Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Beyləqanda uşaqların və əsgərlərin payını yeyən haramxor ailə
İcra başçısından qadınlara qarşı növbəti sayğısızlıq
Əli Həsənov: Qaçqınlarla bağlı bu yaxınlarda qərar veriləcək
Hökumətə 9 gün vaxt verildi - Büdcəyə yenidən baxmaq üçün
Prezidentdən daha bir dəyişiklik
Prezidentdən daha bir dəyişiklik
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 171) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib. Əlavədə deyilir ki, cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edillir: Azərbaycan Respublikasının Prezidentinə:-cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi; -cəmiyyətin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi. İndiyə qədər İdarə Heyətinin müstəqil şəkildə Cəmiyyətin təsis etdiyi hüquqi şəxslərin, filialların və nümayəndəliklərin vəzifəli şəxslərini təyin etmək və onların əməkhaqqını müəyyən etmək səlahiyyəti olub. Dəyişikliyə əsasən isə, artıq İdarə Heyəti “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə Nazirlər Kabinetinin razılığını almalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:- Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;- Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;-Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;-Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;-Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;-Bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli həvalə olunur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvini, törəmə cəmiyyətlərinin yaradılmasını, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidr; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
MTRŞ İTV-dən narazıdır...
MTRŞ İTV-dən narazıdır...
“İctimai Televizyanın (İTV) efirində yayımlanan “Evakuator şou” verilişində müəyyən gizli reklam elementləri var. Əvvəlki buraxılışlarda bu, çox qabarıq idi. İndi bir qədər azalıb”. Xeberci.tv xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında bildirib. Onun sözlərinə görə, verilişin qonaqlarının əsasən şou-biznes nümayəndələrindən ibarət olması proqrama müəyyən şou elementləri də qatır deyən şöbə müdiri İTV-yə verilişlərin çəkilməsi üçün maliyyə vəsaiti ayrıldığını və konkret olaraq evakuator xidmətlərindən birinin reklamı üzərində qurulan verişə nə ehtiyac olduğunu bildirib. “Veriliş daha çox kommersiya layihəsi təəssüratı yaratsa da, müəyyən maarifləndirici elementlər də var. Ümumiyyətlə İTV-nin efirində bir neçə kommersiya layihələri var. Məsələn, “Müasir ev”, “Bioloji təbabət” və s. Əslində, bu hallar daha çox özəl kanallara xas xüsusiyyətdir. Belə ki, özəl kanallar bu cür kommersiya fəaliyyətinə meyillənərkən, bu, müəyyən qədər başadüşülən olur. Dövlət büdcəsindən maliyyələşən İTV-nin isə kommersiya layihələrinə meyillənməsi müəyyən narahatlıq yaradır. Yayımçı bu məqamı nəzərə almalıdır. İTV-yə verilişlərin çəkilməsi üçün maliyyə vəsaiti ayrılır. Nə ehtiyac var ki, onlar konkret olaraq evakuator xidmətlərindən birinin reklamı üzərində qurulan veriliş yayımlayır?!” Şöbə müdiri İTV-nin efirində yayımlanan bir sıra verilişlərin isə ümumiyyətlə ölkə tele-radio məkanında öz maarifçi xarakteri ilə seçildiyini vurğulayıb. Xüsusilə, “Qarabağ həqiqətləri” verilişini qeyd edən T.Dadaşov bildirib ki, bu verilişdə Azərbaycanın ən ağrılı problemi ətrafında ciddi mütəxəssislərlə müzakirələr aparılır, həqiqətlər üzə çıxarılır: “Veriliş son dövrlərin ən uğurlu telelayihələrindən biri kimi dəyərləndirilə bilər. Görünür ki, aparıcı özü də verilişdə qoyulan mövzulara dərindən bələddir. Həmçinin, “Müzakirə vaxtı”, “Ortaq məxrəc”, “Xəmsə”, “Açıq dərs” və s. kimi maarifləndirici verilişləri də qeyd etmək lazımdır”.
Eynulla Fətullayevin saytları bağlanır?
Eynulla Fətullayevin saytları bağlanır?
