəzərli sosioloji sorğunun qalibi oldu
Şahin Məmmədov : “Rəhbər gərək camaatdan uzaq düşməsin”
Sarsılmaz döyüşçü, professional rəhbər
“POLAT YOL YAPI” türk şirkəti və Ekologia və Təbii Sərvətlər Nazirliyi sərvətimizi belə talan edir (VİDEO) -FOTOLAR
İCRA BAŞÇISININ MMC VASITƏSILƏ YUDUĞU QARA PULLAR HARA GEDIR?
İCRA BAŞÇISININ MMC VASITƏSILƏ YUDUĞU QARA PULLAR HARA GEDIR?
Vaxtıilə ölkə başçısı rayonda baş vermiş narazılığı nəzərə alaraq icra hakimini cəzalandırdı və onun yerinə əslən İsmayıllıdan olan professor Mirdaməd Sadıqovu təyin etdi. Amma nə baş verdi. İcra başçısı dəyişsədə rayonda problemlər olduğu kimi qaldı. Demək olar ki, icra başçısı Mirdaməd Sadıqovun gəlişindən sonra keçmiş başçının Rayon İcra Hakimiyyətində çalışan bəzi kadrları işdən çıxarıldı. Yeni icra hakimi onların yerinə öz adamlarını təyin etdi. Digər tərəfdən, rayonda abadlıq və quruculuq işləri də istənilən səviyyədə getmədi. Səbəb isə birdir - yarıtmaz idarəçilik. Belə iddia ilə azerinews.tv-yə müraciət edən şikayətçilər prezidentdən kömək istəyirlər. Beləki, şikayətçilər rayon mərkəzində və kəndlərdə geniş təmir-tikinti işlərinin həldə aparılmamasından narazıdır. Onların dediyinə görə İsmayıllının kanalizasiya və içməli su problemi rayonda hələdə ciddi fəsadlar yaradır. Rayonun mərkəzi ərazilərində kosmetik işlər gördürən Mirdaməd Sadıqov pul yığmaq məqsədi ilə yaratmış saxta MMC-lərlə qara pulların yuyulması ilə məşğuldur. Bu gün hər kəsə gün kimi aydındır ki, İsmayıllının bəzi kəndlərində yollar bərbad vəziyyətdə olduğundan gediş -gəliş çətindi. Sakinlər rayon mərkəzi ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Bu qış aylarında şərait daha da dözülməz olub. Yağış, qar yağan kimi hər tərəf palçıqla əhatə olunur. Uşaqlar məktəbə gedə bilmirlər. Təcili yardım maşınları yollar pis olduğuna görə çağırış ünvanlarına vaxtında çatmır. Başçı özünü göstərmək üçün bir neçə dəfə sakinlərlə görüşsədə bu xəstəliyə çarə etmədi. Azerinews.tv -yə daxil olan şikayətdə oda bildirilir ki, İsmayıllı sosial problemlər məngənəsidə boğulur. İcra başçısı isə bunu görməzdən gəlir. Rayonda işsizlər ordusu yaranıb, gənclərin böyük hissəsi paytaxt Bakıda və ya Rusiyada şörək puluna möhtac yaşayır. Bu halın olması icra başçısının kefinə də deyil. Çünki, onun rayonda sahib olduğu hər nə varsa qohumları tərəfdən idarə olunur, yazan şikayətçilər bezdiklərini deyirlər. Onlar iddia edirlər ki, icra başçısı bir neçə MMC yaradıb ki, onlarlada saxta yollarla rayonun sərvətini ələ keçirməklə məşğuldur. Buna subut olaraq rayonda aparılan tikinti-təmir işlərinə ayrılan yüz min manatlarla vəsaitlər həmin MMC-lərlə yuyularaq icra başçısının cibinə gedir. Daxil olan şikayətdə daha sonra bildirilir ki, İcra başçısının yarıtmaz idarəçiliyindən qaynaqlanan məmur özbaşınalığı və Mirdaməd Sadıqovun dövlət vəsaitlərini necə və hansı mexanizimlə, həmin MMC-lər vasitəsilə mənimsəməsi barədə prezidentə açıq məktub yazacaqlarını da bildirirlər. Mövzuya qayıdacağıq bizi izləyin. Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq
İmişli İcra Hakimiyyətindən gülünc açıqlama - Yenilənib
İmişli İcra Hakimiyyətindən gülünc açıqlama - Yenilənib
Bir neçə gün bundan öncə İmişli rayonundan məlumat daxil olmuşdu ki, icra hakimiyyətində Vilyam Hacıyevlə ilə vətəndaşların görüşü zamanı intihara cəhd hadisəsi baş verib. Daxil olan məlumatda qeyd olunurdu ki, İmişli şəhərinin Talalaltı məhəlləsində yaşayan və hazırda işsiz olan Nazim Qardaşov özünü İcra Hakimiyyətinin akt zalında yandırmaq istəyib. Lakin N.Qardaşov öz üstünə benzin tökərək alışqanı çaxmaq istəyəndə alışqan alovlanmayıb və bundan istifadə edən polislər və digər şəxslər onu zərərsizləşdirə biliblər. Araşdırmalarımız zamanı məlum olub ki, adı