09:39 14.01.2022 9

İlham Əliyev Türkiyə Prezidentinə məktub göndərib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi və qardaş Türkiyə xalqını Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

14 yanvar 1992-ci ildə qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur.

Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.

Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir.

Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur.

Əziz Qardaşım,

Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq.
Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.

Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır.

Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

15:30

Bu cərimələr iki dəfə artırılır - RƏSMİ

14:22

Müşfiq Abbasovdan tənqidlərə reaksiya: "Qələt edirlər, qeyrətləri varsa..."

13:00

İngiltərəli nazir: Müsəlman olduğum üçün qovuldum

12:05

Zakir Həsənov sabah İrana rəsmi səfərə gedəcək

11:55

Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO

11:51

DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama

11:45

Ağsu Rayon İcra Hakimiyyətində vətəndaşların onlayn qəbulu keçirilib

11:30

Müdafiə naziri Sarkisyanı döyübmüş... - İLGİNC FAKTLAR

11:10

Əli Hüseynov: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasına yeni nəfəs gətirdi

09:58

Allahşükür Paşazadənin müşaviri vəfat etdi

09:53

Diplomatlar Ukraynadan çıxarılır: müharibə təlaşı

09:34

Narkotik vasitələri mürəbbə bankalarının arasında gizlədən şəxs saxlanılıb - FOTO

09:29

Müşviq Abbasov yalan danışır? - FOTO

09:25

Şuşaya gedən avtobuslara satılan biletlərin sayı açıqlandı

09:20

Kamran Əliyev prokurorlarla iclas keçirir

09:16

Vilayət Eyvazov polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

08:41

Bu gündən Azərbaycanda yeni qayda qüvvəyə minib

08:40

Sarkisyanın səlahiyyətlərini o icra edəcək

08:36

Sumqayıtda bir nəfər evdə yanaraq öldü

08:32

Dünya birjalarında neft bahalaşır

08:29

Bakı-Şuşa-Bakı ilk avtobus reysi yola düşdü - FOTO

08:17

Mask və Bezos bir həftədə on milyardlarla dollar itirdi

08:13

ABŞ Əfqanıstana 23 milyon dollar verdi

06:30

By Bars klubunun yetirməsi “İlin idmançısı” nominasiyasının qalibi oldu

11:32

Şuşaya səfər edənlərin bileti belə olacaq - FOTO

11:28

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldıldı - RƏSMİ

11:24

Eldar Həsənovun müsadirə olunan əmlaklarının YENİ SİYAHISI

11:18

İki milyon manatlıq cinayət işi: Tağı Əhmədov və professor zərərçəkən qismində

16:00

Rusiya Belarusa S-400 raketləri və döyüş təyyarələri göndərir

15:30

Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı yenilik olacaq

14:22

Ermənistan xarici işlər naziri Türkiyəyə səfərə hazırlaşır

12:18

Ərdoğandan Ukrayna açıqlaması: Putinlə Zelenski üzbəüz...

12:14

Yas mərasimində polis rəisini yumruqla vurdular - Azərbaycanda