Tanınmış jurnalist Eynulla Fətullayevin təsisçisi olduğu saytlar bağlanmaq təhlükəsilə üzləşib. “AzPolitika.info”ya daxil olan məlumata görə, “haqqın.az”, “virtualaz.org” və “azeridaily.com” saytlarının əməkdaşları ilə bağlanmış əmək müqavilələri ləğv edilib və onlara yeni iş yeri tapmaq tövsiyyə olunub. Bu 3 saytın ümumi işçilərinin sayı 58 nəfər olub. “Haqqın.az” saytının əməkdaşı Bəhram Batıyev əməkdaşımızın sorğusuna cavab olaraq artıq bu saytda işləmədiyini təsdiq edib. Lakin işdən çıxmasının səbəbi haqda danışmaq istəməyib: “Bu barədə Eynulla Fətullayevə müraciət edin”. Əməkdaşımız E.Fətullayevin saytının daha bir neçə əməkdaşının yeni iş yeri axtardığını dəqiqləşdirə bilib. Bir mənbə isə bildirib ki, E.Fətullayevin saytlarında kütləvi işdənçıxarma maliyyə problemləri ilə bağlıdır. Məsələ ilə bağlı E.Fətullayevin özü ilə danışmaq cəhdimiz baş tutmadı. Xatırladaq ki, bir müddət əvvəl E.Fətullayev saytlarının rəhbərliyindən uzaqlaşdığını, ANS-də yeni layihə həyata keçirəcəyini bildirmişdi. Bəzi məlumatlara görə, onun hakimiyyətlə müəyyən problemləri yaranıb və bu səbəbdən maliyyə dəstəyini itirib. İstisna deyil ki, E.Fətullayevin saytlarının bağlanması barədə qəti qərar verilib. Yeni fəaliyyətə başlayan korrespondent.az saytı isə, Eynulla Fətullayevin rəhbərlik etdiyi saytların birdəfəlik fəaliyyətini dayandırması ilə bağlı məlumat yayıb:”Fevralın 5-də Haqqın.az və Virtualaz.org saytları işini dayandırıb. Hər iki sayta rəhbərlik edən araşdırmaçı-jurnalist Eynulla Fətullayev kollektivi toplayaraq maliyyə durumu ilə bağlı saytların işini dayandırmaq haqqında qərar verdiyini deyib. Bu haqda sözügedən saytlarda çalışanlar Facebook sosial şəbəkəsi üzərindən xəbər yayıb. Onlar iş axtardıqlarını bildirirlər”. Azinforum.az
Mətbuat Şurası xəbərdarlıq etdi
Mətbuat Şurası xəbərdarlıq etdi
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 4 sayt barədə məsələyə baxıb. İlk olaraq, Yardımlı Rayon İcra Hakimiyyətinin “Bizimxeber.az” saytı ilə bağlı müraciəti müzakirə olunub. Komissiya rəyə gəlib ki, şikayət doğuran yazılarda balansın gözlənilməməsi, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməməsi yazılarda digər etik pozuntulara da yol açıb. Komissiya şərəf və ləyaqətin təhqirinə, ictimai nüfuzun ləkələnməsinə yönələn cəhdlərin yolverilməz olduğunu əsas götürərək bu kütləvi informasiya vasitəsinə həmin materialların saytdan çıxarılmasını, təkzib, yaxud qarşı tərəfin mövqeyinin ifadəsini tapdığı məktubunun təqdim olunmasını tövsiyə edib. Komissiya şikayət məktubunda da bir sıra yolverilməz ifadələrin yer almasını məqbul hal saymayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Xeber.info” və “Arqument.az” saytları ilə bağlı müraciətinin müzakirəsi hər iki KİV-ə MŞ-nın xəbərdarlığının edilməsi ilə yekunlaşıb. Araşdırılma aparılmadan, balans gözlənilmədən təqdim olunan mətbu materialda qərəz, sifariş icrası aşkar nəzərə çarpdığından jurnalistikanın ali prinsipi sayılan həqiqətə xidmət arxa plana keçib. Bunun nəticəsində yazıda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına rəhbərlik edən şəxsin şərəf və ləyaqətinin təhqirinə, ictimai nüfuzunun ləkələnməsinə cəhdlər edilib. Saytların baş redaktorları iclasda səslənən iradlarla razılaşıblar. Komissiya şikayət səbəb olan materialların bu KİV-lərdən çıxarılmasını tövsiyə edib. Eyni zamanda bütün bunlar əsas götürülərək “Xeber.info” və “Arqument.az” saytlarına Mətbuat Şurasının xəbərdarlığı olunub. Komissiya Azərbaycan İnformasiya Agentliyi («Aia.az» saytı) barədə də eyni ölçünü götürüb.
