Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
12:54 31/3/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“POLAT YOL YAPI” türk şirkəti və Ekologia və Təbii Sərvətlər Nazirliyi sərvətimizi belə talan edir (VİDEO) -FOTOLAR
Beyləqan İcra başçısı Vaqif Abdullayevin beş minlik şubası hamiləlilklə sona çatdı?
Bank kreditləri  Ağdam təhsilini “yeyir” - Direktorlar təhsil şöbəsinin rəhbərinə qarşı
Azərbaycanlı gözəl Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib – FOTOLAR
Baş redaktor Abşeron RİH-nin başçısından prezidentə və birinci vitse-prezidentə müraciət etdi!
Baş redaktor Abşeron RİH-nin başçısından prezidentə və birinci vitse-prezidentə müraciət etdi!
Vasif Turan hazırki icra başçısının Zakir Fərəcovun verdiyi imzalı sənədi niyə tanımadığını bilmək istəyir 2011-ci ildə Bolgexeber.com saytının baş redaktoru Vasif Turanın evi naməlum şəxslər tərəfindən yandırılmış və baş redaktorun iki azyaşlı uşağı yanğın nəticəsində dünyasını dəyişmişdi Bu hadisədən sonra Abşeron RİH-nin başçısı Zakir Fərəcov Vasif Turana Saray qəsəbəsində 4 sot torpağın verilməsi ilə bağlı sənəd imzalamış və həmin torpaqda heç bir problem yaşamadan tikinti işləri apara biləcəyini bildirmişdi. Bu yaxınlarda sözügedən torpaqda tikinti işlərinin çox az qismi tamamlanıb, ancaq Abşeron RİH-nin nümayəndələri bu torpağın sənədinin olmadığını və tikinti aparmağın qeyri-qanuni olduğunu deyiblər. Hətta tapşırığa əsasən fəhlələr çağırılmış və hörülmüş hasar dağıdılmışdır. Vasif Turan hazırki icra başçısının Zakir Fərəcovun verdiyi imzalı sənədi niyə tanımadığını bilmək istəyir: "Sağolsun Zakir Fərəcov, məlum hadisə baş verəndən sonra qayğı göstərdi və Saray qəsəbəsində mənim üçün 4 sot torpaq ayırdı. Buna görə ona təşəkkürümü bildirirəm. Amma başa düşə bilmədiyim bir məsələ var, o da, hazırki icra başçısı İradə Gülməmmədova və onun işçilərinin mənim sənədimi niyə tanımamasıdır. Əlimdəki sənəddə Zakir Fərəcovun imzası var. Ancaq onlar deyirlər ki, bu torpaqda tikinti apara bilməzsiniz. Dəfələrlə icra hakimiyyətinə gedib müraciət eləmişəm, amma şikayətimə baxan olmayıb. Kimə müraciət edirəmsə, başqasına yönləndirərək vaxtı uzadır. Mənə deyirlər ki, torpağın pulunu verməlisiniz. Əgər torpağın pulunu verməli idimsə, bunu niyə əvvəldən demirdilər? Bundan əlavə, sözügedən torpaq vaxtilə Zakir Fərəcov tərəfindən mənim üçün ayrılıb, mən bu torpağa nəyə görə pul verməliyəm?!" Vasif Turan baş verən özbaşınalığa dözə bilmədiyini və artıq son çıxış yolu kimi prezidentə müraciət etdiyini bildirib: "Mən artıq prezidentə və birinci vitse-prezidentə məktub ünvanlamışam. Məsələnin həll olunması istiqamətində aidiyyati qurumlara tapşırıq verilməsini xahiş etmişəm. Bir neçə aydır ki, müraciətlərim cavabsız qalır. Mən yaşamaq üçün bir ev tikməyə məcburam amma İradə Gülməmmədovanın tapşırığı əsasında mən evimi tikib qurtara bilmirəm. Mənə nəyə görə İcra Hakimiyyəti tərəfindən maneə yaradıldığının səbəbini bilmək istəyirəm. Axı başçının burda marağı nədir?! Mən hər zaman dövlətimizin qanunlarına inanmışam, bilirəm ki, bu dəfə də ədalət öz yerini tapacaq. Vəzifəsindən istifadə edən insanlar qanun qarşısında cavab verməli olacaq."- deyə Vasif Turan bildirib. Mövzu diqqətimizdədir. Araşdırmamız davam edir. Bolgexeber.com
