Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
12:54 31/3/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Bank kreditləri  Ağdam təhsilini “yeyir” - Direktorlar təhsil şöbəsinin rəhbərinə qarşı
Azərbaycanlı gözəl Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib – FOTOLAR
“Təki vətən yaşasın” - SƏNƏDLİ FİLM
Samir Şərifov Laçın təhsilini yoxladır: hər müəllimdən 10 manat tutulub – Özəl
Habil Əliyev adına muzey açıla bilər
Habil Əliyev adına muzey açıla bilər
Xalq artisti, tanınmış kamança ifaçısı, mərhum Habil Əliyevin adına muzey açıla bilər. Bu barədə AzNews.az-a sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib. O bildirib ki, hazırda Ağdaş rayonunda Habil Əliyevin adına olan məktəbdə onun muzeyi var: “Muzeydə Habil Əliyevin yaradıcılığını əks etdirən əşyalar və eksponatlar qoyulub. Əsas muzeyi isə hazırda yaşadığımız evimizdədir. Hələ Habil müəllimin sağlığına bir otaq ayrılıb və bütün eksponatlarını həmin otağa qoymuşuq. Xarici ölkələrdən gələnlər eksponatlarla tanış olur. 3 kamançası var”. Ş.Əliyevanın sözlərinə görə, kamança ifaçısı dünyasını dəyişəndən sonra Dövlət Musiqi Muzeyindən Habil Əliyevin eksponatları üçün müraciət olunmayıb: “Ölkənin birinci xanımı Mehriban Əliyeva nə desə, o olacaq. Bütün məsələlər onun göstərişi ilə olacaq. Çünki o, Habil müəllimin yaradıcılığı ilə çox maraqlanır. Habil müəllimin adına ayrıca muzey də açıla bilər. Dövlət nə məsləhət bilirsə, onu da edəcəyik”. Həyat yoldaşı əlavə edib ki, hazırda Habil Əliyevin məzarı üzərində qoyulacaq heykəli hazırlanır: “Dövlətin diqqət mərkəzindəyik, özü olmasa da yaddan çıxarmırlar. Təzədən Habil bir də yaşamayacaq, onunla bağlı edilənləri bir də görməyəcək. Onun üçün edilənlər isə bizim üçün təskinlikdir. Habil müəllimə edilən hörmət onun dəfn mərasiminin təşkilindən aydın görünürdü. Dövlət ona ayrıca diqqət etdi. Birinci Fəxri Xiyabanda ona yer verildi, hazırda isə heykəli qoyulur. Ad gününə kimi heykəl hazır olacaq”. Qeyd edək ki, Habil Əliyev səhhətində yaranan problemlərə görə 2015-ci il avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan çıxandan sonra evində komaya düşən sənətkar sentyabrın 8-də dünyasını dəyişib.
Kəmaləddin Heydərovun mahnılarını yazan şəxsin adı açıqlandı – ŞOK İDDİA (VİDEO)
Kəmaləddin Heydərovun mahnılarını yazan şəxsin adı açıqlandı – ŞOK İDDİA (VİDEO)
Azərbaycanın “qara siyahısı”nda ən varlı adamlarından biri hesab edilən Dövlət Gömrük Komitəsinin keçmiş sədri, hazırda isə Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edən Kəmaləddin Heydərovun mahnılarının əsil müəllifi ortaya çıxıb. Bu haqda informasiyanı AzToday.az-a adının açıqlanmasını istəməyən mənbə bildirib. Mənbə həmin şəxsin Namiq Mirzəyev olduğunu iddia edir. Düzdür, bu faktın hələlik doğru olub-olmadığını yoxlamaq imkanımız olmadığından belə ehtimal edirik ki, Azərbaycan ictimaiyyəti üçün sensasiya doğuracaq bu informasiya həqiqətdir, çünki heç bir musiqi təhsili olmayan, yalnız gitarada ifa etməyi bacaran, bir vaxtlar toylara gedən, boş vaxtlarında isə küçə alveri ilə məşğul olan “Kamal”ın birdən-birə bəstəkar kimi ortaya çıxıb püxtələşməsi bəzi suallar doğurur. Ancaq dünya praktikasında təhsili olmayan şəxslərin bəlli sahələrdə böyük uğura imza atmaları hadisəsi ilk deyil. Təəssüflər olsun ki, Kəmaləddin Heydərov belə şəxslərdən sayılmır, çünki belə olsaydı, o, dəfələrlə pianino qarşısına keçərək özünü geniş publika qarşısında reklam etdirərdi. Azərbaycan məmurlarının çoxunun belə yalançı imici yaxşı bacardığını hər kəs bilir. Hər kəs bilir ki, ötən ilin əvvəllərində oğlunun toyunda adi bir xalq mahnısını oxuya bilməyən “Kamal” necə mahnı yaza bilər? Ancaq deyirlər ki, mahnı “yazmaqla” yanaşı o, işində peşəkardır. Gömrük Komitəsi, Vergilər Nazirliyi kimi strukturları formalaşdırdıqdan sonra sıfırdan Fövqəladə Hallar Nazirliyi kimi bir dövlət qurumunu yaratdı, quruma paytaxtın və respublikanın müxtəlif bölgələrində ofislər inşa etdi, müasir tələblərə uyğun olan helikopterlər, təyyarələr, yanğınsöndürən maşınları aldı. Çətin anlarda isə “bəstəkar” nazir o helikopterlərdən, təyyarələrdən və yanğınsöndürən maşınlarından istifadə etməklə Bakıda hündürmərtəbəli binalarda və Xəzər dənizindəki “Günəşli” yatağında qeydə alınan yanğınları vaxtında söndürə bilmədi. Nəticədə isə xeyli sayda ölkə vətəndaşı həyatını itirdi. Belə yalançı imici formalaşdırmaq qabiliyyəti görəsən onda nə vaxtdan yaranıb? O, hazırda ölkədə təkcə FHN-nin naziri kimi ad çıxarmayıb. “Bəstələdiyi” mahnılara görə o, həm də “mədəniyyət naziridir”, kurasiya etdiyi media qurumlarına görə isə Nazirlər Kabinetinin balansında olmayan “informasiya naziridir”. Bəli, onun titulları bununla bitmir. O, gömrük və vergi orqanlarında rüşvətin əsasını qoyanlardan biridir. Bunu sübut etmək üçün isə bu il fevral ayının 8-də, yəni 3 gün öncə Youtube görüntülü şəbəkəsində Ramin Ismayilov adlı bir nəfər tərəfindən yayımlanan “Kəmaləddin Heydərovun çətin anları…” videosuna baxmağınız kifayətdir. Əslində bu video AzTV-nin operatorları tərəfindən mərhum prezident Heydər Əliyevin prezidentliyi dövründə çəkilib. Ancaq ehtimal edilir ki, o kadrlar efirdə səslənməyib. Necə ola bilər ki, AzTV-nin arxivindən çıxarılaraq yayımlanan o kadrlar yuxarı eşalonda oturan məmurların da maraq dairəsinə düşüb. Yəqin onlar ləğv edilən MTN-nin keçmiş şefi Eldar Mahmudov kimi Kəmaləddin Heydərovun da karyerasının sona çatmasını istəyir. Müasir Azərbaycanda rüşvətin əsasını qoyanlardan biri kimi tarixə düşən bu “məmurdan” yaxa qurtarmağın vaxtı yəqin çatıb. Belə olmasaydı, dövlətin siyasi maraqlarını qoruyan AzTV kimi bir media qurumu o videonu gizli yollarla ötürməzdi. İndi isə gəlin o videoya diqqətlə baxaq və Kəmaləddin Heydərovun necə yazıq, məsum görkəm aldığını görək. Video isə belə başlayır. Dövlət Gömrük Komitəsinin sədri prezident Heydər Əliyevin yanında keçirilən iclasda çıxış edir: “Möhtərəm cənab prezident. Danılmaz həqiqətdir ki, sizin müdrik siyasətiniz, dövlətçilik məharətiniz və sarsılmaz qətiyyətiniz sayəsində Azərbaycan dövlətçiliyi xaos və dağılmaq təhlükəsindən qurtarmış, ona görə də yüksəlmiş və haqq işinə …”. Heydər Əliyev isə “Əşşi, bunlar, bu siyasi sözlər bizə lazım deyil. Burda siyasi müzakirə aparmırıq. Nə qurtarıb, nə qurtarmayıb. Konkret işlərdən danışın. Bura ona görə cağırmışıq, cavab verəsiniz”. Kəmaləddin Heydərov isə “baş üstə” deyərək sözünə davam edir, ancaq bu zaman onun dili topuq çalır, çünki həmin an kiminsə yazdığı mətnin harasından başladığını anlaya bilmir: “Deməli, … Gömrük Komitəsinin yeni strukturu təsdiq edildikdən sonra …”. Burda maraqlı məqam ondan ibarətdir ki, mətn oxunduqdan sonra da Heydər Əliyev yenə də ondan nə istədiyini ala bilmir və onlar arasında belə dialoq başlayır: Kəmaləddin Heydərov: “Qanunda göstərilməyib ki, bütün əl yükləri yoxlanılsın”. Heydər Əliyev: “Bəs niyə yoxlayırsınız?”