10:48 25.11.2021 80

Dövlət təltiflər

2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Cari ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.

Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.” Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.

Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:00

Azərbaycanda qəribə hadisə: “Sağlam qadın sistemdə ölmüş kimi qeydə alınıb” – VİDEO

23:58

Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı razılığa gəlindi

23:54

“Görüşün nəticələri yaxşı olacaq, çox gözləmək lazım gəlməyəcək” - Prezident

23:49

Putin İlham Əliyev və Nikol Paşinyana zeytun budağı hədiyyə edib

23:42

İlham Əliyev: Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması işində maksimum konstruktivlik nümayiş etdirib

23:37

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiya yaradılacaq

23:31

Soçi görüşünün nəticələrinə dair Bəyanat - TAM MƏTN+FOTO

23:25

İlham Əliyev: "Üçtərəfli görüşün qərarları regionda təhlükəsizliyi artıracaq"

16:00

Real kadrlardan ibarət “Zəfər işığı” filmi nümayiş olundu - Video

15:30

Şənbə gününün hava proqnozu açıqlanıb

15:00

"Müharibə veteranı" adı və vəsiqəsini almaq istəyənlərin nəzərinə!

14:22

DİN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:02

Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulur

12:18

Ağsuda Vətəndaşlar tam şəffaf şəkildə istədikləri həkimin qəbuluna daxil olaraq ətraflı müayinə olunurlar

11:39

“Bakı növbəti dəfə İrəvanı qabaqladı” - Erməni KİV

10:56

İlham Əliyev Soçi şəhərinə işgüzar səfərə gedib

10:51

Erməni gənc mənə yaxınlaşıb dedi ki... - Şevçenko

10:47

Cahangir Əsgərov Ərdoğana bığla bağlı verdiyi sözü tutdu - FOTO

10:32

Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradılıb - VİDEO/FOTO

10:16

“Caliber”in araşdırması: Ordumuz sərhədlərin müəyyənləşdirilməsi həllinin yaxınlaşmasına nail oldu - VİDEO

09:53

Erməni deputat: “Paşinyanı tanıyan adam kimi deyirəm, onunla müzakirəyə başlasanız...”

09:48

Azərbaycan daha 2 erməni əsilli şəxsi təhvil verdi

09:43

Ermənistan üçün son şans, yoxsa son... - gözlər Soçidə

09:37

Bu gün Əliyev, Putin və Paşinyan Soçidə görüşəcək

09:00

Polşada miqrantlar üsyana qalxdı

16:00

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?

15:30

Şəhid jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılışı oldu

12:22

Tələbə təhsil kreditini bu müddətdə qaytaracaq - RƏSMİ

12:17

“Millətimi Paşinyan deşifrə edib, bizə göstərdi ki...” - Hraparak

12:13

Valideynlərin nəzərinə: Uşaqları təsir altına salan təhlükələr var - RƏSMİ

12:10

Ərdoğan iclas keçirdi: “3-4 aya həll olunacaq”

11:51

Türkiyədə dollar 12 lirədən aşağı düşüb

11:36

Almaniyanın konteyner yükləri Azərbaycandan keçərək Çinə daşına bilər

11:28

Kamran Əliyev və İstanbulun Baş prokuroru Füzuli və Şuşaya səfər edib