00:11 13.05.2022 37

Əli Hüseynov: “Şuşa mədəniyyət paytaxtı kimi müxtəlif mədəniyyətləri birləşdirir”

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov - Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq 5-ci Xarıbülbül festivalı keçirilir. Bu, Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin, ənənələrimizin bərpası olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə dünya folklor nümunələrinin təqdimatıdır. Ötən il uzun fasilədən sonra keçirilən festival şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Bu il isə Şuşa ilinə həsr olunan beynəlxalq folklor festivalını izləyirik. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Şuşada yenidən “Xarıbülbül” festivalının keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə bu şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı da bərpa olundu. Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etməklə bu ərazilərə yeni nəfəs gətirdi. Xarıbülbül festivalı həqiqətən də bizim üçün qayıdış və ləyaqət bayramıdır. Bu gün Qarabağın bərpası tarixi torpaqlarımızda mənəvi dəyərlərimizin bərpası ilə paralel aparılır. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz dəyərlərimizə, tarixi köklərimizə bağlı olduğumuzu bir daha sübut etdik. Şuşa bizim mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də milli sərvətimizdir. Şəhərin hər qarışında millilik var. Şuşa bu illər ərzində Azərbaycan ruhunu qoruyub saxlayıb. Şəhərin bütün abidələrini orijinal üslubda bərpa etməklə bir daha dünyaya mədəniyyət paytaxtımızın tarixən Azərbaycan torpağı olduğunu sübut edirik. Bu il həm də Şuşanın 270 illiyini qeyd edirik. Üç əsrə yaxın yaşı olan Şuşa hər zaman Azərbaycana məxsus olub. Bərpa prosesindən sonra da Şuşanın hər qarışında böyük qələbəmizin izini, rəmzini görəcəyik.

Şuşa mədəniyyət paytaxtı kimi Xarıbülbül festivalı vasitəsilə müxtəlif mədəniyyətləri birləşdirir. Azərbaycanın mədəniyyət paytaxtından dünyaya sülh mesajları ötürülür. Müxtəlif xalqların musiqi nümunələrinin təqdimatı həm də Azərbaycanın tolerant və multikultural ölkə olduğunu göstərir. Biz Şuşaya və ümumilikdə Qarabağa qayıtmaqla bölgəyə rifah gətiririk. Bu gün Şuşadan, Cıdır düzündən yayılan musiqi sədaları bir daha göstərir ki, ölkələr belə inkişaf etməlidir. Bir daha Azərbaycanın nümunəsində dünya görür ki, çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik və sülh olur.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Xalq artisti: “Ermənilər avtobusu partladanda qızımla orada idim, ağır yaralanıb, yaddaşımı itirmişdim”

15:30

Azərbaycanda narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir

15:00

Paytaxtda yağış, rayonlarda dolu gözlənilir: Sabahın HAVA PROQNOZU

13:06

Azərbaycanda institut ləğv edildi

13:02

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

12:49

Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN

12:45

İran sərhədçiləri sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR

12:42

Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI

11:49

Maşın vuran BDU tələbələrinin son vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

11:45

Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından yeddi il keçir

11:41

Rusiya bu payızda böyük bir problemlə üzləşəcək - general Yaqun

11:04

Bu rayonlarda qaz olmayacaq

11:00

İlham Əliyev türkiyəli naziri qəbul edib

10:56

Tofiq Məmmədov faciəli şəkildə vəfat etdi

10:50

Tanınmış qazi-jurnalist intihara cəhd etdi: Vəziyyəti kritikdir

09:56

Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - Özü açıqladı

09:53

DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü

09:30

“Azəriqaz”dan məsul şəxslərinin həbsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

09:00

Rusiya-Ukrayna müharibəsi ilə bağlı PİS XƏBƏR - Hələ bundan sonra ...

16:00

“WhatsApp” istifadəçiləri qrupları gizlicə tərk edə biləcəklər

15:30

Sabah 30 dərəcə isti olacaq

13:30

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

12:13

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

12:09

Zaur Şuşada qadağan olunmuş əraziyə keçdi - XƏBƏRDARLIQ EDİLDİ - VİDEO

11:43

Türkiyədə dollar 16 lirəyə çatır

11:39

Rus polkovnikin efirdə sözləri kəsildi, şok etiraflar

11:35

Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub

11:07

Britaniya kəşfiyyatı Ramzan Kadırovun əmisi oğlu ilə bağlı faktlar açıqladı

10:58

Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunub

10:54

Azərbaycan quru sərhədlərini gələn ay açacaq? - AÇIQLAMA - VİDEO

10:50

AZAL-da anormal vəziyyət: Öhdəlikləri aktivlərini keçib

10:46

Qalmaqallı görüntülərlə bağlı Filarmoniyadan AÇIQLAMA

10:43

Azərbaycan və Litva prezidentlərinin görüşü olub

10:39

Filarmoniya gecə klubuna çevrilib? - VİDEO