10:31 2.07.2022 42

Bəxtiyar Heydərov: Azərbaycan Polisi yaradılmasının 104-cü ildönümünü qeyd edir

Ağsu rayon Polis Şöbəsinin Dövlət Yol Polis rəisi Bəxtiyar Heydərov - İyulun 2-də Azərbaycan Polisi yaranmasının 104-cü ildönümünü qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə əhəmiyyətli rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk olub.

Bəxtiyar Heydərov: Azərbaycan Polisi yaradılmasının 104-cü ildönümünü qeyd edir


Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illərdə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Bəxtiyar Heydərov: Azərbaycan Polisi yaradılmasının 104-cü ildönümünü qeyd edir


Bu gün müasirləşmə tendensiyası DİN-in bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Xüsusi vurğulamaq lazımdır ki, ötən ilin əvvəlindən dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir. Bu mühüm məsuliyyəti dərindən dərk edən Azərbaycan polisi xidməti vəzifələrini ən yüksək səviyyədə həyata keçirir. Azərbaycan polisi bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır.

Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən DİN-in Daxili Qoşunlarının fəaliyyətinin təkmilləşdirilməsinə, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu il fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı, eləcə də dövlət başçısının Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də imzaladığı Sərəncamla nazirliyin bir qrup əməkdaşının təltif etməsi bunun əyani göstəricisidir. Belə ki, Sərəncama əsasən cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 18 əməkdaşı “Vətən uğrunda”, 7 əməkdaşı isə “İgidliyə görə” medalları ilə təltif olunublar. Həmçinin dövlət başçısının digər Sərəncamı ilə Daxili İşlər Nazirliyinin dörd əməkdaşına polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Bəxtiyar Heydərov: Azərbaycan Polisi yaradılmasının 104-cü ildönümünü qeyd edir


Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

Daxili İşlər Nazirliyinin əməkdaşları cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsini həyata keçirməyə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.


Bəxtiyar Heydərov: Azərbaycan Polisi yaradılmasının 104-cü ildönümünü qeyd edir
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:04

Prezident: "Son illərdə Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib"

17:02

İlham Əliyev “Ağsu Aqropark”da - Fotolar + Yenilənib

16:00

Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq!

14:48

Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub

14:47

İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib

14:22

Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

13:56

Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən fotolar paylaşıb

13:52

Prezident və xanımı “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda - YENİLƏNİB

13:48

İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib

12:41

Mehriban Əliyeva yeni video paylaşdı - VİDEO

12:37

Ermənipərəst politoloqdan sensasiya: Xankəndi, sülhməramlı etirafı, "kədərliyəm" çıxışı...

12:29

İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda açılışda

12:24

Azərbaycan əhalisinin sayı açıqlanıb

11:12

Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, yaralanan var - FOTO

10:59

Türkiyə-Ermənistan müzakirələrinin detalları: xüsusi nümayəndələr 500 dəfə telefonla danışıb

10:56

Revanşist ermənilər də Qarabağdakı vəziyyətlə barışmağa başlayıb

10:45

Ukraynada sifarişlə həbs olunan Qarabağ qazisi Misirdən xəbər var - VİDEO

10:42

Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib

10:37

Prezident və xanımı “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

10:03

İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib

10:00

Bu hərbçilər də ordudan uzaqlaşdırıldı

09:56

İranın Qafandakı konsulu vəzifəsinin icrasına başlayıb

09:53

"Neftçi" Avstriyada belə uduzdu - VİDEO

09:49

Şəhid ailələrindən plakat üçün 150 manat alınıb? - RƏSMİ

09:45

Daha 815 güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR

09:40

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir - VİDEO

09:00

"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşıb

16:00

İpoteka ilə ev almaq istəyənlərə BƏD XƏBƏR: Qaydalar sərtləşdirilir - VİDEO

15:30

Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu - VİDEO

14:22

Bakıda vulkan püskürüb - VİDEO/YENİLƏNİB

12:12

DİN Yevlaxdakı qəza ilə bağlı məlumat yaydı

12:09

Prezidentin hədiyyə etdiyi evi satan xalq artistləri…

12:05

Yeni icra başçısı təyin edildi - SƏRƏNCAM

11:47

Xankəndi və Qarabağdakı digər erməni yaşayış məntəqələri də boşaldılacaq – Hraparak