11:10 24.01.2022 133

Əli Hüseynov: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasına yeni nəfəs gətirdi

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru, YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov - 21 noyabrı bütün məsləkdaşlarımızla xüsusi qeyd etməyə hazırlaşırıq. Çünki böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il ötür.

Yaxın keçmişə nəzər salsaq, görərik ki, Partiyanın yarandığı dövr mürəkkəb tarixi-siyasi şəraitə təsadüf edirdi. Keçdiyi çətin və şərəfli mübarizə yolunda, partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin xalqın və dövlətin qarşısında rolu danılmaz, göstərdiyi xidmətlər böyük idi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər bugünkü Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.

Danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. Yeni Azərbaycan Partiyası böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib.

Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i nəinki doğma partiyamızın, respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Azərbaycan siyasi mühitinin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Bu gün Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir.

Sevindirici haldır ki, Yeni Azərbaycan Partiyası 29 ildir öz prinsiplərini qoruyur. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə illərdir yorulmadan xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək.
Fəxrlə deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə oldu. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya gələcəyə doğru inamla irəliləyir. Ötən illər ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.

30 ilə yaxın işğal altında qalan torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi 29 yaşlı Yeni Azərbaycan Partiyasının siyasi xəttinin möhkəm olmasını bir daha sübut etdi. 29 illik qısa tarixdə əldə olunan nailiyyətləri sadalamaqla bitməz. İnanıram ki, Partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin və layiqli davamçısı cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasındakı fəaliyyətini özündə tam əks etdirən, sənədlərə söykənən bir əsər, film ərsəyə gələcək, gələcək davamçılarımız fəxrlə, maraqla Partiyanın keçdiyi şərəfli yolla bağlı həmişə dolğun məlumatlı olacaqlar. Bütün YAP üzvlərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Yeni Azərbaycan Partiyası bütün üzvləri üçün dünənin, bu günün, sabahın Partiyasıdır. Bu, həmişə belə olacaq.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Xalq artisti: “Ermənilər avtobusu partladanda qızımla orada idim, ağır yaralanıb, yaddaşımı itirmişdim”

15:30

Azərbaycanda narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir

15:00

Paytaxtda yağış, rayonlarda dolu gözlənilir: Sabahın HAVA PROQNOZU

13:06

Azərbaycanda institut ləğv edildi

13:02

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

12:49

Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN

12:45

İran sərhədçiləri sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR

12:42

Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI

11:49

Maşın vuran BDU tələbələrinin son vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

11:45

Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından yeddi il keçir

11:41

Rusiya bu payızda böyük bir problemlə üzləşəcək - general Yaqun

11:04

Bu rayonlarda qaz olmayacaq

11:00

İlham Əliyev türkiyəli naziri qəbul edib

10:56

Tofiq Məmmədov faciəli şəkildə vəfat etdi

10:50

Tanınmış qazi-jurnalist intihara cəhd etdi: Vəziyyəti kritikdir

09:56

Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - Özü açıqladı

09:53

DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü

09:30

“Azəriqaz”dan məsul şəxslərinin həbsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

09:00

Rusiya-Ukrayna müharibəsi ilə bağlı PİS XƏBƏR - Hələ bundan sonra ...

16:00

“WhatsApp” istifadəçiləri qrupları gizlicə tərk edə biləcəklər

15:30

Sabah 30 dərəcə isti olacaq

13:30

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

12:13

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

12:09

Zaur Şuşada qadağan olunmuş əraziyə keçdi - XƏBƏRDARLIQ EDİLDİ - VİDEO

11:43

Türkiyədə dollar 16 lirəyə çatır

11:39

Rus polkovnikin efirdə sözləri kəsildi, şok etiraflar

11:35

Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub

11:07

Britaniya kəşfiyyatı Ramzan Kadırovun əmisi oğlu ilə bağlı faktlar açıqladı

10:58

Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunub

10:54

Azərbaycan quru sərhədlərini gələn ay açacaq? - AÇIQLAMA - VİDEO

10:50

AZAL-da anormal vəziyyət: Öhdəlikləri aktivlərini keçib

10:46

Qalmaqallı görüntülərlə bağlı Filarmoniyadan AÇIQLAMA

10:43

Azərbaycan və Litva prezidentlərinin görüşü olub

10:39

Filarmoniya gecə klubuna çevrilib? - VİDEO