AzTV-də yeni müavinlə işçilər arasında gərginlik - İstefalar var
AzTV-də yeni müavinlə işçilər arasında gərginlik - İstefalar var
AzTV-də rəhbərliklə bir qrup işçi arasında qalmaqal yaranıb. Nəticədə bir neçə nəfər işini itirib, qalanların əmək haqları azaldılıb. AzNews.az xəbər verir ki, gərginlik bir müddət əvvəl Elsevər Dünyamalıyevin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyinat alandan sonra başlayıb. Məlumata görə, E.Dünyamalıyev Arif Alışanovun radio məsələləri üzrə müavini təyin edildikdən sonra bəzi islahatlar aparmaq təklifi ilə çıxış edib. O, sədrə “Xəbərlər” departamentinin əməkdaşlarının şirkətdə bekar qaldıqlarını, məhz bu səbəbdən islahata sözügedən redaksiyadan başlamağın vacib olduğunu bildirib. A.Alışanov isə yeni müavinin təklifini qəbul edib. Bundan sonra “Xəbərlər”ə keçən E.Dünyamalıyev islahata işçilərin maaşlarının kəsilməsi ilə başlayıb. Belə ki, yeni müavin redaksiya əməkdaşlarını yığaraq iclas keçirib. Bildirib ki, əvvəlki maaş sistemi ləğv edilib və artıq müxbirlər çəkilişlərinə görə qonorar alacaqlar. Bəzi müxbirlərin cəzalandırılması məqsədilə onlara çəkilişə çıxmağa icazə verilmir. Əməkdaşların özlərinin təklif etdiyi mövzular isə qəbul edilmir. Bununla da müxbir sadəcə olaraq bir gününü boşuna keçirmiş olur və ay sonunda da heç bir qonorar yazılmır. Redaksiya daxilində süni gərginliyin yaradılması, hətta bəzən əməkdaşların aşağılayıcı ifadələrlə təhqir edilməsi də verilən informasiyalar sırasındadır: “E.Dünyamalıyev müxbirlərə qarşı “kimin hansı yuvanın quşu olduğunu bilirik”, “kim hansı yolla haralara gedib, bizə məlumdur” kimi ifadələr işlədir. Bu isə redaksiya heyəti arasında ciddi narazılığa səbəb olub”. Bütün bunlara görə, artıq redaksiyanın bir çox əməkdaşı işdən azad olunma ilə bağlı ərizə yazıb. Onlar arasında AzTV-də uzun müddət çalışmış Zərifə Qurban və Lalə Yusifli də var.
MTRŞ bu dəfə
MTRŞ bu dəfə "Maşa və Ayı"nı hədəfə aldı
"Azərbaycan televiziyalarında yayımlanan "Maşa və Medved", "Buz dövrü" kimi cizgi filmlərində zorakılıq elementləri mövcuddur". Bunu "Report"a açqılamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. Onun sözlərinə görə, şura telekanallara zorakılıq hallarını təbliğ etməyən cizgi filmləri yayımlamağı tövsiyə edib: "Bəzi cizgi filmlərində zorakılıq halları müşahidə olunur. Əslində, bu hallar əyləncə xarakteri daşıyır, amma bu filmlər onları seyr edən uşaqlarda aqressiya yarada və ya həmin hərəkətləri təkrar etmək kimi vərdişlər yarada bilər. Bəzi psixoloqlardan, ekspertlərdən bu məsələ ilə bağlı müraciətlər alırıq. Biz də telekanallara tövsiyə edirik, çalışıb elə cizgi filmləri yayımlasınlar ki, orada uşaqların aqressiyasına səbəb olan zorakılıq halları az olsun. Onu da qeyd edim ki, bu gün efirdə aqressiya doğuran çizgi filmləri çox az yayımlanır". T.Dadaşov bildirib ki, yerli cizgi filmlərinin qıtlığı var və bu səbəbdən də telekanalların başqa variantı qalmır: "Yerli cizgi filmləri az olduğu üçün televiziyalar əcnəbi filmləri efirə verirlər. Bu filmlər çox zaman çəkilən ölkələrin öz psixologiyasına uyğun olur və ya efirdə müəyyən bir saatlar üçün nəzərdə tutulur. Bizim kanallar isə bəzən həmin cizgi filmlərini günün istənilən saatında yayımlayırlar". Son zamanlar "Mədəniyyət" telekanalında çox maraqlı milli cizgi filmlərinin yayımlandığını deyən şöbə müdiri onu da əlavə edib ki, milli cizgi filmlərinin çəkilməsi üçün dövlət tərəfindən maliyyə yardımının ayrılması məsələsi hələlik aktual deyil.
