11:42 2.07.2022 51

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir

Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.
Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:04

Prezident: "Son illərdə Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib"

17:02

İlham Əliyev “Ağsu Aqropark”da - Fotolar + Yenilənib

16:00

Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq!

14:48

Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub

14:47

İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib

14:22

Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

13:56

Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən fotolar paylaşıb

13:52

Prezident və xanımı “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda - YENİLƏNİB

13:48

İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib

12:41

Mehriban Əliyeva yeni video paylaşdı - VİDEO

12:37

Ermənipərəst politoloqdan sensasiya: Xankəndi, sülhməramlı etirafı, "kədərliyəm" çıxışı...

12:29

İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda açılışda

12:24

Azərbaycan əhalisinin sayı açıqlanıb

11:12

Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, yaralanan var - FOTO

10:59

Türkiyə-Ermənistan müzakirələrinin detalları: xüsusi nümayəndələr 500 dəfə telefonla danışıb

10:56

Revanşist ermənilər də Qarabağdakı vəziyyətlə barışmağa başlayıb

10:45

Ukraynada sifarişlə həbs olunan Qarabağ qazisi Misirdən xəbər var - VİDEO

10:42

Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib

10:37

Prezident və xanımı “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

10:03

İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib

10:00

Bu hərbçilər də ordudan uzaqlaşdırıldı

09:56

İranın Qafandakı konsulu vəzifəsinin icrasına başlayıb

09:53

"Neftçi" Avstriyada belə uduzdu - VİDEO

09:49

Şəhid ailələrindən plakat üçün 150 manat alınıb? - RƏSMİ

09:45

Daha 815 güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR

09:40

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir - VİDEO

09:00

"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşıb

16:00

İpoteka ilə ev almaq istəyənlərə BƏD XƏBƏR: Qaydalar sərtləşdirilir - VİDEO

15:30

Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu - VİDEO

14:22

Bakıda vulkan püskürüb - VİDEO/YENİLƏNİB

12:12

DİN Yevlaxdakı qəza ilə bağlı məlumat yaydı

12:09

Prezidentin hədiyyə etdiyi evi satan xalq artistləri…

12:05

Yeni icra başçısı təyin edildi - SƏRƏNCAM

11:47

Xankəndi və Qarabağdakı digər erməni yaşayış məntəqələri də boşaldılacaq – Hraparak