12:01 24.11.2021 17

Vaqif Əsədovdan sürücülərə müraciət: "Bu avtomobillər yola çıxmasın"

Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

"Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etmişdi.

Bu xəbərdarlıqdan sonra Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov baku.ws-ə açıqlamasında bildirib ki, edilən xəbərdarlığa əsasən ölkə ərazisində havanın kəskin dəyişməsi, küləyin sürətinin artması yollarda müxtəlif problemlərə səbəb ola bilər.

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı qurum rəsmisi sürücülərə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələrini və əgər yola çıxmaq məcburiyyətində qaldıqda xüsusilə sürət hədlərinin yüksək olduğu yerlərdə hava şəraitinə uyğun sürəti müəyyənləşdirməyi məsləhət görüb.

“Bir müddət əvvəl küləyin sürətindən yollarda iri yük avtomobilləri aşmışdı. Bundan başqa, güclü külək səbəbindən yollarda müxtəlif qəzalar baş vermişdi. Bu səbəbdən sürücülər yollarda diqqəti artırsınlar. Moped və motosikl tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Yüngül minik maşını sürücüləri də yollarda hərəkət edərkən maksimum diqqətli olmalıdırlar. Sadalanan nəqliyyat vasitələri mövcud hava şəraiti üçün olduqca əlverişsizdir və təhlükəlidir. Sürücülər, piyadalar və digər hərəkət iştirakçıları küləkli hava şəraitini nəzərə alaraq, hündürmərtəbəli binaların, ağacların yanından hərəkət edərkən diqqətli olsunlar. Ehtiyac olmadığı təqdirdə hərəkətlərini məhdudlaşdırsınlar. Aşma ehtimalı olan ağacların altında avtomobil saxlamaq olmaz”, - deyə Vaqif Əsədov bildirib.

Qurum rəsmisi onu da əlavə edib ki, əgər ehtiyac yaranarsa, müəyyən magistrallarda sürət həddi endirilə bilər.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:00

Azərbaycanda qəribə hadisə: “Sağlam qadın sistemdə ölmüş kimi qeydə alınıb” – VİDEO

23:58

Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı razılığa gəlindi

23:54

“Görüşün nəticələri yaxşı olacaq, çox gözləmək lazım gəlməyəcək” - Prezident

23:49

Putin İlham Əliyev və Nikol Paşinyana zeytun budağı hədiyyə edib

23:42

İlham Əliyev: Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması işində maksimum konstruktivlik nümayiş etdirib

23:37

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiya yaradılacaq

23:31

Soçi görüşünün nəticələrinə dair Bəyanat - TAM MƏTN+FOTO

23:25

İlham Əliyev: "Üçtərəfli görüşün qərarları regionda təhlükəsizliyi artıracaq"

16:00

Real kadrlardan ibarət “Zəfər işığı” filmi nümayiş olundu - Video

15:30

Şənbə gününün hava proqnozu açıqlanıb

15:00

"Müharibə veteranı" adı və vəsiqəsini almaq istəyənlərin nəzərinə!

14:22

DİN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:02

Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulur

12:18

Ağsuda Vətəndaşlar tam şəffaf şəkildə istədikləri həkimin qəbuluna daxil olaraq ətraflı müayinə olunurlar

11:39

“Bakı növbəti dəfə İrəvanı qabaqladı” - Erməni KİV

10:56

İlham Əliyev Soçi şəhərinə işgüzar səfərə gedib

10:51

Erməni gənc mənə yaxınlaşıb dedi ki... - Şevçenko

10:47

Cahangir Əsgərov Ərdoğana bığla bağlı verdiyi sözü tutdu - FOTO

10:32

Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradılıb - VİDEO/FOTO

10:16

“Caliber”in araşdırması: Ordumuz sərhədlərin müəyyənləşdirilməsi həllinin yaxınlaşmasına nail oldu - VİDEO

09:53

Erməni deputat: “Paşinyanı tanıyan adam kimi deyirəm, onunla müzakirəyə başlasanız...”

09:48

Azərbaycan daha 2 erməni əsilli şəxsi təhvil verdi

09:43

Ermənistan üçün son şans, yoxsa son... - gözlər Soçidə

09:37

Bu gün Əliyev, Putin və Paşinyan Soçidə görüşəcək

09:00

Polşada miqrantlar üsyana qalxdı

16:00

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?

15:30

Şəhid jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılışı oldu

12:22

Tələbə təhsil kreditini bu müddətdə qaytaracaq - RƏSMİ

12:17

“Millətimi Paşinyan deşifrə edib, bizə göstərdi ki...” - Hraparak

12:13

Valideynlərin nəzərinə: Uşaqları təsir altına salan təhlükələr var - RƏSMİ

12:10

Ərdoğan iclas keçirdi: “3-4 aya həll olunacaq”

11:51

Türkiyədə dollar 12 lirədən aşağı düşüb

11:36

Almaniyanın konteyner yükləri Azərbaycandan keçərək Çinə daşına bilər

11:28

Kamran Əliyev və İstanbulun Baş prokuroru Füzuli və Şuşaya səfər edib