Beyləqanda uşaqların və əsgərlərin payını yeyən haramxor ailə
Beyləqanda uşaqların və əsgərlərin payını yeyən haramxor ailə
Beyləqan rayon Mil qəsəbə 2 saylı Uşaq Bağçasının müdirəsi Sevil Hüseynova dolanışığın çəmini tapıb. Bilgili qaynağımızın “Sonolay.org”-a verdiyi səhih məlumatlarda bildirir ki, bağçaya verilən ərzaqları mağazalarda satdırır. Bağça müdirəsi ərzaq almaq üçün bağçaya ayırılan pulları da mənimsəyir. Bu işdə onun korrupsiya ortağı ərazi icra nümayəndəliyinin sədri Tofiq Məmmədovdur ki, birlikdə maxinasiyalar aparırlar. Digər bir əsas etibarlı tərəf müqabili isə öz doğma övladıdır. Qaynağımız iddia edir ki, [b]müdirənin oğlu Elşən Hüseynov Hərbi Prokurorluqda mühafizə rəisidir.[/b]Hərbi prokurorluğun zəhmindən, əzəmətindən öz maraqları naminə istifadə edən E. Hüseynov hərbi hissələrin komandirlərini, maliyyə-təsərrüfat rəislərini üzdən-gözdən salıb onlardan ərzaq payı alır və anasının rəhbərlik etdiyi uşaq müəssisəsinə ötürür. Beləliklə, bağçada uşaqlara verilən minimum miqdarda ərzaq da bu yolla təmin olunur. Sonucda Hüseynovlar ailəsi azyaşlı uşaqların və Vətəni qoruyan əsgərlərin payını yeyirlər. Bu əsnada «Sonolay.org» danışan mənbə iddia edir ki, müdirənin və icra nümayəndəsi Tofiq Məmmədovun gəlirləri təkcə ərzaq xətti ilə formalaşmır. Müəssisənin ştat cədvəlində "ölü canlar" var. [b]Məsələn, Sevinc Xankişiyevanın adı 6 ildir ki, bağçada tərbiyəçi kimi ştat cədvəlindədir. Hər ayda adına 120 manat əmək haqqı yazılır. Lakin 6 ildə bir dəfə də olsun Xankişiyeva bağçaya getməyib.[/b] Götürək elə adı bağçada süpürgəçi kimi gedən Nigar Əliyevanı o da illər ərzində bağçanın yolunu belə tanımayıb. Onun əmək haqqı kartı da Sevinc Xankişiyeva kimi bağça müdirəsi S. Hüseynovanın cibində, daha doğrusu, çantasındadır. Hətta analıq məzuniyyətində olan işçilər də maaş kartlarını saxlamaq üçün müdirəyə vermək məcburiyyətindədirlər. Mövzuya daha əhatəli qayıdacağıq.
Əli Həsənov: Qaçqınlarla bağlı bu yaxınlarda qərar veriləcək
Əli Həsənov: Qaçqınlarla bağlı bu yaxınlarda qərar veriləcək
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Çingiz Qənizadənin Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusuna yenidən baxılması, onlara kommunal xərclərin ünvanlı şəkildə ayrılması və bu sahədə Hesablama Palatasının aşkara çıxardığı yeyinti hallarına qarşı verdiyi açıqlamaya sərt reaksiya verib. Xeberci.tv Qafqazinfo-ya istinadla xəbər verir ki, Ə. Həsənov qeyd edib ki, dünən mətbuatda deputat Çingiz Qənizadənin və Hikmət Babaoğlunun qaçqınların statusu ilə bağlı fikirləri ilə tanış olub: “Deputatların qaçqın və məcbur köçkünlərin statusları ilə bağlı açıqlamaları həqiqətən də ciddi narazılıq yaradıb. Kimsə qaçqın və məcburi köpçkünlərdən danışırsa indiki mövcud vəziyyəti bilib danışmalıdır. Ən azı heç olmasa bu işi bilənlərə suallarla müraciət etməlidir. Son vaxtlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb. Bunun səbəbi nədir, mənə də aydın deyil. Bu insanlar ölkənin ən həssas təbəqəsidir. Amma yenə də ölkə başçısı əhalinin bu təbəqəsində xüsusi