09:51 23.06.2022 32

Əli Hüseynov: Ümummilli lider Heydər Əliyev Azərbaycanın dünyada nüfuzlu dövlət kimi tanınmasına nail olub

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov - 1991-1993-cü illərdə Azərbaycanın yeni əldə olunmuş müstəqilliyi və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Ölkədə vəziyyətə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında xalqı vətəndaş müharibəsi astanasına gətirib çıxarmışdı. Ölkənin bir sıra regionlarında separatçı qüvvələr mərkəzi hakimiyyətə tabe olmadıqlarını bəyan edərək, ərazi iddiaları ilə çıxış edir, Azərbaycanın ayrı-ayrı bölgələrində suveren dövlətlər yaratmaq kimi xain niyyətlərini ortaya qoyurdular. Təbii ki, bütün bu fəlakətlərə səbəb olan amillər həmin dövrdə ölkəyə rəhbərlik edən siyasi qüvvələrin ard-arda yol verdikləri ciddi nöqsanların nəticəsində formalaşmışdı. Bir tərəfdən hakmiyyətdə təmsil olunan şəxslərin bacarıqsızlığı və səriştəsizliyi, digər tərəfdən də xalqın və dövlətin mənafelərinə zidd olan maraq və şəxsi ambisiyaları ölkədə əsil xaos və hərc-mərcliyin yaranmasına yol açımışdı. Təbii ki, belə bir vəziyyətin yaranmasında o dövrki iqtidarın yürütdüyü xarici siyasətində yer alan ciddi nöqanlar və boşluqlar da axırıncı rol oynamırdı.

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ilə bütün digər sahələrdə olduğu kimi, dövlətin xarici siyasətində də əsaslı islahatların həyata keçirilməsinə başlandı. Həqiqətən də o dövrdə yenicə dövlət müstəqilliyini bərpa etmiş gənc dövlətin milli maraqlara uyğun xarici siyasət kursunun işlənib hazırlanmasına və həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Azərbaycan həmin vaxt dövlətçiliyinin ən çətin və mürəkkəb dövrünü yaşamaqla, həm də qeyri-müəyyənliklərə dolu olan bir əhatədə idi. Əlbəttə ki, belə bir ağır və riskli vəziyyətdən ləyaqətlə çıxmaq şansını əldə edə bilmək üçün tələb olunan xarici siyasi kursu yalnız böyük dövlətçilik təcrübəsinə malik, həm regionda, həm də dünyada gedən siyasi prosesləri dərindən bilən və onları həm bir-biri ilə, həm də ölkədaxili proseslərlə əlqaləndirməyi bacaran bir dövlət xadimi hazırlaya bilərdi. Bütün keyfiyyət və bacarıqlara sahib olan yeganə şəxsiyyət isə yalnız ulu öndər Heydər Əliyev idi.

Məhz Ümummilli Liderimizin qeyri-adi əzmkarlığı və iradəsi, fenomanal zəkası sayəsində ölkə daxilində artıq başlanmış vətəndaş müharibəsinin və hakimiyyət çevrilişlərinə olan cəhdlərin qarşısı tez bir zamanda alındı. İctimai-siyasi sabitlik bərpa edildi, vətəndaş həmrəyliyinə nail olundu. Bu proseslərə paralel olaraq Ermənistanın Azərbaycanın ərazilərini işğalı da dayandırıldı. Ulu Öndər Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və bu işğalın acı nəticələri barədə həqiqətlərin ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqa səsinin eşidilməsi dövlətin xarici siyasət kursunda əsas istiqamətlərdən biri kimi müəyyən edildi. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasını həyata keçirdi. Beynəlxalq təşkilatların kürsülərindən məharətlə istifadə edən Ulu Öndər Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünya ictimaiyyətinə olduğu kimi çatdırdı.

