11:00 19.05.2022 34

İlham Əliyev türkiyəli naziri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlanıb və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edilib.

Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirib, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olunub.

Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirib. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulanıb.

Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edilib, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirilib. Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:49

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

11:42

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir

10:35

Əli Hüseynov: Azərbaycan qüdrətli və şanlı ordusu ilə fəxr edir

10:31

Bəxtiyar Heydərov: Azərbaycan Polisi yaradılmasının 104-cü ildönümünü qeyd edir

10:31

Bəxtiyar Heydərov: Azərbaycan Polisi yaradılmasının 104-cü ildönümünü qeyd edir

10:03

Avropada meymunçiçəyinə yoluxanların sayı artıb - ÜST

09:59

İranda güclü zəlzələ: Ölən və yaralananlar var - FOTO

09:55

Bayden növbəti dəfə bu hərəkəti ilə gündəm oldu

09:47

Azərbaycanda Polis Günüdür!

16:00

“WhatsApp”da heç kimin gözləmədiyi yenilik – Kiməsə öz şəklinizi atsanız…

15:30

İyul ayı üçün hava proqnozu açıqlanıb

14:00

Prezidentin general rütbəsi verdiyi polislər kimdir? - DOSYE

13:55

Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib - SİYAHI

13:46

İşdən çıxarılan hakimlərdən biri İlkin Süleymanovla bağlı qərar veribmiş

13:28

Prezident kəşfiyyat və əks-kəşfiyyatla bağlı fərman imzaladı

13:25

4 polkovnikə general rütbəsi verildi

13:22

Prezidentdən yüksək vəzifəyə təyinatlar

12:58

Azərbaycan və Ermənistan ekspertlərinin görüşü keçirilib

12:54

İyulda 12 gün iş olmayacaq

12:42

Ruslar Odessanı bombaladı: 14 ölü, 30 yaralı - VİDEO

12:12

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 29 iyun 2022-ci il tarixdə Pirhəsənli kəndində növbəti səyyar qəbul keçirib

11:25

Ermənistan müxalifətin yüksək vəzifəlilərini işdən çıxarır

11:13

Əli Hüseynov: Böyük qayıdışın ilk pilot layihəsi Zəngilanın Ağalı kəndində böyük uğurla reallaşdırılıb

11:13

Əli Hüseynov: Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir

11:00

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı davam edir

10:54

Novxanı çimərliyində insanların yolunu kəsən kimdir? - VİDEO

09:30

Consondan ŞOK TƏKLİF: "Roma İmperiyası kimi olaq, Türkiyə də..."

09:00

Nüvə müharibəsi təhlükəsi reallığa çevrilir: Lukaşenko Rusiyaya çağırış etdi

16:00

Türkiyədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı

14:58

Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdirinə böhtan atılıb - Açıqlama

13:45

“Xaşxaş-2022” əməliyyatı davam edir: Külli miqdarda narkotik tərkibli bitki aşkarlandı - FOTO

13:13

Kamaləddin Qafarov: “Azərbaycanın səyləri regional maraqların təmin olunmasına yönəlib”

11:50

Azərbaycanda yüksək vəzifəli şəxs SAXLANILDI

11:17

Azərbaycan və Türkiyə bu sahədə əməkdaşlıq sazişi imzalayacaq