diqqət yetirir. Ona görə də qaçqın və məcburi köçkünlərin problemlərinə toxunarkən hamı diqqətli olmalıdır. Ümumiyyətlə, status siyasi və hüquqi məsələdir. Bu, beynəlxalq idarəçilk sənədidir. Onu biz milli qanunvericiliyimizə uyğun qəbul edərək özümüzünkünə çeviririk. Qaçqın və məcburi köçkünlərə güzəşt isə dövlətin milli və daxili məsələsidir. Burda kimsə deyə bilər ki, qaçqın və məcburi köçkünlərə güzəştlər statusdan doğur. Xeyr, bu statusdan irəli gəlməyə də bilər. Dövlətin öz işidir. Ona görə də bunları qarışdırmaq lazım deyil. Biz hər gün necə Ermənistan mətbuatını izləyiriksə, ermənilər də bizimkini izləyir. Mən əminəm ki, növbəti beynəlxalq tədbirlərdə onlar deyəcəklər ki, Azərbaycan tərəfi qaçqınların status məsələsinə baxmaq istəyir. Ona görə də belə həssas məsələlərdə diqqətli olaq. Axı bilməyib soruşmaq eyib deyil. Biz bu gün 1 milyon 200 mindən artıq qaçqını niyə narahat etməliyik? Onlar onsuz da narahat və hər bir şeylərini itirmiş insanlardırlar. Bəlkə səsim uca çıxır, amma mən qışqırmaq istəmirəm. Sadəcə olaraq emosional insanam. Belə həssas məsələlərlə bağlı sakit danışa bilmirəm”. Yeyinti məsələsinə gəldikdə isə, hər kəs öz adından danışmalıdır. Yemək, qaz, elektrik enerjisi ilə qaçqınlara verilən vəsaitlərlə bağlı fərq olmalıdır. Çünki qaçqının bir hissəsi bulaq suyundan və kanal suyundan istifadə edir. Niyə də bu fərq olmasın? Bir qism qaçqınlar isə qazla təmin olunmayıb. Təbii ki, fərq olacaq. Sabah da müxalifət götürüb yazacaq ki, “Qaçqınkomda” yeyinti var”. Ə.Həsənov onu da bildirib ki, qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda qərar olacaq: “Ancaq bunun maliyyə çətinliyi ilə heç bir əlaqəsi yoxdur. Dövlət bu kateqoriyaya aid insanlar üçün lazım olan vəsaiti tapacaq”.
Dollar krediti olanlar üçün çıxış yolu
Dollar krediti olanlar üçün çıxış yolu
Məlumdur ki, ölkəmizdə 21 fevral 2015-ci il tarixində baş verən 1-ci devalvasiyaya qədər vətəndaşlar, xüsusilə ölkə xaricindən mal alan sahibkarlar, ABŞ dolları ilə kredit götürməyə üstünlük verirdilər. Lakin 1-ci və 2-ci kəskin devalvasiyadan sonra ABŞ dolları ilə kredit götürən şəxslərin öhdəliklərinin miqdarı 2-3 qat artdı. Kiçik və orta sahibkarların bəziləri müflis oldu, bəziləri isə əldə etməyə ümid etdiyi qazanclarının əhəmiyyətli hissəsindən məhrum oldular. Bəs vətəndaş bu kimi hallarda müdafiə olunmaq üçün nə etməlidir və ümumiyyətlə çıxış yolu varmı? Azmews.az məsələ ilə bağlı Total Consulting MMC-nin bank işləri üzrə hüquqşünası Pərviz Hüseynova müraciət edib. Hüquqşünas bildirib ki, qeyd edilən problem 1-ci devalvasiyadan indiyə qədər vətəndaşları narahat edir: “Bir müddət ABŞ dolları ilə kredit götürən şəxslər ümid edirdilər ki, onlar öz borclarını kredit götürdükləri vaxtda olan məzənnə ilə ödəyəcəklər. Hətta bununla bağlı 2015-ci il may ayında Konstitusiya məhkəməsində müzakirələr də aparılmış və qərar qəbul edilmişdi. Konstitusiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında gəlinən nəticənin mahiyyətinə görə, xarici valyutada kredit götürən şəxslər ödəniş etdikləri gün üzrə olan məzənnə ilə ödəniş etməlidirlər. Təbii ki, bu Qərar insanlarda ümidsizlik yaratmışdır. Lakin