Ümummilli lider Heydər Əliyev əlbəttə ki, dünyanın ən nüfuzlu təşkilatı olan BMT ilə əlaqələrə xüsusi önəm verirdi. Məhz Ulu Öndərin siyasəti sayəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsinin qəbul olunmasından sonra BMT Baş Assambleyasının 65-ci sessiyasında işğal olunmuş ərazilərdə vəziyyətə dair müzakirələr aparıldı və müvafiq qətnamə qəbul edildi. Ulu öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. BMT Təhlükəsizlik Şurasının üzvü olan ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin kimi nəhəng ölkələrlə münasibətlərin daha da yaxşılaşdırılması, eləcə də müstəqilliyimizin ilk illərində bəzi ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulması kimi strateji vacib istiqamətində işlər aparıldı. Nəhayət Ulu öndərin bu səyləri, həyata keçirdiyi xarici siyasət öz nəticələrini verməyə başladı. Az müddət sonra dünyanın siyasi xəritəsində kiçik bir ölkə kimi görünən Azərbaycan dünyada tanınan, nüfuzlu bir dövlətə çevrildi. Ümummilli lider Heydər Əliyev qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yaratdı və nəticə olaraq, ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:49

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

11:42

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir

10:35

Əli Hüseynov: Azərbaycan qüdrətli və şanlı ordusu ilə fəxr edir

10:31

Bəxtiyar Heydərov: Azərbaycan Polisi yaradılmasının 104-cü ildönümünü qeyd edir

10:31

Bəxtiyar Heydərov: Azərbaycan Polisi yaradılmasının 104-cü ildönümünü qeyd edir

10:03

Avropada meymunçiçəyinə yoluxanların sayı artıb - ÜST

09:59

İranda güclü zəlzələ: Ölən və yaralananlar var - FOTO

09:55

Bayden növbəti dəfə bu hərəkəti ilə gündəm oldu

09:47

Azərbaycanda Polis Günüdür!

16:00

“WhatsApp”da heç kimin gözləmədiyi yenilik – Kiməsə öz şəklinizi atsanız…

15:30

İyul ayı üçün hava proqnozu açıqlanıb

14:00

Prezidentin general rütbəsi verdiyi polislər kimdir? - DOSYE

13:55

Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib - SİYAHI

13:46

İşdən çıxarılan hakimlərdən biri İlkin Süleymanovla bağlı qərar veribmiş

13:28

Prezident kəşfiyyat və əks-kəşfiyyatla bağlı fərman imzaladı

13:25

4 polkovnikə general rütbəsi verildi

13:22

Prezidentdən yüksək vəzifəyə təyinatlar

12:58

Azərbaycan və Ermənistan ekspertlərinin görüşü keçirilib

12:54

İyulda 12 gün iş olmayacaq

12:42

Ruslar Odessanı bombaladı: 14 ölü, 30 yaralı - VİDEO

12:12

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 29 iyun 2022-ci il tarixdə Pirhəsənli kəndində növbəti səyyar qəbul keçirib

11:25

Ermənistan müxalifətin yüksək vəzifəlilərini işdən çıxarır

11:13

Əli Hüseynov: Böyük qayıdışın ilk pilot layihəsi Zəngilanın Ağalı kəndində böyük uğurla reallaşdırılıb

11:13

Əli Hüseynov: Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir

11:00

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı davam edir

10:54

Novxanı çimərliyində insanların yolunu kəsən kimdir? - VİDEO

09:30

Consondan ŞOK TƏKLİF: "Roma İmperiyası kimi olaq, Türkiyə də..."

09:00

Nüvə müharibəsi təhlükəsi reallığa çevrilir: Lukaşenko Rusiyaya çağırış etdi

16:00

Türkiyədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı

14:58

Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdirinə böhtan atılıb - Açıqlama

13:45

“Xaşxaş-2022” əməliyyatı davam edir: Külli miqdarda narkotik tərkibli bitki aşkarlandı - FOTO

13:13

Kamaləddin Qafarov: “Azərbaycanın səyləri regional maraqların təmin olunmasına yönəlib”

11:50

Azərbaycanda yüksək vəzifəli şəxs SAXLANILDI

11:17

Azərbaycan və Türkiyə bu sahədə əməkdaşlıq sazişi imzalayacaq