MTRŞ-dən qalmaqallı “Bu stil mənim”lə bağlı - Açıqlama
MTRŞ-dən qalmaqallı “Bu stil mənim”lə bağlı - Açıqlama
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də “Bu stil mənim” verilişində baş verən qalmaqallar və yarışmanı tərk edən iştirakçıların ittihamlarına münasibət bildirib. MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Qafqazinfo”ya açıqlamasında deyib ki, eks-iştirakçıların səsləndirdiyi fikirlər kulisarxası olan məsələdir: “Sözügedən ittihamlar kulisarxası olan məsələdi. Qızların hansısa şikayəti varsa, məhkəməyə müraciət edə bilər. Efir vaxtı baş vermədiyi üçün bu məsələyə müdaxilə edə bilmərik. Hesab etmirəm ki, verilişdə baş verənlərə qarşı reaksiya adekvatdır. Bir qədər şişirdilmiş reaksiya var. Bunu da nəzərə almaq lazımdır. Medianı və sosial şəbəkə istifadəçilərini sakitləşməyə dəvət edirəm. Bu məsələni çox dramatikləşdirməsinlər. İştirakçılar arasındakı diskusiyalar bir az sərt formada olur. İradlarını sadəcə olaraq sərt bildirirlər. Xüsusi təhqir elementlərini görmədik. Bu məsələnin şişirdilməsinin az qismi təbiidir. Ola bilsin ki, bəzi yerli mətbuat orqanları reytinq xatirinə bu məsələni gündəmdə saxlayırlar. Bəzi maraqlı televiziyalar da var ki, məsələni şişirdilər. Belə ehtimallar var. Biz veriliş heyəti ilə görüşmüşük, ikinci dəfə də görüşərik, müzakirə apararıq. Çünki proqram təbii və ya süni yolla olsa da müzakirə predmetinə çevirilib. ATV kanalının efirində digər baxımlı və maarifləndirici verilişlər də var. Çox təəssüflənirəm ki, neqativ halları qabardırlar. Yerli mətbuat müsbət məsələlərə də yer verməlidir”. Qeyd edək ki, müsabiqənin eks-iştirakçıları redaksiyamızda qonaq olaraq təşkilatçı şirkətin rəhbərləri ilə bağlı sensasion ittihamlar irəli sürüblər.
“Qanlı yanvar” serialındakı söyüşlər- SİYAHI
“Qanlı yanvar” serialındakı söyüşlər- SİYAHI
“Bu hal “Televiziya və radio yayımı haqqında” qanuna ziddir”. “Milli Televiziya və Radio Şurası ANS televiziyasının efirndə yayımlanan “Qanlı yanvar” bədii serialının 20 yanvar tarixində yayımlanan seriyasında xeyli qanun pozuntuları aşkarlayıb. Qeydə alınan qanun pozuntuları əsasən qeyri-etik ifadələrdən və söyüşlərdən ibarətdir”. Xeberci.tv xəbər verir ki, bunu Report-a açıqlamasında MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib. Şöbə müdiri qeyd edib ki, Vahid Mustafayevin çəkdiyi və ANS-in efirində yayımlanan “Qanlı yanvar” filmi ilə bağlı mediada, sosial şəbəkələrdə geniş müzakirələr gedir, serialda neqativ hallar olduğu vurgulanır: “Əlbəttə, hər kəsin öz fikri və arqumenti ola bilər. Şura olaraq filmin məzmunu və tarixi hadisələri necə əks etdirməsi ilə bağlı fikir bildirmək istəməzdik. O da nəzərə alınmalıdır ki, bu, bədii təxəyyülün məhsuludur. Lakin “Qanlı Yanvar” həssas hadisəyə, xalqın qan yaddaşına həkk olunan tarixi proseslərə həsr olunduğu üçün reaksiyalar təbiidir. Bunlara münasibət bildirmək filmi çəkənlər, müasir dövr üzrə ixtisaslaşan tarixçilər, incəsənət adamlarının işidir. Bununla belə, filmin televiziya ekranında yayımlandığını nəzərə alaraq Milli Televiziya və Radio Şurası olaraq