10:35 2.07.2022 61

Əli Hüseynov: Azərbaycan qüdrətli və şanlı ordusu ilə fəxr edir

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov - 2021-ci ilin 24 dekabr tarixində Azərbaycanda ilk komando hərbi hissəsi azad edilmiş Hadrutda yaradıldı. Bundan 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iyunun 26-da, Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonunda yeni hərbi hissənin açılışı və komando hərbi hissəsinə döyüş bayrağının verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycanda ordu qruculuğu işi birbaşa dövlət başçısının ciddi nəzarəti altında həyata keçirilir. Möhtərəm Prezidentimizin bu əlamətdar günü məhz Kəlbəcərdə, hərbiçilərimizlə bir yerdə qeyd etməsi bu hadisənin siyasi-mənəvi önəmini bir daha vurğulamış oldu. Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı Vətən müharibəsində tarixi Qələbə qazanaraq öz torpaqlarını işğaldan, bütün Cənubi Qafqaz regionunu isə erməni faşizminin təhdidindən qurtardı. Bu gün isə məhz Azərbaycan Ordusu regional sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də silahlı qüvvələrimizin daim təkmilləşdirilməsi və müasirləşdirilməsi, qüdrətinin artırılması bir nömrəli məsələdir. Yaddan çıxarmaq olmaz ki, müasir dünyada beynəlxalq hüququn norma və prinsipləri işləmir və ön planda olan əsas göstərici də məhz güc amilidir.

Prezident İlham Əliyevin hərbi hissənin açılış mərasimində söylədiyi nitqində qeyd etdiyi kimi, ərazilərimizin işğalının davam etdiyi bütün 30 il ərzində haqq-ədalətin, beynəlxalq hüququn bizim tərəfimizdə olmasına baxmayaraq, heç kim işğalçıya “Azərbaycan torpaqlarından çıx!” demədi. Əksinə beynəlxalq təşkilatlar bütün bu illər ərzində xalqımızı işğal faktı ilə barışdırmağa çalışır, münaqişənin hərbi yolla həllinin olmadığına bizi inandırmağa səy göstərirdilər. Yalnız Azərbaycan Prezidenti istər öz ölkəmizdə, istərsə də bütün xarici səfərlərində deyirdi ki, problemin hərbi yolla həll variantı var və Azərbaycan istənilən an bu hüququndan istifadə edə bilər. Lakin müharibədə haqlı olmaq hələ qalib olmaq demək deyil. Qələbə əldə etmək üçün həm də güclü olmaq lazımdır, qüdrətli, müasir silah və texnologiyalarla təchiz olunmuş orduya sahib olmaq lazımdır. Bütün bunlar isə iqtisadiyyata bağlı olan məsələlərdir. Eyni zamanda da iqtisadi müstəqillik faktoru ölkənin siyasi müstəqilliyini təmin edir ki, bunsuz da heç bir dövlət öz iradəsinə görə irimiqyaslı hərbi əməliyyatların başlanmasına dair qərar verə bilməz. Məhz bütün bunlara nail olmaq üçün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-2020-ci illər ərzində məqsədyönlü, əhatəli və geniş həcmli hazırlıq işləri həyata keçirildi. Ölkənin iqtisadiyyatı sürətlə inkişaf etdirildi, əldə olunan imkanlar hesabına güclü ordu yaradıldı.

Bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, ən müasir silah və texnologiyalara malik olan istənilən bir ordunun da özəyini məhz canlı qüvvə, əsgərlər təşkil edir. Əgər bu əsgərlərdə Vətən sevgisi, dövlətə və xalqa sədaqət hissi, öz komandanlarına inam olmazsa, heç bir texnologiya ilə qələbəni təmin etmək olmaz. Buna görə də Vətən müharibəsinin başlanmasına qədər ötən 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyələnməsi istiqamətində böyük işlər görüldü. Nəticədə 44 günlük müharibə dövründə Şanlı Ordumuzun sıralarında bircə nəfər belə olsun fərari olmadı. Azərbaycan gəncləri Vətənə bağlılıqlarını, dövlətə sədaqətlərini və Müzəffər Ali Baş Komandana sonsuz inam və etimadlarını bütün dünyaya nümayiş etdirdilər. Beş ilə işğal edilmiş, 30 il ərzində ən möhkəm, ən mürəkkəb müdafiə-istehkam qurğuları ilə gücləndirilmiş, üstəlik son dərəcə çətin keçilən təbii relyefi olan əraziləri cəmi 44 günə azad etmək əlbəttə ki, yalnız sarsılmaz ruhun və yenilməz gücün hesabına mümkündür. Əbəs yerə deyil ki, bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində tətbiq etdiyi taktika, döyüş üsulları dünyanın ən müxtəlif ölkələrinin hərbi məktəblərində öyrənilir. Bu gün Azərbaycan xalqı Ordu Gününü müzəffər xalq kimi, qalib ölkə kimi qeyd edir və biz bu qüruru bizə bəxş edən Silahlı Qüvvələrimizlə fəxr edirik.

Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:04

Prezident: "Son illərdə Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib"

17:02

İlham Əliyev “Ağsu Aqropark”da - Fotolar + Yenilənib

16:00

Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq!

14:48

Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub

14:47

İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib

14:22

Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

13:56

Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən fotolar paylaşıb

13:52

Prezident və xanımı “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda - YENİLƏNİB

13:48

İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib

12:41

Mehriban Əliyeva yeni video paylaşdı - VİDEO

12:37

Ermənipərəst politoloqdan sensasiya: Xankəndi, sülhməramlı etirafı, "kədərliyəm" çıxışı...

12:29

İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda açılışda

12:24

Azərbaycan əhalisinin sayı açıqlanıb

11:12

Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, yaralanan var - FOTO

10:59

Türkiyə-Ermənistan müzakirələrinin detalları: xüsusi nümayəndələr 500 dəfə telefonla danışıb

10:56

Revanşist ermənilər də Qarabağdakı vəziyyətlə barışmağa başlayıb

10:45

Ukraynada sifarişlə həbs olunan Qarabağ qazisi Misirdən xəbər var - VİDEO

10:42

Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib

10:37

Prezident və xanımı “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

10:03

İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib

10:00

Bu hərbçilər də ordudan uzaqlaşdırıldı

09:56

İranın Qafandakı konsulu vəzifəsinin icrasına başlayıb

09:53

"Neftçi" Avstriyada belə uduzdu - VİDEO

09:49

Şəhid ailələrindən plakat üçün 150 manat alınıb? - RƏSMİ

09:45

Daha 815 güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR

09:40

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir - VİDEO

09:00

"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşıb

16:00

İpoteka ilə ev almaq istəyənlərə BƏD XƏBƏR: Qaydalar sərtləşdirilir - VİDEO

15:30

Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu - VİDEO

14:22

Bakıda vulkan püskürüb - VİDEO/YENİLƏNİB

12:12

DİN Yevlaxdakı qəza ilə bağlı məlumat yaydı

12:09

Prezidentin hədiyyə etdiyi evi satan xalq artistləri…

12:05

Yeni icra başçısı təyin edildi - SƏRƏNCAM

11:47

Xankəndi və Qarabağdakı digər erməni yaşayış məntəqələri də boşaldılacaq – Hraparak