vətəndaşlarımıza bildirmək istərdim ki, bu Qərarın qəbul edilməsi, Sizə hüquqlarınızı müdafiə etməyə və düşdüyünüz vəziyyətdən çıxmağa heç bir halda mane olmur. Çünki Konstitusiya Məhkəməsinin Qərarı, sadəcə xarici valyutada kredit öhdəliyi olan şəxslərə, ödənişi hansı məzənnə ilə etməli olduqlarını göstərir. Bildirmək istərdim ki, bazar iqtisadiyyatında baş verən bu cür gözlənilməz hallar zamanı, insanların maraqlarının hansı qaydada müdafiə edilməsi barədə Mülki Məcəlləmizdə konkret normalar mövcuddur. Bu cür normalardan biri olan Mülki Məcəllənin 422-ci maddəsində, belə hallar zamanı şəxslərin hansı qaydada davrana biləcəkləri dəqiq göstərilmişdir. Bu normanın tətbiqi üçün əsas şərt - borclunun xarici valyutada kredit götürərkən nəzərə aldığı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. MM-nin 422-ci maddəsinə görə, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutdulur. Sadə dildə izah edsək, 1-ci devalvasiyadan əvvəl insanlar ona görə ABŞ dollarında kredit götürməyə üstünlük verirdilər ki, ABŞ dollarının kursu manata nisbətdə aşağı idi və insanlara sərf edirdi. Həmçinin 1-ci devalvasiya ərəfəsində Mərkəzi Bank tərəfindən rəsmi şəkildə kəskin devalvasiyanın olmayacağı bəyan edilmişdir. Məhz bu səbəbdən qeyd edilən şəraiti nəzərə alaraq, ABŞ dolları ilə kreditlər götürülürdü. Lakin kəskin devalvasiyanın baş verməsi ilə şərait sözügedən şəxslər üçün gözlənilmədən və əhəmiyyətli dərəcədə dəyişmişdir. Hansı ki, belə bir halın baş verməsi bilinsə idi və ya proqnozlaşdırılsa idi, vətəndaşlar ABŞ dollarında kredit götürməzdilər. Çünki təbii olaraq, insanlar bu zaman borcların süni şəkildə artacağı riskini nəzərə alardılar və belə bir şəraitdə xarici valyutada müqavilə bağlanması da insanlar üçün maraqlı olmazdı”. Hüquqşünas belə bir halda vətəndaşa nə etməli olması ilə bağlı məsləhət də verib: “Bu cür hallar olduqda, banklara müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət edin. Məsələn kredit götürülən xarici valyutanın manatla əvəz edilməsi, faiz dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması, müddətin uzadılması və s. Əgər banklar razılaşmasa, o zaman müqavilənin şərtlərinin məcburi qaydada dəyişdirilməsini və hətta onun ləğvini məhkəmə qaydasında tələb edin. Bilin ki, bu hallarda qanunvericilik sizin tərəfinizdədir, sadəcə hüquq müstəvisində fəallığınızı artırmağınız lazımdır. Bir psixoloji amili də qeyd etmək istərdim ki, vətəndaşlarımız çox vaxt özlərini banklar qarşısında çarəsiz hiss edirlər. Bu əsla belə deyil! Bilin ki, qanunvericiliyimizdə Sizin hüquqlarınızı qoruya biləcək kifayət qədər normalar var, sadəcə bundan düzgün istifadə etmək lazımdı. Sosial şəbəkələrdə və digər yerlərdə şikayət etməyə və nümayişkəranə şəkildə kredit ödəməkdən imtina etməyiniz barədə fikirlərə itirdiyiniz vaxtı və enerjinizi qanunun sizə verdiyi imkanlardan istifadə etmək haqqında düşünməyə sərf etməyi daha faydalı hesab edirəm. Bu zaman sizin maraqlarınızı təmin edə biləcək məhkəmə praktikası yaranar və bu da gələcəkdə bankları daha məsuliyyətli olmağa məcbur edər”.
Bu Bölmənin Digər Xəbərləri
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.