biz də ona qanun prizmasından baxmışıq”. T.Dadaşov bildirib ki, MTRŞ filmin 20 yanvar tarixində yayımlanan bölümündə xeyli qanun pozuntuları aşkarlayıb: “Bunlar əsasən qeyri-etik ifadələr, söyüşlərdir. Məsələn: - Двигай капытами! (Tez ol, tez ol yanıvı tərpət!) - Давай блядь! (Tez ol, əclaf!). - Ay oğraş! - Ты педа, вставай блядь! (Ey peysər, nə oturmusan?) - Oğraş, burnumu sındırdı... (bağırır rusca deyərək) - Мать твое, вставай блядь! (Sənin ananı, qalx ayağa!) - Кто cтрелял, кто? Ты блядь? (Kim atdı? Hansı it oğlu? ) - Не блядь, а голубка. (Fahişə yox, göyərçin)". T.Dadaşovun sözlərinə görə, yanvarın 21-də saat 22.00-da efirə gedən “Qanlı yanvar” tammetrajlı filminin yayımı zamanı da qanun pozuntularına yol verilib: "Filimdə aşağıdakı məzmunlu qeyri-etik ifadələr işlədilib. - İndi də qəhrəman zabit tankları görüb batırıb tumuşuna. Silah paylayan qız deyir (saat 22.40): Götürün. Silaha münasibət sevdiyiniz canaya toydan əvvəl olan münasibət kimi olmalıdır. Yəni onu özünüzlə gəzdirirsiniz, amma toxunmursunuz. Götürdüyünüz kimi gətirib anasına, yəni mənə təhvil verirsiniz. (yerdən narazılıq səsləri yüksəlir)....Yaxşı, yaxşı, bir az əlləşdirə bilərsiniz (Gənclər gülüşürlər)”. Şöbə müdiri bildirib ki, bu hal “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.9-cu (proqramlarda milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 3.7-ci maddəsinə (ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə edilən səhnələrin yayımlanması) ziddir. T.Dadaşov qeyd edib ki, bu cür qeyri-etik ifadələrin istifadə edildiyi filmlər, ümumilikdə efir materialları saat 23.00-07.00 arası göstərilə bilər.
MTRŞ “Qanlı yanvar” filmində qanun pozuntuları aşkarladı - RƏSMİ
MTRŞ “Qanlı yanvar” filmində qanun pozuntuları aşkarladı - RƏSMİ
"Milli Televiziya və Radio Şurası ANS televiziyasının efirndə yayımlanan “Qanlı yanvar” bədii serialının 20 yanvar tarixində yayımlanan seriyasında xeyli qanun pozuntuları aşkarlayıb. Qeydə alınan qanun pozuntuları əsasən qeyri-etik ifadələrdən və söyüşlərdən ibarətdir". Bunu "Report"a açıqlamasında MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib. Şöbə müdiri qeyd edib ki, Vahid Mustafayevin çəkdiyi və ANS-in efirində yayımlanan “Qanlı yanvar” filmi ilə bağlı mediada, sosial şəbəkələrdə geniş müzakirələr gedir, serialda neqativ hallar olduğu vurgulanır: "Əlbəttə, hər kəsin öz fikri və arqumenti ola bilər. Şura olaraq filmin məzmunu və tarixi hadisələri necə əks etdirməsi ilə bağlı fikir bildirmək istəməzdik. O da nəzərə alınmalıdır ki, bu, bədii təxəyyülün məhsuludur. Lakin "Qanlı Yanvar" həssas hadisəyə, xalqın qan yaddaşına həkk olunan tarixi proseslərə həsr olunduğu üçün reaksiyalar təbiidir. Bunlara münasibət bildirmək filmi çəkənlər, müasir dövr üzrə ixtisaslaşan tarixçilər, incəsənət adamlarının işidir. Bununla belə, filmin televiziya ekranında yayımlandığını nəzərə alaraq Milli Televiziya və Radio Şurası olaraq biz də ona qanun prizmasından baxmışıq". T.Dadaşov bildirib ki, MTRŞ filmin 20 yanvar tarixində yayımlanan bölümündə xeyli qanun pozuntuları aşkarlayıb: "Bunlar əsasən qeyri-etik ifadələr, söyüşlərdir. Məsələn: -- Двигай капытами! (Tez ol, tez ol yanıvı tərpət!) - Давай блядь! (Tez ol, əclaf!). - Ay oğraş! - Ты педа, вставай блядь! (Ey peysər, nə oturmusan?) - Oğraş, burnumu sındırdı... (bağırır rusca deyərək) - Мать твое, вставай блядь! (Sənin ananı, qalx ayağa!) - Кто cтрелял, кто? Ты блядь? (Kim atdı? Hansı it oğlu? ) - Не блядь, а голубка. (Fahişə yox, göyərçin)". T.Dadaşovun sözlərinə görə, yanvarın 21-də saat 22.00-da efirə gedən “Qanlı yanvar” tammetrajlı filminin yayımı zamanı da qanun pozuntularına yol verilib: "Filimdə aşağıdakı məzmunlu qeyri-etik ifadələr işlədilib. - İndi də qəhrəman zabit tankları görüb batırıb tumuşuna. Silah paylayan qız deyir (saat 22.40): Götürün. Silaha münasibət sevdiyiniz canaya toydan əvvəl olan münasibət kimi olmalıdır. Yəni onu özünüzlə gəzdirirsiniz, amma toxunmursunuz. Götürdüyünüz kimi gətirib anasına, yəni mənə təhvil verirsiniz. (yerdən narazılıq səsləri yüksəlir)....Yaxşı, yaxşı, bir az əlləşdirə bilərsiniz. (Gənclər gülüşürlər)". Şöbə müdiri bildirib ki, bu hal "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.9-cu (proqramlarda milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 3.7-ci maddəsinə (ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə edilən səhnələrin yayımlanması) ziddir. T.Dadaşov qeyd edib ki, bu cür qeyri-etik ifadələrin istifadə edildiyi filmlər, ümumilikdə efir materialları saat 23.00-07.00 arası göstərilə bilər.
Nuşirəvan Məhərrəmli: “Mir Şahin dostumdur”
Nuşirəvan Məhərrəmli: “Mir Şahin dostumdur”
Milli Televiziya və Radio Şurası ilə ANS arasında qalmaqal səngimək bilmir. Sosial şəbəkələrdə hərə bu məsələni öz bildiyi kimi şərh edir. Hər iki tərəf də bir-birilərini qarşılıqlı şəkildə ittiham edirlər. Əslində MTRŞ təkcə ANS-ə nəzarət üçün deyil, həm də digər kanalların fəaliyyətinə nəzarət üçün yaradılıb. Görəsən hazırda bu qurum öz funksiyasını hansı prinsiplərə əsaslanaraq yerinə yetirir. Həqiqətən də, deyildiyi kimi Nuşirəvan Məhərrəmli ilə Mirşahin Ağayev arasında nə problem var? Suallara cavab tapmaq üçün BAKU.WS -in müxbiri Nuşirəvan Məhərrəmli ilə görüşüb. - Bu gün ANS ilə MTRŞ arasında yaranmış problemi müxtəlif formalarda izah edirlər. Bir çox insan isə bunu Nuşirəvan Məhərrəmli ilə Mirşahin Ağayev arasındakı şəxsi problemlərlə əlaqələndirirlər. Sizinlə Mirşahin Ağayev arasında nə problem var? - Tamamilə səhv, absurd bir fikirdir. Əksinə, ANS kanalında ən çox münasibətdə olduğum adam Mirşahin Ağayevdir. Mirşahin Ağayev dostumdur. Ümumiyyətlə şəxsi məsələni bu işə qatmaq düzgün deyil. Təbii ki, bunu bu səviyyəyə gətirmək düzgün deyil. - Nuşirəvan Məhərrəmli şəxsən hansı yerli kanallara baxır? - Mən vəzifəmdə olduğum üçün bütün kanalları izləyirəm. Amma son zamanlar özəl kanallara çox az baxıram. Hazırda ən çox baxdığım kanal Mədəniyyət kanalıdır. AZTV-də gedən bəzi sənədli filmləri izləyirəm, İctimai TV-də gedən bizim dahi sənətkarlarımızla bağlı olan sənədli filmləri, verilişləri bəyənirəm. Özəl kanallar öz fəaliyyətlərini bazar iqtisadiyyatı şəraitində