13:28 1.07.2022 48

Prezident kəşfiyyat və əks-kəşfiyyatla bağlı fərman imzaladı

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Fərmanda dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarına uyğun olaraq qərara alıram:

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 20; 2014, № 4, maddə 366; 2017, № 8, maddə 1529) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır:

1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti);

1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti);

1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti);

1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları:

1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini;

1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini;

1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini;

1.4.4. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətini.”.

2. 2.3-cü bənddən “7.2.9-cu,” sözləri çıxarılsın və həmin bənddə “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, texniki kəşfiyyata qarşı əks-təsir fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bənddə “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

4. 2.6-cı bənddə “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tərkibində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz struktur bölmələrində və strukturuna daxil olan qurumlarda, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz struktur bölmələrində Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

5. 2.7-ci bənddə “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı energetika, nəqliyyat və rabitə obyektlərində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyin təmin edilməsi və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı nəqliyyat və rabitə obyektlərində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı energetika obyektlərində Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

6. 2.8-ci bənddə “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 2.8-2-ci bənd əlavə edilsin:

“2.8-2. həmin Qanunun 7.2.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi həyata keçirirlər;”.

8. 2.10-cu, 2.11-ci, 2.13-cü və 3.2-ci bəndlərdə “dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, texniki kəşfiyyata qarşı əks-təsir fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

9. 3-cü hissədə “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin".
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:04

Prezident: "Son illərdə Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib"

17:02

İlham Əliyev “Ağsu Aqropark”da - Fotolar + Yenilənib

16:00

Həkimdən maska XƏBƏRDARLIĞI: Bu dalğa əvvəlkilərdən fərqli olacaq!

14:48

Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub

14:47

İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib

14:22

Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

13:56

Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən fotolar paylaşıb

13:52

Prezident və xanımı “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda - YENİLƏNİB

13:48

İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət edib

12:41

Mehriban Əliyeva yeni video paylaşdı - VİDEO

12:37

Ermənipərəst politoloqdan sensasiya: Xankəndi, sülhməramlı etirafı, "kədərliyəm" çıxışı...

12:29

İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda açılışda

12:24

Azərbaycan əhalisinin sayı açıqlanıb

11:12

Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, yaralanan var - FOTO

10:59

Türkiyə-Ermənistan müzakirələrinin detalları: xüsusi nümayəndələr 500 dəfə telefonla danışıb

10:56

Revanşist ermənilər də Qarabağdakı vəziyyətlə barışmağa başlayıb

10:45

Ukraynada sifarişlə həbs olunan Qarabağ qazisi Misirdən xəbər var - VİDEO

10:42

Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib

10:37

Prezident və xanımı “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

10:03

İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib

10:00

Bu hərbçilər də ordudan uzaqlaşdırıldı

09:56

İranın Qafandakı konsulu vəzifəsinin icrasına başlayıb

09:53

"Neftçi" Avstriyada belə uduzdu - VİDEO

09:49

Şəhid ailələrindən plakat üçün 150 manat alınıb? - RƏSMİ

09:45

Daha 815 güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR

09:40

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir - VİDEO

09:00

"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşıb

16:00

İpoteka ilə ev almaq istəyənlərə BƏD XƏBƏR: Qaydalar sərtləşdirilir - VİDEO

15:30

Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu - VİDEO

14:22

Bakıda vulkan püskürüb - VİDEO/YENİLƏNİB

12:12

DİN Yevlaxdakı qəza ilə bağlı məlumat yaydı

12:09

Prezidentin hədiyyə etdiyi evi satan xalq artistləri…

12:05

Yeni icra başçısı təyin edildi - SƏRƏNCAM

11:47

Xankəndi və Qarabağdakı digər erməni yaşayış məntəqələri də boşaldılacaq – Hraparak