. Kəmaləddin Heydərov: “Bütün vətəndaşları yoxlamırıq, ancaq şübhəli şəxsləri…” Heydər Əliyev: “Necə ola bilər axı, deyir ki (söhbət AZAL-ın prezidenti Cahangir Əsgərovdan gedir) hamını yoxlayırsınız”. Kəmaləddin Heydərov: “Xeyr, cənab prezident, bir balaca yəqin ki, səhv məlumatdır. Biz bütün vətəndaşları orda yoxlamırıq, çünki biz onların hamısını yoxlasaq, orda böyük xaos yaranar…”. Heydər Əliyev: “Elə xaos var axı. Elə xaosa görə mən sizi bura çağırmışam. Xaos olmasaydı, sizi bura niyə çağırardım, artıq 2 saat vaxtım gedib”. Bu vaxt bir anlıq pauza yaranır. Heydər Əliyev “sonra” deyərək Kəmaləddin Heydərova yenə də oxumasına işarə edir. O isə bir neçə cümlədən sonra kağızları əlində qatlayır və beynindən danışmağa başlayır: “Orda olan gərginliklər nisbətən aradan götürülüb. Ancaq müəyyən anlaşılmazlıqlar olur ki, …”. Heydər Əliyev bu yerdə yenidən əsəbiləşir: “Əşşi aradan götürülməyib, sən nə danışırsan? Mən burda 2 saatdır ki, orda olan biabırçılıqlardan danışıram, sən deyirsən, heç nə olmayıb. Nə aradan götürülüb? Siz niyə qızıl boyunbağını …”. Bu zaman Cahangir Əsgərov ayağa qalxır, anlaşılmaz sözlərlə nəyisə başa salır və oturur. Kəmaləddin Heydərov isə bunun izahını verir: “Cənab prezident, deklorasiya standart bir formadır, bu, beynəlxalq aləmdə də təsdiq olunub, …”. Heydər Əliyev isə onun sözünü kəsir: “Yəni beynəlxalq aləmdə də belədir”. Kəmaləddin Heydərov: “Hamının qızıl əşyaları yoxlanılır, burda əlavə bir şey yoxdur”. Heydər Əliyev: “Hamınızın qızıl əşyaları var, çox zənginsiniz”. Kəmaləddin Heydərov: “Cənab prezident, …”. Heydər Əliyev: “Dayan, siz başqa aeroportlarda gedəndə qızıl əşyalarınızı yoxlayırlar. Sənin qızıl saatın var, yoxsa, yox. Bəs burda niyə yoxlayırlar?”. Kəmaləddin Heydərov: “Burda da yoxlamırlar, sadəcə deklorasiya yazırlar”. Heydər Əliyev: “Sən deklorasiya yazırsan ki, qızıl saatın var? Fransaya, Amerikaya, Almaniyaya gedəndə”. Kəmaləddin Heydərov: “Deklorasiyanı tələb olunan ölkələrdə yazırıq”. Heydər Əliyev: “Burda tələb olunurmu?”. Kəmaləddin Heydərov: “Bu, bilirsiniz, cənab prezident, keçmiş vaxtdan qalmış ənənədir”. Heydər Əliyev: “Biz axı yeni vaxtdayıq. Yenə də deyirəm, sən qolunda, … görüm saatını. Nə, qızıldı?”. Kəmaləddin Heydərov: “Xeyr”. Heydər Əliyev: “Biclik eləmisən, gəlmisən bura”. O, bu sözləri dedikdən sonra gülür: “Burdakıların saatının 90 faizi qızıldır. Hamısı da dünyanı gəzib. Harda onlara deyiblər ki, bu qızıl saatı niyə taxırsan. Bir çoxunuzun arvadları bəzəklərlə, qızıllarla gəzir. Bilirəm. Gedirlər, ora bura. Harda soruşurlar ki, brillyant kulonu, üzükləri niyə deklorasiyaya salmamısan. Keçmişdə var idi, sən indi niyə bunu edirsən. Sən keçmişdə yaşayırsan, yoxsa indidə? Sizin hər birinizin borcu keçmişin o yaramaz, beynəlxaq normalara uyğun olmayan adətlərini təmizləməkdir. Bu da sənin borcundur. Mənim borcum deyil ki. Rüşvət alırlar, həm sərhədçilər, həm gömrükçülər, həm polis. Niyə? Adi adamlardan rüşvət alırlar”. Kəmaləddin Heydərov: “Cənab prezident, belə hallar olmuşdu, …”. Heydər Əliyev: “Niyə? Nə vaxt bu qurtaracaq?”. Kəmaləddin Heydərov: “Biz bu son 2 ay ərzində 30 nəfəri işdən azad etmişik”. Heydər Əliyev: “Azad eləmisən, nəticə nədir?”. Kəmaləddin Heydərov: “Nəticə? Nisbətən o hallar azalıb, ancaq yenə də var”. Heydər Əliyev: “Nisbətən niyə? Niyə əvvəlcədən onu zibilliyəydiniz ki, indi də nisbətən yaxşılaşdırasınız. Otur”. Bəli, zaman heç dəyişmir, Heydər Əliyevin işarə etdiyi kimi Kəmaləddin Heydərov yenə də vəzifəsində (Fərq etməz, bu dəfə başqa bir qurumun başında) oturur və biclik edir (İfadə Heydər Əliyevə məxsusdur). Və təbii ki, ölkədə rüşvətə yenə də son qoyulmur. Səbəbi? Səbəbi isə sadə bəsitdir. Kəmaləddin Heydərov kimi nazirlər, məmurlar, icra başçıları, polis rəisləri, məhkəmə və prokurorlar öz vəzifələrində qalacaqlarsa, ölkənin musiqi aləmi plagiat olacaq, qurumlar da rüşvətxorluq içində inləyəcək… Zahid Səfərov AzToday.az
Bu Bölmənin Digər Xəbərləri
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.