qurur. Onlar daha çox gəlir götürmək üçün fəaliyyət sahəsi seçirlər. Dövlət kanalları büdcədən maliyyələşdiyi üçün onların da borcudur ki, cəmiyyətin ehtiyacını ödəyəcək verilişlərə yer versinlər. Özəl kanallar isə o vəzifələrdən azaddırlar. Ona görə də, onlar daha çox kommersiya maraqları haqqında düşünürlər. Onlara hansı veriliş daha çox reytinq gətirir, gəlir gətirir onu yayımlayırlar. - Xarici kanallarına baxarkən tamaşaçı xüsusi zövq alır. Orada erotika, musiqi, maraqlı verilişlər görmək olur. Lakin siz bildirirsiz ki, yerli özəl kanallar ekstrasens, müəyyən tok-şular və s. verilişlərdə milli-mənəvi dəyərlərə əməl edilmir. Bu səbəbdən də, həmin verilişlər bağlanılır. Kanallara +18 filmləri nümayiş etdirmələrinə görə xəbərdarlıqlar edilir. Sizcə bu düzgün siyasətdir? - Mən özüm də Moskvada təhsil almışam. NTV, TNT , STS və digər xarici kanallar bizim kanallar üçün nümunə ola bilməz. Orada yayımlanan sujetlər yetkinlik yaşına çatanlar üçün nəzərdə tutulub. Onların gün ərzində yayımladıqlarını bizim kanallar yalnız gecə saat 12-dən sonra yayımlaya bilərlər. Biz deyirik ki, xarici kanalların göstərdikləri bizim yerli televiziyalarımızda gündüz yayımlanmasın. İndi baxımlılıq üçün biz pis hərəkət etməliyik? Bir dəfə saunalardan birinin gəliri azalır. Bu səbəbdən də, oranı başqa məqsədlər üçün istifadə edirlər və çoxlu pul qazanırlar. Biz Azərbaycan efir məkanlarını saunaya çevirməməliyik. - Hazırda ən çox sizi narahat edən verilişlər hansı kanallarda yayımlanır? - Space TV-də yayımlanan verilişlərin bir neçəsi bizi narahat edir. Səviyyə baxımdan çox aşağı verilişlərdir. Ümumiyyətlə kanalların çoxunda küçədə baş verən hadisələr efirə çıxardılır. Əgər küçədə bir pislik görürsənsə, bu pisliyi efirə gətirmək olmaz. Əgər hadisə striptiz barında olubsa, demək orada baş verənlərin hamısını göstərməliyik? Bu mütəxəssisdən peşəkarlıq tələb edir. - Sizin haqqınızda belə ifadələr səslənir: "Nuşirəvan Məhərrəmlini tapmaq mümkün olmur. O, jurnalistlərin zənglərinə cavab vermir. Jurnalistlərlə görüşmür”. Bu nədən irəli gəlir? - (gülür...) Biz nəinki jurnalistlərlə, istənilən adamla görüşməyə hazırıq. Bəzən biz tədbir keçiririk. Tədbirdə bizə zəng vururlar. Təbii ki, biz ona cavab verməyəcəyik. Boş vaxtımızda istənilən zənglərə cavab veririk. Biz heç nədən, heç kimdən qaçmırıq. - Yerli özəl kanallarda tənqidi süjetlər çox az gedir. Sizcə bu nədən irəli gəlir? - Biz yerli kanallara siyasi mövqelərinə görə nə göstəriş vermişik, nə də xahiş etmişik. Bəzən deyirlər ki, niyə müxalifət partiyasının üzvləri ora çıxmır. Biz kanala deyə bilmərik ki, müxalifətdən ora kimisə çıxart. Bunu kanal rəhbərliyi özü müəyyənləşdirir. - Amma ANS-in "Hesabat” verilişində siz tənqid olundunuz. Bundan dərhal sonra səs-küylü qərar verildi... - Bu fikir tamamilə səhvdir. Mən dövlət qurumunu təmsil edirəm. Mənə qarşı əsassız bir ittiham irəli sürürlərsə, həmin ittihama cavab verməliyik, ya yox? Indi onların əlində kanal var deyə, onu tənqid edəcəklər?
Bu Bölmənin Digər Xəbərləri
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.