03:30 14.01.2022 18

Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürüb

Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürüb


Yanvarın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Türkiyənin həmkarlar ittifaqarları mərkəzlərindən biri olan - “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan və qurumun baş katibi Eda Günərlə görüşüb.

Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri bildirib ki, ölkələrimiz arasındakı münasibətlər qardaşlıq prinsipləri əsasında bütün sahələrdə möhkəm təməllər üzərində qurulub, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın milli-mənəvi dəyərlər müstəvisində birliyinin təminatçısıdır.
Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Şuşa Bəyannaməsini tarixi hadisə adlandıran S.Möhbalıyev qeyd edib ki, Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi, ideoloji, humanitar sahələrdə davamlı inkişafını təmin edir, eyni zamanda müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.
İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstəyi dəyərləndirən S.Möhbalıyev vurğulayıb ki, bu, sözün hər bir mənasında, təmənnasız qardaşlığın nümunəsi idi.

“Hak-İş” Konfederasiyası tərəfindən şəhid ailələrinə və qazilərə, həmçinin Şərqi Zəngəzurun və Qarabağın bərpasına xərclənməsi üçün AHİK-in hesabına köçürülən 25 000 ABŞ dolları vəsaitə görə türkiyəli həmkarına təşəkkür edən AHİK sədri Azərbaycanda şəhid ailələrinin, qazilərin, veteranların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu və prosesdə ictimai təşkilatların da fəallığını diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan haqq-ədalət uğrunda mübarizə apardı, bütün dünyaya öz gücünü göstərdi. M.Arslan deyib ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad olunması hər birimizin arzusu idi və bizim bu arzumuz reallaşdı: “Biz də Türkiyənin ictimai təşkilatı olaraq qardaş ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının ailələrinə, qazilərə dəstək olmağa çalışırıq. Göstərdiyimiz bu maddi yardım, təbii ki, simvolik xarakter daşıyır. Biz bununla demək istəyirik ki, hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq və bunu özümüzə borc bilirik”.

Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.


Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürübTürkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürübTürkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürübTürkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürübTürkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürüb
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

15:30

Bu cərimələr iki dəfə artırılır - RƏSMİ

14:22

Müşfiq Abbasovdan tənqidlərə reaksiya: "Qələt edirlər, qeyrətləri varsa..."

13:00

İngiltərəli nazir: Müsəlman olduğum üçün qovuldum

12:05

Zakir Həsənov sabah İrana rəsmi səfərə gedəcək

11:55

Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO

11:51

DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama

11:45

Ağsu Rayon İcra Hakimiyyətində vətəndaşların onlayn qəbulu keçirilib

11:30

Müdafiə naziri Sarkisyanı döyübmüş... - İLGİNC FAKTLAR

11:10

Əli Hüseynov: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasına yeni nəfəs gətirdi

09:58

Allahşükür Paşazadənin müşaviri vəfat etdi

09:53

Diplomatlar Ukraynadan çıxarılır: müharibə təlaşı

09:34

Narkotik vasitələri mürəbbə bankalarının arasında gizlədən şəxs saxlanılıb - FOTO

09:29

Müşviq Abbasov yalan danışır? - FOTO

09:25

Şuşaya gedən avtobuslara satılan biletlərin sayı açıqlandı

09:20

Kamran Əliyev prokurorlarla iclas keçirir

09:16

Vilayət Eyvazov polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

08:41

Bu gündən Azərbaycanda yeni qayda qüvvəyə minib

08:40

Sarkisyanın səlahiyyətlərini o icra edəcək

08:36

Sumqayıtda bir nəfər evdə yanaraq öldü

08:32

Dünya birjalarında neft bahalaşır

08:29

Bakı-Şuşa-Bakı ilk avtobus reysi yola düşdü - FOTO

08:17

Mask və Bezos bir həftədə on milyardlarla dollar itirdi

08:13

ABŞ Əfqanıstana 23 milyon dollar verdi

06:30

By Bars klubunun yetirməsi “İlin idmançısı” nominasiyasının qalibi oldu

11:32

Şuşaya səfər edənlərin bileti belə olacaq - FOTO

11:28

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldıldı - RƏSMİ

11:24

Eldar Həsənovun müsadirə olunan əmlaklarının YENİ SİYAHISI

11:18

İki milyon manatlıq cinayət işi: Tağı Əhmədov və professor zərərçəkən qismində

16:00

Rusiya Belarusa S-400 raketləri və döyüş təyyarələri göndərir

15:30

Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı yenilik olacaq

14:22

Ermənistan xarici işlər naziri Türkiyəyə səfərə hazırlaşır

12:18

Ərdoğandan Ukrayna açıqlaması: Putinlə Zelenski üzbəüz...

12:14

Yas mərasimində polis rəisini yumruqla vurdular - Azərbaycanda