qeyd olunan şəxs əvvəllər sosial-təminat şöbəsində çalışıb. Saytlarda intihara cəhd hadisəsi ilə bağlı dərc olunan yazıdan sonra bu gün İmişli rayon icra hakimiyyəti təşvişə düşərək özünə yaxın mətbu orqanlarda gülünc doğuracaq açıqlama dərc elətdirib. Belə ki, icra hakimiyyətinin verdiyi açıqlamada qeyd olunur ki, əgər intihar hadisəsi olubsa vətəndaş hansı xəstəxanaya yerləşdirilib. Bundan başqa bildirilir ki, belə xəbərləri dərc edənlər və bu xaraterli məlumatları səytlara ötürənlər İmişlidə görülən işlərə kölgə salamağa çalışanlardır. Redaksiya olaraq bildiririk ki, bizim işimiz bolgələrdəki baş verən məmur özbaşınalıqlarını və insanların sosial problemlərini ictimailəşdirirərək, ölkədə baş verə biləcək qarşıdurmanın qarşısını almaqdır. Əgər hər hansısa bir sayt vətəndaşın problemini işıqlandırmasa bu zaman böyük fəsadlara törədilə bilər. Siz icra hakimiyyəti olaraq yəqinki, xəbəri düzgün oxumamısınız yoxsa belə gülünc açıqlama verməzdiniz. Axı biz yazmamışıq vətəndaş özünü yandırıb, yazmışıq ki, özünü yandırmağa cəhd edib lakin alışqan alovlanmadığından polislər tərəfindən intiharın dərhal qarşısı alınıb. Bizlər bütün problemləri işıqlandırırıq ki, icra hakimiyyətləri anlasınlarki, vətəndaşlar kimsəsiz deyil və ölkənin bir yiyəsi var oda cənab İlham Əliyevdir. Odur ki, biz İmişli rayon icra hakimiyyətinə tövsiyyə edirik ki, nəyinsə müqabilində saytlarda gülünc açıqlamalar yerləşdirməkdənsə vətəndaşın problemini həll edinki özünü yandırmağa cəhd hadisəsi baş verməsin. İmişli rayon icra hakimiyyətinin mövqeyini öyrənməyə hazırıq. P.S Son dəqiqə aldığımız məlumata görə, İmişli icra hakimiyyətində özünü yandırmaq istəyən Nazim Qardaşov Vilyam Hacıyevin xüsusi göstərişi ilə 15 sutkalıq həbs olunub. Məsələ ilə bağlı İmişli Polis Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən Xalqxeber.Az münasibət öyrənib. Polis şöbəsi həbs faktını təsdiqləyib. RPŞ-dən Nazim Qardaşovun özünü yandırmağa cəhd etməsi barədəki məlumatları təkzib etsələr də bildirdilər ki, o, İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə cəzalandırılıb və barəsində 15 günlük inzibati həbs tətbiq olunub. - See more at: http://xalqxeber.az/gundem/8620-mishli-cra-hakimiyyetinden-gulunc-achiqlama.html#sthash.3kfkRrJo.dpuf
Füzulidə diktatura: Alı Alıyev rejimi müəllimləri aksiya keçirmək həddinə çatırıb
Füzulidə diktatura: Alı Alıyev rejimi müəllimləri aksiya keçirmək həddinə çatırıb
Füzuli rayonunda baş verən qanunsuzluqlar barədə kifayət qədər yazılsa da, bu cür qanunsuzluqların həyata keçirilməsində bir başa iştirak edən icra başçısı əməllərinə görə cəzalandırılmır. Özünü rayonda "kral" hesab edən icra başçıs Alı Alıyev sadə camaatdan qutarıb indi də müəllimlərə divan tutur. Belə ki, icra başçısı müəllimlərin bülütenə çıxmalarınada qadağalar qoyub, heç bir müəllim icra başçısını və təhsil müdirinin "icazəsi" olmadan nəyin ki, bülütenə çıxa bilər, həmin sözü dilinə belə gətirə bilməzlər. Həmin məlumatları araşdırarkən məlum olub ki, buna görə icra baçısı və təhsil müdiri birləşərək xüsusi göstərişlər veriblər. Müəllimlərin bülüten məsələsini Füzuli Rayon Mərkəzi Xəstəxanası da təsdiqləndi. Adının çəkilməsini istəməyən xəstəxna işçisi müəllimlərin bülütenə çıxarılmamasını icra başçısı və təhsil müdiri tərəfindən konkret tapşırıqlar verildiyini qeyd etdi. Bundan da belə məlum olur ki, füzuli müəllimləri səhətlərində yaranmış problemlərlə bağlı bülüten arzulamasınlar, çünki, bu mümkin olmayacaq. Yaxşı olar ki, buna görə xəstə müəllimlər əziyyət çəkib bülütenə çıxmaq kimi fikirlərdən daşınsalar. Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənib dərc etməyə çalışacağıq...
Bu Bölmənin Digər Xəbərləri
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.